Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1429/2021 09.12.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “2006-cı il iyulun 6-dək Mingəçevir şəhəri 1-ci Günəş döngəsi ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evinin və 0.25 ha həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnu təsdiq etmiş və öz hüquqi qüvvəsini saxlamış təsərrüfatbaşına kitabdan çıxarış əsasında həmin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışı bu Fərmanın 4-cü bəndində göstərilmiş həmin evin mülkiyyətçisi olan anaları və xalaları olan Məmmədova (Kərimova) Nurqələm Cəlil qızının adına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 “işin araşdırılıb yoxlanılmasını, anaları, nənələri və xalaları olan Məmmədova (Kərimova) Nurqələm Cəlil qızının ünvan 1 ünvanında yerləşən qanuni istifadəsinə verilmiş dövlətin müstəsna mülkiyyətində olan 0.25 ha həyətyanı torpaq sahəsinin başqa-başqa subyektlərin istifadəsinə, icarəsinə və ya mülkiyyətinə verilməsi haqqında qanunsuz qərar qəbul etmiş vəzifəli şəxslərin müəyyənləşdirilməsi, həmin vəzifəli şəxsləri Cinayət Məcəlləsinin 314-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada cəzalandırılmaları və vəzifəli şəxslər tərəfindən oğurlanmış həmin 0.25 ha yaşayış evinin həyətyanı torpaq sahəsinin həmin evin mülkiyyətçisi Məmmədova (Kərimova) Nurqələm Cəlil qızının mülkiyyətinə qaytarılmasını təmin edən tədbirlərin görülməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçılara hüquqi yardım edilməsi məqsədilə 30.09.2021-ci il tarixdə məktub ünvanlanmışdır. Hüquqi yardım məktubunda iddia ərizəsində yol verilmiş nöqsanların aradan qaldırılması, hazırkı iddianın qaldırılmasına subyektiv hüququn olmasını təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi (X4 vəfat etmişdirsə ona məxsus olmuş mirasın qəbul edilməsinə dair sənədlər: mirasın qəbulu barədə şəhadətnamə və ya məhkəmə qətnaməsi), iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan İddiaçı1 Mamed oğluna və İddiaçı3 münasibətdə cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtina etməsi və ya müraciəti cavabsız saxlamasına dair sənədin əlavə edilməsi (ərizəyə əlavə edilmiş imtina məktubu yalnız İddiaçı2 və İddiaçı4 münasibətdə verilib), iddia ərizəsinin “xahiş edirəm” hissəsinin aydın şəkildə qeyd edilməsi təklif edilmişdir. Yardım məktubunu aldıqdan sonra iddiaçılar yeni tərtib edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəməyə ünvanlamışlar. İddia ərizəsində İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddiaçı olaraq qeyd edilmiş, ərizə müvafiq qaydada imzalanmışdır. Yeni tərtib edilən iddia ərizəsində iddiaçılar cavabdeh qismində Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsini qeyd edərək, “2006-cı il iyulun 6-dək Mingəçevir şəhəri 1-ci Günəş döngəsi ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evinin və 0.25 ha həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnu təsdiq etmiş və öz hüquqi qüvvəsini saxlamış təsərrüfatbaşına kitabdan çıxarış əsasında həmin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışı bu Fərmanın 4-cü bəndində göstərilmiş həmin evin mülkiyyətçisi olan anaları və xalaları olan Məmmədova (Kərimova) Nurqələm Cəlil qızının adına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmənin 08.12.2021-ci il tarixli 2-1(116)-1429/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, hazırki iddianı qaldırmaqda iddiaçıların hüquqi marağı ünvan 3 ünvanında yerləşən 0.25 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin X1 adına dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. Lakin, iddiaçıların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqlarının mövcudluğu müəyyən edilmir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Belə ki, iddiaçıların tələb hüququnun əsası kimi təqdim etdikləri Azərbaycan Respublikası Dövlət X2 08.07.2016-cı il tarixli arxiv arayışında 1948- 1949-cu illər üzrə 0.25 ha torpaq sahəsi ilə bağlı aparılan qeydiyyat X3 münasibətdə icra edilmişdir. İddiaçı1 X1 oğlu olması onun hazırki tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun yaranmasına səbəb olmur. Bunun üçün o, X1 vərəsəsi olması ilə bağlı sənəd təqdim etməlidir (müvafiq şəhadətnamə, yaxud mirasın faktiki qəbulu barədə məhkəmə qətnaməsi). Digər iddiaçılar İddiaçı2 və İddiaçı3 mərhum X4 ilə qohumluq münasibətlərinin olması da onların subyektiv hüququn yaranması üçün yetərli deyil. Həmin şəxslər də, mərhum Nurqələm Məmmədovadan miras qalmış əmlakı faktiki qəbul etmələrini, yaxud mərhumun vərəsələri olmalarını sübut edən sənədləri təqdim etməlidirlər. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə hesab edir ki, iddiaçıların hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqlarının mövcudluğu müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində (həmin torpaq sahəsinin və fərdi yaşayış evinin sənədləşdirilməsi ilə bağlı) onların hər hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmamasına hazırki mərhələdə hüquqi qiymət vermək mümkün deyildir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrəAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan cavabdeh orqanın imtina məktubu iddiaçıların hər birinə münasibətdə verilməli, yəni iddia tələbi ilə məhkəməyə müraciət edən iddiaçıların hər biri tərəfindən (birlikdə və ya ayrılıqda) cavabdeh orqana ilkin olaraq analoji tələblə müraciət edilməli, cavabdeh orqanın müvafiq imtina məktubu, müraciət cavabsız saxlanıldığı halda isə müraciətin edildiyini təsdiq edən müvafiq poçt qəbzi iddia ərizəsinə əlavə edilməli olduğu halda, iş materiallarında İddiaçı3 cavabdeh orqana ərizə ilə müraciət etməsi, cavabdeh orqanın onun müraciətinin təmin edilməsindən imtina etməsi və ya müraciəti cavabsız saxlamasına dair sənədlər aşkar edilməmiş, verilmiş müddət ərzində nöqsan aradan qaldırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “2006-cı il iyulun 6-dək Mingəçevir şəhəri 1-ci Günəş döngəsi ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evinin və 0.25 ha həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnu təsdiq etmiş və öz hüquqi qüvvəsini saxlamış təsərrüfatbaşına kitabdan çıxarış əsasında həmin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışı bu Fərmanın 4-cü bəndində göstərilmiş həmin evin mülkiyyətçisi olan anaları və xalaları olan Məmmədova (Kərimova) Nurqələm Cəlil qızının adına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 5legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1429/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1429/2021
09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver