Məhkəmə qərarları › İş №2-1(116)-1438/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1438/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1438/2022 26.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “0,015 ha torpaq sahəsinə Oğuz rayon Xalxal Bələdiyyəsinin mülkiyyət hüququnun xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindəki ********** qeydiyyatının və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi, Oğuz rayon Ərmənət kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0,015 ha torpaq sahəsinə Oğuz rayon Xalxal Bələdiyyəsinin mülkiyyət hüququnun xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindəki ********** qeydiyyatının və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi, Oğuz rayon Ərmənət kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Oğuz Rayon Aqrar İslahat Komissiyasının 13 mart 1998-ci il tarixli 59 nömrəli qərarı ilə Oğuz rayon Ərmənət kəndindən 5 (beş) nəfər ailə üzvü olmaqla iddiaçıya 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd edilən həyətyanı torpaq sahəsinə iddiaçının adına ailə üzvləri də daxil olmaqla 14 may 2006-cı il tarixli JN- 022A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə hazırlanmışdır. Həmin torpaq sahəsi iddiaçının mülkiyyətində olmasına baxmayaraq Oğuz rayon Xalxal Bələdiyyəsi onun xəbəri olmadan qeyd edilən torpaq sahəsinin icarəyə verilməsi barədə “Azərcell” şirkəti ilə müqavilə imzalamışdır. Öz növbəsində “Azərcell” şirkəti də iddiaçının mülkiyyətində olan torpaq sahəsində stansiya quraşdırmışdır. İddiaçı dəfələrlə Xalxal Bələdiyyəsinə müraciət etsə də, mübahisələndirilən müqavilənin ləğv edilməsinə nail ola bilməmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********60 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının müraciətində qeyd edilən 0,08 ha torpaq sahəsinə dair JN-022A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə Oğuz rayonu Xalxal Bələdiyyəsinin adına 150 kv.m torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli, ********** saylı Çıxarışla qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşür. Belə ki, iddiaçının və ailə üzvlərinin adına tərtib edilmiş JN-022 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin yerləşmə mövqeyinə uyğun koordinatlar Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1268/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında Oğuz rayonu Xalxal Bələdiyyəsinin adına 150 kv.m torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli, ********** saylı Çıxarışla qeydə alınmış torpaq sahəsinin üzərinə işlənmişdir. Qeyd olunan xx.xx.2019-cu il tarixli, ********** saylı torpaq sahəsinin planı və ölçüsü sənədi elektron baza məlumatlarında öz əksini tapmışdır. Həmin torpaq sahəsinin planı və ölçüsü sənədi bu günədək ləğv edilməmişdir və qüvvədədir. Bu səbəbdən də iddiaçının və ailə üzvlərinin adına 0,08 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-022 A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün olmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********12 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi ilə bağlı iddia tələbi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1268/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarının real olaraq icrası mümkün deyil. Belə ki, İddiaçı tərəfindən faktiki iddia edilən 0,08 ha torpaq sahəsinin 150 kv.m hissəsinə Oğuz rayon Ərmənət Bələdiyyəsinin adına xx.xx.2011-ci il tarixdə hazırlanmış AN-359631 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi mövcuddur. Qeyd olunan torpaq sahəsinin planı və ölçüsü sənədi elektron baza məlumatlarında öz əksini tapmışdır. Həmin torpaq sahəsinin planı və ölçüsü sənədi bu günədək ləğv edilməmişdir və qüvvədədir. Belə vəziyyətdə İddiaçı və ailə üzvlərinin adına tərtib edilmiş JN-022A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin AN- 359631 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin üzərinə bazaya daxil edilməsi bir sənədin üzərinə digər sənədin yerləşdirilməsi ilə nəticələnmişdir. Bildirilir ki, Oğuz rayon Xalxal bələdiyyəsinin adına 150 kv.m torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilən zaman İddiaçı və ailə üzvlərinin adına tərtib edilmiş JN-022A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcud elektron baza məlumatlarına daxil edilməmişdir. Əgər belə bir hal olsaydı Oğuz rayon Xalxal bələdiyyəsinin adına 150 kv.m torpaq sahəsinin qeydə alınması mümkün olmazdı. Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinnin 9 saylı Qəbələ ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nərəzinə çatdırılmışdır ki, iddia tələbi “0,015 ha torpaq sahəsinə Oğuz rayon Xalxal Bələdiyyəsinin mülkiyyət hüququnun xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindəki ********** qeydiyyatının və “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” və “Oğuz rayon Ərmənət kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” olmaqla iki hissədən ibarətdir. Tələbin ikinci hissəsi tələbin birinci hissəsindən asılı olduğundan iddianın “0,015 ha torpaq sahəsinə Oğuz rayon Xalxal Bələdiyyəsinin mülkiyyət hüququnun xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindəki ********** qeydiyyatının və “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi”ndən ibarət birinci hissəsinə hüquqi qiymət verilmədən tələbin ikinci hissəsinə baxıla bilməz. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı iddia tələbinin birinci hissəsi ilə bağlı daha əvvəl, yəni xx.xx.2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-1093/2020 nömrəli qərarı ilə iddia tələbi təmin olunaraq çıxarışın ləğv edilməsi öhdəliyi DƏDRX 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə qoyulmuşdur. Həmin iş üzrə üçüncü şəxs Oğuz rayonu Xalxal bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-14/2021 nömrəli qərarı ilə təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-1093/2020 nömrəli qərarı ləğv edilmiş, çıxarışın və plan-ölçü sənədinin ləğv olunmasına dair iddia tələbi rədd edilmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-1733/2021 nömrəli qərarı ilə təmin olunmamış, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(107)-14/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hüquqi yardım məktubunda iddiaçının nəzərinə çatdırılmışdır ki, iddia tələbinin birinci hissəsinə məhkəmə tərəfindən artıq hüquqi qiymət verildiyindən eyni tələbə yenidən baxıla bilməz və iddiaçıya məktubda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməsi təklif olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində işin halları ilə bağlı məqamları yenidən qeyd etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)- 1093/2020 nömrəli qərarı ilə iddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz rayon Xalxal bələdiyyəsinin adına hazırlanmış xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışın və A seriyalı 446706 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi” tələbinə dair iddiası təmin olunaraq çıxarışın ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin iş üzrə üçüncü şəxs Oğuz rayonu Xalxal bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-14/2021 nömrəli qərarı ilə təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-1093/2020 nömrəli qərarı ləğv edilmiş, çıxarışın və plan-ölçü sənədinin ləğv olunmasına dair iddia tələbi rədd edilmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-1733/2021 nömrəli qərarı ilə təmin olunmamış, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(107)-14/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli qərarının 16.1-ci və 16.2-ci bəndlərində göstərilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir; qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələbinin ikinci hissəsi tələbin birinci hissəsindən asılı olduğundan və iddianın birinci hissəsinə, yəni “0,015 ha torpaq sahəsinə Oğuz rayon Xalxal Bələdiyyəsinin mülkiyyət hüququnun xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindəki ********** qeydiyyatının və “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” hissəsinə artıq inzibati mühakimə icraatı qaydasında hüquqi qiymət verildiyi üçün eyni tələbə yenidən baxılması yolverilməz olduğundan iddia mümkün sayılmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Elektron Məhkəmə Sistemində xx.xx.2022-ci il tarixə saat 12:00-a təyin edilmiş məhkəmə iclasının keçirilməsinə də icraata qənaət prinsipi rəhbər tutularaq zərurət qalmadığından iclas tərəflərə məlumat verilmədən ləğv edilməlidir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “0,015 ha torpaq sahəsinə Oğuz rayon Xalxal Bələdiyyəsinin mülkiyyət hüququnun xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindəki ********** qeydiyyatının və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi, Oğuz rayon Ərmənət kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar