Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1431/2021 14.12.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ünvan 1 ünvandakı xidməti yaşayış mənzilinin adına özəlləşdirilməsi və qeydiyyata alınaraq müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1958-ci ildə Sabirabad rayonunun Həşimxanlı kəndində anadan olmuş, hazırda Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi ev 92 mənzil 2 ünvanında yaşayır. O, 22.06.1982-ci ildə X9 ilə ailə qurmuşdur. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 01.03.1993-cü il tarixli 387 nömrəli sərəncamına əsasən, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 92 nömrəli evin, yaşayış sahəsi 24 kv.m olan 2 otaqlı 2 nömrəli mənzilinin X6 verilməsi qərara alınmışdır. Mingəçevir Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən iddiaçının mərhum əri X5 adına 01.03.1993-cü il tarixli 003161 nömrəli order verilmişdir. Orderdə göstərilmişdir ki, X5 5 nəfərdən ibarət ailəsi ilə birlikdə qeyd olunan mənzili tutmağa ixtiyarı vardır. Orderdə ailənin tərkibi qrafasında X5, X7, X3, X2 və X4 adları qeyd olunmuşdur. İddiaçının əri X9 13.12.2020-ci ildə vəfat etmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək həmin mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmiş, lakin cavabdeh 23.08.2021-ci il tarixli **********81 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Mingəçevir Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 01.03.1993-cü il tarixli qərarı əsasında verilmiş 003161 nömrəli order xidməti yaşayış sahəsi üçün nəzərdə tutulmuşdur. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və iddiasını belə əsaslandırmışdır ki, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi ev 92 mənzil 2-də yerləşən ev X6 verilmişdir. Həmin vaxtdan onlar fasiləsiz olaraq həmin xidməti mənzildə yaşamışlar. Cavabdeh 11.10.2021-ci il tarixli **********03 nömrəli iddiaya etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Tərəflərə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlmədiyinə, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onların iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, 01.03.1993-cü il tarixli 003161 nömrəli orderdən görünür ki, X5 5 nəfərdən ibarət ailəsi ilə birlikdə qeyd olunan mənzili tutmağa ixtiyarı vardır. Orderdə ailənin tərkibi qrafasında X5, X7, X3, X2 və X4 adları qeyd olunmuşdur. - İşdə olan, AZ-İİ seriyalı 143762 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, X9 13.12.2020-ci ildə vəfat etmişdir. - İşdə olan, cavabdehin 23.08.2021-ci il tarixli **********81 nömrəli imtina məktubundan görünür ki, Mingəçevir Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 01.03.1993-cü il tarixli qərarı əsasında verilmiş 003161 nömrəli order xidməti yaşayış sahəsi üçün nəzərdə tutulmuşdur. Eyni zamanda, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. - İşdə olan, Azərbaycan Respublikası Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 5 saylı Mənzil İstismar İdarəsinin 14.10.2021-ci il tarixli 10 nömrəli məktubundan görünür ki, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 92 nömrəli evin 2 nömrəli mənzili 387 nömrəli qərara əsasən, 01.03.1993-cü ildə xidməti ev kimi verilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 6-cı maddəsinə əsasən, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Memarlıq, tarixi və mədəni abidə sayılan binalardakı mənzillər özəlləşdirildikdən sonra həmin binaların arxitektura görkəmini pozmaq, binanın mədəni, tarixi dəyərinə xələl gətirmək qadağan edilir. Həmin binalar satılarkən onları almaqda dövlət üstün hüquqa malikdir. İşdən görünür ki, iddiaçının özəlləşdirmək istədiyi mənzil Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən 01.03.1993-cü ildə X6 xidməti mənzil verilmişdir. Mənzilin xidməti olması həm iddiaçının təqdim etdiyi orderdə yazılmış, həm də məhkəmənin sorğusuna cavab olaraq Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə göndərilmiş 14.10.2021-ci il tarixli 10 nömrəli arayışda göstərilmişdir. Belə olan halda isə, həmin mənzil özəlləşdirilə bilməz. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddiaçı mənzilin özəlləşdirilərək onun mülkiyyəti kimi qeydiyyata alınmasını tələb etməkdə haqlı olmamışdır. Bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ünvan 1 ünvandakı xidməti yaşayış mənzilinin adına özəlləşdirilməsi və qeydiyyata alınaraq müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1431/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1431/2021
14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver