Məhkəmə qərarları › İş №2-1(116)-143/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-143/2023

15.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-143/2023 15.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayonu, Muğanlı kəndində yerləşən 0,40 ha həyətyanı torpaq sahəsinə dair JN- 221A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair 27 sentyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın X10 və X4 mülkiyyət hüququnun qeydiyyata alınması hissəsində ləğv edilməsi, o cümlədən həmin torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, mərhum valideynləri X12 və X2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə iş materialları ilə birlikdə baxaraq, müəyyən etdi: İddiaçılar cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayonu, Muğanlı kəndində yerləşən 0,40 ha həyətyanı torpaq sahəsinə dair JN-221A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair 27 sentyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın X10 və X4 mülkiyyət hüququnun qeydiyyata alınması hissəsində ləğv edilməsi, o cümlədən həmin torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, mərhum valideynləri X12 və X2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddiaçılara xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, nəzərlərinə çatdırılmışdır ki, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin **********05 nömrəli məktubuna əlavə olunmuş Muğanlı kənd torpaq mülkiyyətçilərinin qanuni istifadəsində olan həyətyanı və zəbt olunan torpaq sahələrinin siyahısının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, siyahıda 221ci sırada İddiaçı3 adı qeyd olunmuş, “üzvlərin sayı” qrafasında üç nəfər və “zəbt” qrafasında “0,40” göstərilmişdir. Həmçinin, sözügedən məktuba əlavə olunmuş Zaqatala rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq olunmuş Zaqatala rayonunun Muğanlı kəndində xüsusi mülkiyyətə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyahısının təsdiq edilmiş arxiv nüsxəsindən görünür ki, həmin siyahıda 221-ci sırada İddiaçı3, X10 və X3 adları qeyd olunmuş, eləcə də 331-ci sırada X12, X8 və İddiaçı2 adları qeyd edilməklə “qanuni istifadədə olan həyətyanı sahə” qrafasında “0,21” göstərilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, iddia tələbində X10 və X7 münasibətdə ləğvi tələb olunan JN- 221A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarı ilə elə həmin Komissiya tərəfindən təsdiq olunmuş subyektlər siyahısına uyğun olaraq tərtib edilmiş, daha sonra cavabdeh tərəfindən şəhadətnamədə adları qeyd olunmuş şəxslərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, iddia tələbində X10 və X4 mülkiyyət hüququnun qeydiyyata alınması hissəsində ləğv olunması tələb edilən 27 sentyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Odur ki, şəhadətnamə subyektlər siyahısına uyğun verildiyindən iddiaçılar ilk növbədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-221A saylı şəhadətnamənin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının müvafiq qərarını mübahisələndirməlidir. Yalnız şəhadətnamənin verilməsinə əsas olmuş qərar ləğv olunduqdan sonra müvafiq şəhadətnamə və onun əsasında verilmiş çıxarış inzibati məhkəmə icraatı çərçivəsində mübahisələndirilə bilər. İddiaçılar məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardımına münsaibət bildirərkən xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizədə ilkin iddia ərizəsində göstərilənləri əsas gətirmiş və əlavə olaraq qeyd etmişlər ki, JN-221A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən də göründüyü kimi, torpaq sahəsinin şəxslərin ümumi birgə mülkiyyətinə verilməsinə əsas Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 23 may 1996-cı il tarixli, 32 nömrəli qərarı olmuşdur. Belə olan halda necə ola bilər ki, İddiaçı3 2001-ci ildə ailə həyatı quracaq Vüsalə Hüseynova və 2002-ci il tarixdə doğulacaq X1 Rayon Aqrar İslahat Komissiyasının 23 may 1996-cı il tarixli, 32 nömrəli qərarında nəzərdə tutulsun. Digər bir məsələ isə X5 1996-2001-ci illər arasında qeydiyyatda olduğu təsərrüfatda pay torpaq sahəsi alması ilə bağldır. Qanunvericiliyin tələblərinə əsasən hər bir Azərbaycan Respublikası vətəndaşı yalnız 1 dəfə pay torpaq sahəsi almaq hüququna malikdir. X10 da atasına məxsus təsərrüfatda olaraqkən həmin hüququnu realizə etmişdir. Bu isə onu göstərir ki, X10 islahat vaxtı iddiaçıların təsərrüfatında yox, öz təsərrüfatında qeydiyyatda olmuşdur. İş üzrə cavabdeh inzibati orqanın Şəki İnzibati Məhkəməsinə təqdim etdiyi siyahılar Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 23 may 1996-cı il tarixli, 32 nömrəli qərarına əlavə edilmiş siyahılar deyil. Cavabdeh inzibati orqanın təqdim etdiyi siyahıların düzgün siyahılar olmaması yuxarıda qeyd olunan işin faktiki halları ilə tam təsdiq olunur. Məhkəmə tərəfindən iddiaçılara xx.xx.2023-cü il tarixli yeni hüquqi yardım məktubu ünvanlanaraq, bildirilmişdir ki, işin yuxarıda göstərilən hallarının araşdırılması çərçivəsində Məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu ilə onlara yazılı şəkildə müvafiq hüquqi yardım göstərilmiş, münasibətləri öyrənilmişdir. Lakin daha sonra aparılmış əlavə araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçıların mərhum valideynləri X12 və X2, eləcə də İddiaçı2 adına Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli qərarı əsasında 0,24 ha həyətyanı torpaq sahəsinə dair JN-331F Kod 40200058 nömrəli şəhadətnamə hazırlanmışdır. İddiaçı3 isə X10 və X11 ilə birlikdə ayrıca təsərrüfatı olmaqla, onların adına həyətyanı torpaq sahəsinə dair digər - JN-221A nömrəli şəhadətnamə işlənmişdir. İddiada adı keçən şəxslərin hər birinin adı özünə ayrılmış torpaq sahəsinə dair şəhadətnamədə göstərilməklə 2 fərqli sənəd hazırlanmışdır. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçılar JN-221A nömrəli şəhadətnaməni mübahisələndirməmiş, bu məsələ ilə bağlı mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşlər. Yardım məktubunda həmçinin qeyd olunmuşdur ki, iddia tələbinin tam həlli tələbin birinci hissəsində qeyd olunan məsələnin həlli ilə sıx bağlı olduğundan, şəhadətnamənin ləğvi məsələsinə hüquqi qiymət verilmədən digər hissədə iddia tələbinə baxılması mümkün deyildir. Yardım məktubunda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi iddiaçılara təklif olunmuş, məktub xx.xx.2023-cü il tarixdə iddiaçılar İddiaçı3 və İddiaçı2 Elektron Məhkəmə İnformasiya Sistemində yaratdıqları şəxsi kabinetlərinə yerləşdirilmiş, digər İddiaçı1 isə poçt ünvanına göndərilmişdir. İş materiallarında olan poçt göndərişlərinin izlənməsi sənədindən görünür ki, İddiaçı1 tərəfindən yardım məktubu xx.xx.2023-cü il tarixdə alınmış, lakin bu günədək münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. “Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının xx.xx.1995ci il tarixli 978 nömrəli Qanununun 3-cü maddəsinin dördüncü hissəsinə sasən, torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə görə islahatın aparılması üçün Azərbaycan Respublikası X19 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə X19 Komissiyası yaradılmış, Prezidentin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası X19 Komissiyası haqqında Əsasnamə" təsdiq edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 155- İQ nömrəli Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası X19 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X6 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X19 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X19 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X19 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, “X18 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X6 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. Belə ki, iddiaçıların mərhum valideynləri X12 və X2, eləcə də İddiaçı2 adına Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli qərarı əsasında 0,24 ha həyətyanı torpaq sahəsinə dair JN-331F Kod 40200058 nömrəli şəhadətnamə hazırlanmışdır. İddiaçı3 isə X10 və X11 ilə birlikdə ayrıca təsərrüfatı olmaqla, onların adına həyətyanı torpaq sahəsinə dair digər - JN-221A nömrəli şəhadətnamə işlənmişdir. İddiada adı keçən şəxslərin hər birinin adı özünə ayrılmış torpaq sahəsinə dair şəhadətnamədə göstərilməklə 2 fərqli sənəd hazırlanmışdır. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçılar bu məsələ ilə bağlı mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşlər. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçılar faktiki istifadələrində olan və onların mülkiyyətinə verildiyini iddia etdikləri mübahisəli torpaq sahəsinin hüquqi müqəddəratı ilə maraqlanmalı olduqları halda, həmin torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərin hazırlanmamasının səbəbinin aşkar edilməsi üçün tədbir görməli olmalarına baxmayaraq uzun illər ərzində bu istiqamətdə hər-hansı hərəkət etməmiş və məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişlər. 25 ildən artıq müddət keçdikdən sonra hazırkı tələblə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişlər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İnzibati Prosessual Məcəllə isə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər-hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Yəni Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların və edilmiş hərəkətlərin mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər-hansı münasibətə qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Məhkəmə onu da vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası analoji iş üzrə xx.xx.2023-cü il tarixli 2-1(102)-1149/2023 nömrəli qərarında eyni hüquqi mövqedən çıxış etmişdir. (qərar işə əlavə olunur, 29-32-ci bəndlər) Bununla yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası analoji iş üzrə xx.xx.2023-cü il tarixli 2-1(102)-887/2023 nömrəli qərarının 39-42 ci bəndlərində eyni məsələyə aşağı instansiya məhkəmələrinin diqqətini çəkmişdir. (qərar işə əlavə olunur) Həmçinin qeyd olunmalıdır ki, iddia tələbinin çıxarışın qismən ləğv edilməsi və həmin hissədə digər şəxslərin adına mülkiyyət hüququnun qeydə alınmasından ibarət ikinci hissəsinin həlli bilavasitə tələbin birinci hissəsindən asılı olduğundan, sözügedən məsələyə qiymət verilmədən tələbin ikinci hissəsinə baxıla bilməz. Odur ki, həmin hissədə də iddianın mümkünlüyü məsləsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçıların cavabdehə qarşı hazırkı tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayonu, Muğanlı kəndində yerləşən 0,40 ha həyətyanı torpaq sahəsinə dair JN- 221A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair 27 sentyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın X10 və X4 mülkiyyət hüququnun qeydiyyata alınması hissəsində ləğv edilməsi, o cümlədən həmin torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, mərhum valideynləri X12 və X2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar