Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-143/2021 11.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2001-ci il tarixli 14 nömrəli sərəncamına əsasən qanuni istifadəsinə verilmiş, İsmayıllı şəhəri T.İsmayılov küçəsi ev 1 ünvanında yerləşən 0,06 ha həyatyanı torpaq sahəsi və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsinin İsmayıllı rayonu üzrə Dövlət Texniki İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən mülkiyyət hüququ üzrə xx.xx.2003-cü ildə 01 nömrəli reyestr kitabında 22-ci səhifədə 86 reyeystr nömrəsi ilə adına qeydə alınmlış fərdi yaşayış evi üzərində vahid mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2001-ci il tarixli 14 nömrəli sərəncamına əsasən qanuni istifadəsinə verilmiş, İsmayıllı şəhəri T.İsmayılov küçəsi ev 1 ünvanında yerləşən 0,06 ha həyatyanı torpaq sahəsi və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsinin İsmayıllı rayonu üzrə Dövlət Texniki İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən mülkiyyət hüququ üzrə xx.xx.2003-cü ildə 01 nömrəli reyestr kitabında 22-ci səhifədə 86 reyeystr nömrəsi ilə adına qeydə alınmlış fərdi yaşayış evi üzərində vahid mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İsmayıllı şəhər XDS Rəyasət Heyətinin xx xxxxxxx 1995-ci il tarixli 8 saylı qərarı ilə İsmayıllı şəhər sakini olan X3 İsmayıllı şəhərinin 21a kvartalından 0,06 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üşün verilmişdir. Lakin həmin torpaqdan M.Ağamalıyev təyinatı üzrə istifadə etmədiyindən və iddiaçının fərdi yaşayış evi tikmək üçün həyətyanı torpağa ehtiyacı olduğundan hər ikisinin razılığına əsasən İsmayıllı RİHB-nin İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin xx xxxxx 2001-ci il tarixli 14 saylı sərəncamına əsasən İsmayıllı şəhər sakini olan X2 adında olan, İsmayıllı şəhərinin 21a kvartalından yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi iddiaçının adına keçirilmişdir. İddiaçı həmin həyətyanı torpaq sahəsində 2002-ci ildə fərdi yaşayış evi inşa etdirmiş, fərdi yaşayış evi Azırbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsinin İsmayıllı rayonu üzrə Dövlət Texniki İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfində iddiaçının adına mülkiyyət hüququ üzrə xx xxxxx 2003-cü ildə 01 nömrəli reyestr kitabında 22-ci səhifədə 86 reyestr nömrəsi ilə qeydə alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı qeyd edilən həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, X3 ayrılmış 0.06 ha torpaq sahəsinin İddiaçı adına keçməsi barədə xx xxxxx 2001-ci il tarixli 14 saylı sərəncam İsmayıllı RİHB-nın İsmayıllı şəhər İnzibati Ərazi Vahidi üzrə Nümayəndəsi tərəfindən verilmişdir. Həmin sərəncam Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 138 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 28-ci maddəsinin tələblərinə uyğun deyil. Qeyd olunan səbəbə görə də müraciətin icrası mümkün olmamışdır. Eyni zamanda bildirilir ki, Sənəd üzrə torpaq sahəsi 0.06 ha olsa da faktiki torpq sahəsi 0.0728 ha təşkil edir. Torpaq sahəsi həyətyanı məqsədli yaşayış məntəqələri torpaqlarına aiddir. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında torpaq sahəsi ictimai tikililər üçün nəzərdə tutulmuş ərazidə yerləşir. Torpaq sahəsində fərdi yaşayış evi və digər həyət tikililəri yerləşir. Torpaq sahəsinin istifadəçisi İddiaçıdır. İddiaçı məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddianı geri götürdüyündən mütəxəssis rəyinin verilməsi ilə bağlı yaranmış prosessual xərc iddiaçıdan tutularaq aidiyyəti üzrə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 111.3-cü maddəsinə əsasən, şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. 115.2-ci maddəsinə əsasən, mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul edilmədiyi hallarda, prosessual xərclərə dair qərardadın mübahisələndirilməsinə yol verilmir. Göründüyü kimi, iddiaçı iddiadan imtina etməsə də iddianı geri götürmüşdür ki, mütəxəssis rəyinin verilməsi üçün xərc ondan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2001-ci il tarixli 14 nömrəli sərəncamına əsasən qanuni istifadəsinə verilmiş, İsmayıllı şəhəri T.İsmayılov küçəsi ev 1 ünvanında yerləşən 0,06 ha həyatyanı torpaq sahəsi və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsinin İsmayıllı rayonu üzrə Dövlət Texniki İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən mülkiyyət hüququ üzrə xx.xx.2003-cü ildə 01 nömrəli reyestr kitabında 22-ci səhifədə 86 reyeystr nömrəsi ilə adına qeydə alınmlış fərdi yaşayış evi üzərində vahid mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Mütəxəssis rəylərinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəylərinin verilməsinə çəkilən xərcə görə 95 manat İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X6 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ**********0000001944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-143/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-143/2021
11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver