Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1439/2022 17.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı Cavabdehnə qarşı "xx.xx.1991-ci ildə adına verilmiş XİV-ЖГ seriyalı 490972 nömrəli doğum haqqında şəhadətnamədə ata qrafasında X3 qeyd edilərək doğum haqqında şəhadətnamədə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı "Kaptarov Heybullahın onun atası olması faktının müəyyən edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya izah edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə baxılması inzibati məhkəmələrin deyil, ümumi məhkəmələrin səlahiyyətinə aiddir. Bu səbəbdən o, göstərilən ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edə bilər, hazırkı iddia ərizəsi isə mümkün sayıla bilməz. Lakin bundan sonra İddiaçı məhkəməyə "İddia tələbinin dəqiqləşdirilməsinə dair iddia ərizəsinə əlavə" göndərərək, bildirmişdir ki, iddia tələbi xx.xx.1991-ci ildə adına verilmiş XİV-ЖГ seriyalı 490972 nömrəli doğum haqqında şəhadətnamədə ata qrafasında X3 qeyd edilərək doğum haqqında şəhadətnamədə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən və işdə olan digər sənədlərdən görünür ki, İddiaçı 1957-ci ildə anadan olmuş, həmin vaxt onun anası X4 nikahda olmamışdır. Eyni zamanda, iddiaçının anası və onunla nikahda olmayan şəxs qeydiyyat aparan orqana uşağın valideynləri olmaları barədə birgə ərizə verməmişlər. X1, həm də iddiaçının öz atası hesab etdiyi X5 artıq vəfat etmişlər. Müəyyən edildi ki, hazırda iddiaçının nail olmaq istədiyi hüquqi nəticə özünün doğum akt qeydində və doğum haqqında şəhadətnaməsində X2 onun atası kimi yazılmasından ibarətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsində deyilir ki, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 45.1-ci maddəsində deyilir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 45.2-ci maddəsində isə deyilir ki, uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-cu maddəsinə görə, məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə də baxır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 25.2-ci maddəsində isə deyilir ki, ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Sadalanan normalardan görünür ki, atalığın etiraf olunması faktı hüquqi əhəmiyyəti olan fakt hesab edilir və hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə baxılması inzibati məhkəmələrin deyil, ümumi məhkəmələrin səlahiyyətinə aiddir. Odur ki, İddiaçı ona münasibətdə X2 atalığının tanınması faktının müəyyən edilməsi barədə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edə bilər. Hazırkı iddia isə yuxarıda göstərilən səbəblərə görə mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı "xx.xx.1991-ci ildə adına verilmiş XİV-ЖГ seriyalı 490972 nömrəli doğum haqqında şəhadətnamədə ata qrafasında X3 qeyd edilərək doğum haqqında şəhadətnamədə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1439/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1439/2022
17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver