Məhkəmə qərarları › İş №2-1(116)-1440/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1440/2023

20.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1440/2023 20.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1, cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X12 adına hazırlanmış xx.xx.2006-cı il tarixli JN-1702A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,1035 ha həyətyanı torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına DƏDRdən çıxarışın və müvafiq texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X12 adına hazırlanmış xx.xx.2006-cı il tarixli JN 1702A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən ev və yerləşdiyi həyətyanı torpaq sahəsi barədə vahid daşınmaz əmlak kimi onun adına DƏDR-dən çıxarışın və müvafiq texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1440/2023 nömrəli qərardadı ilə X13, X15 və Oğuz bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, "Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X12 adına hazırlanmış xx.xx.2006-cı il tarixli JN-1702A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,1035 ha həyətyanı torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, iddiaçının adına DƏDR-dən çıxarışın və müvafiq texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 25 oktyabr 1999-cu il tarixdə Oğuz rayon Yaqublu kənd İcra Nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə X22 ərə getmişdir. X29 ilə rəsmi nikahda olduğu müddətdə o, 16 noyabr 2001-ci il tarixdə Oğuz rayon Dövlət Notariat Kontorunda rəsmi alqı-satqı müqaviləsi bağlamaqla ünvan 2 ünvanında 990 kv.metr torpaq sahəsində yerləşən fərdi yaşayış evini satın almışdır. Həmin müqavilə əsasında X42un adına xx.xx.2001-ci il tarixdə qeyd edilən fərdi yaşayış evi barəsində 2732 saylı Qeydiyyat vəsiqəsi tərtib edilmişdir. X42 xx.xx.2022-ci il tarixdə Qəbələ Regional “Asan xidmət” mərkəzində notariat ofisində rəsmi daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlamaqla qeyd edilən evi ona bağışlamışdır. O qeyd edilən evə dair hüquqların adına qeydiyyata alınması ilə əlaqədar cavabdeh orqana müraciət etdikdə müqavilə əsasında əldə etdiyi evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinə dair evin əvvəlki mülkiyyətçisi X12 adına xx.xx.2006-cı il tarixli JN-1702A nömrəli torpağın mülkiyyətə verilməsinə şəhadətnamə hazırlandığı bildirilmişdir. X42 evi satın alarkən Oğuz şəhərində yerləşən evlərin həyətyanı torpaq sahələrinə dair torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr hazırlanıb hüquq sahiblərinə verilməmişdir. Evi satın alandan uzun müddət sonra, evin yerləşdiyi 0,99 hektar həyətyanı torpaq sahəsinin 0,06 hektar hissəsinə dair evin əvvəlki sahibinin, yəni X12 adına xx.xx.2006- cı il tarixli, JN- 1702A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. X19 da 28 iyun 2021-ci il tarixdə vəfat etmişdir. Onun ölümü Oğuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə 112 № ilə qeyd edilmişdir. X4 X13 və X15 adlı iki övladının, yəni birinci növbəli vərəsəsinin olduğu iddiaçıya məlumdur. İddiaçı cavabdeh orqana müraciət edərək həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin də qeyd edilən müqavilə və digər müvafiq sənədlər əsasında adına qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın hazırlanmasını xahiş etsə, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - X12 adına tərtib edilmiş xx.xx.2006-ci il tarixli, JN 1702A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və Oğuz şəhəri, H.Aslanov küçəsi ev 9 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 990 kv.m həyətyanı torpaq sahəsinin vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq adına Çıxarışın verilməsi ilə bağlı tələbi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X32 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Belə ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin bağışlanma müqaviləsi bağlarkən torpaq sahəsi bağışlama predmeti olmamışdır. Bildirilmişdir ki, Ərazi İdarəsinin arxiv qovluğunda iddia olunan Oğuz şəhəri, H.Aslanov küçəsi ev 9 ünvanında yerləşən 990 kv.m həyətyanı torpaq sahəsinə dair hər hansı bir sənəd təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Üçüncü şəxs Xədicə Qurbanova iddia tələbinə münasibətində qeyd etmişdir ki, mərhum X19 05 iyul 2021- ci il tarixdə vəfat etmişdir. Mərhum vəfat edəndən sonra onun vərəsələri X13, X15 analarından qalan əmlakı faktiki olaraq qəbul etsələr də, vərəsəlik haqqında şəhadətnamə almamışlar. X21 adına olan torpaq sahəsi təxminən 16 sot olmuş, onun bir qismini digər şəxslərə satmışlar. Sonuncu qalan torpaq sahəsinin təxminən 3 sot hissəsini adlarını unutduqları şəxsə satıblar. Həmin şəxs isə iddiaçını əri X5. Bundan başqa, xəritəyə uyğun olaraq yalnız ev olan hissə satılmışdır. Qalan 6 sotda olan hissə yəni, “fındıqlıq, qaraj, donuz damı, naves olan hissələr isə satılmamışdır. Mərhum anası vəfat edəndən sonra iddiaçı onlara zəng edərək Bakıda yaşadığını, 6 sot torpaq sahəsinin onlara lazım olmadığını bildirərək gedib vərəsəlik haqqında Şəhadətnamə alıb onların adına alqı-satqı müqaviləsi bağlamasızı istəmişlər. Onlar, özlərinə məxsus olan 6 sot torpaq sahəsini heç kimə vermək niyyətinin olmadıqlarını bildirmişlər. Hazırda vərəsəlik haqqında şəhadətnamə alınması üçün notariat xidmətinə müraciət ediblər. Odur ki, vərəsəlik haqqında Şəhadətnamə verilənədək inzibati işin icraatının dayandırılması xahiş edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iş üzrə icraatın dayandırılması ilə bağlı üçüncü şəxsin vəsatəti təmin edilməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - noyabr 1962-ci il tarixli, 26 inventar nömrəli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasportdan görünür ki, Vartaşen şəhəri H.Aslanov küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evi üzrə hüquq subyekti X17muş, evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 1049,8 kv.metr qeyd edilmişdir. - xx.xx.1976-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, xx.xx.1964-cü ildə anadan olmuş X26 - Vartaşen rayon Kommunal təsərrüfat şöbəsinin verdiyi xx.xx.1976-cı il tarixli 89 №-li arayışına əsasən xx.xx.1969-cu ildə vəfat etmiş mərhum X9 üzrə vərəsəsi hesab edilmiş və vərəsəlik əmlakı olaraq “Vartaşen şəhəri Şaumyan küçəsində yerləşən 896 man inventar qiymətində bina” qeyd edilmişdir. - xx.xx.1990-cı il tarixli müqavilədən görünür ki, X27 (X20 nümayəndəsi olmuşdur) Vartaşen şəhəri H.Aslanov küçəsi 13 ünvanında yerləşən evi vətəndaş X3. - xx.xx.2001-ci il tarixli müqavilədən görünür ki, X19 (X30 nümayəndəsi olmuşdur) Oğuz şəhəri H.Aslanov küçəsi 9 №-də 990 kv.metr torpaq sahəsində yerləşən 1948-ci ildə saman kərpicdən tikilmiş, üstü şiferlə örtülmüş, 34,6 kv.metr ümumi sahəsi 34,6 kv.metr əsas yaşayış sahəsi olan iki otaqdan ibarət yaşayış evini X5. - Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X10 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 2732 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Oğuz şəhərində H.Aslanov küçəsi ev 9, 2 (iki) yaşayış otağından ibarət yaşayış evi X23 adına mülkiyyət hüququ əsasında xx.xx.2001-ci il tarixdə qeydə alınmışdır. - xx.xx.2022-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, X41 şəhərində H.Aslanov küçəsi ev 9, 2 (iki) yaşayış otağından ibarət yaşayış evini İddiaçı bağışlamışdır. - JN-1702A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 75 saylı qərarı X16 0,06 ha torpaq sahəsi ayrılmışdır. - Oğuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli N-87/12 nömrəli məlumatından görünür ki, X19 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, ölüm haqqında xx.xx.2021-ci il tarixli 112 №-li akt qeydi tərtib olunmuşdur. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir:

1. iddia olunan fərdi yaşayış evi JN-1702A kod 40501004 nömrəli şəhadətnamənin cizgisindəki torpaq sahəsi ilə üst-üstə düşür,

2. JN-1702A kod 40501004 nömrəli şəhadətnamədəki torpaq sahəsinin ölçüsü 0,06 hektardır, Oğuz rayon Aqrar islahat Komissiyasının 05 noyabr 1998-ci il qərarı ilə X12 xüsusi mülkiyyətinə verilmişdir. Sözügedən torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olmaqla Oğuz şəhəri İnzibati ərazisinin sərhədləri daxilində yerləşir, İddiaçı istifadəsindədir, digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür.

3. İddiaçının faktiki istifadəsində olan 0,1035 ha torpaq sahəsinin 0,06 ha hissəsi JN-1702A kod 40501004 nömrəli şəhadətnaməyə əsasən Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli qərarı ilə X12 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 0,0435 ha hissəsi isə Oğuz şəhəri İnzibati ərazi dairəsi sərhəddi daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqları olmaqla Oğuz bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür.

Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslər nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı X12 adına hazırlanmış xx.xx.2006-cı il tarixli JN-1702A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,1035 ha həyətyanı torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. İş materialları ilə müəyyən edilir ki, tələbdə qeyd edilmiş fərdi yaşayış evi və torpaq sahəsi üzrə ilk hüquq subyekti X17muş, evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 1049,8 kv.metr qeyd edilmişdir. Daha sonra Qurqen Culfayev xx.xx.1969-cu ildə vəfat etdikdən sonra X14 qanun üzrə vərəsəsi hesab edilmiş və sonuncunun anası (X27) tərəfindən sözügedən fərdi yaşayış evi xx.xx.1990-cı il tarixli müqavilə əsasında X2. X19 isə həmin fərdi yaşayış evini xx.xx.2001-ci il tarixli müqavilə ilə X8, sonuncu isə xx.xx.2022-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında sözügedən yaşayış evini iddiaçıya bağışlamışdır. Sadalanan alqı-satqı müqavilələrinin və bağışlanma müqaviləsinin predmeti olmuş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair tərtib edilmiş JN-1702A saylı Şəhadətnamə xx.xx.2006-cı ildə, yəni alqı-satqı müqaviləsi bağlandıqdan 4 ildən artıq müddət keçdikdən sonra hazırlanmış və həmin Şəhadətnamənin Oğuz RAİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı əsasında verildiyi qeyd edilmişdir. Belə ki, Oğuz RAİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə Məhsəti Qasımovaya 0.06 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulsa da, JN-1702A saylı Şəhadətnamə hazırlanarkən artıq sözügedən torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin Məhsəti Qasımova tərəfindən özgəninkiləşdirilməsi nəzərə alınmamışdır. Göründüyü kimi cavabdeh orqanın JN-1702A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X7 adına tərtib edilməsində ifadə olunan faktiki xarakterli hərəkətləri mahiyyət etibarilə əsassız olduğundan, iddiaçı həmin şəhadətnamənin ləğvini tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddia olunan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin sahibi Qurqen Culfayev olması işdə olan noyabr 1962-ci il tarixli, 26 inventar nömrəli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasportla sübut olunur. Azərbayan Respublikası Prezidentinin xx.xx.2015 ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar hüquqların əldə ediməsini təsdiq edən sənəd olaraq nəzərdə tutulmuşdur. Beləliklə, torpaq sahəsi Quqen Culfayevin qanuni istifadəsində olduğundan, onun vəfatından sonra fərdi yaşayış evi ilə bağlı olan hüquqları ilə bərabər, faktiki olaraq onun yerləşdiyi torpaq sahəsi üzərində hüquqlar da qanun üzrə vərəsəsinə ötürülmüşdür. Daha sonra sözügedən fərdi yaşayış evi xx.xx.1990-cı il tarixli müqavilə əsasında X27 tərəfindən X1, artıq Marqo Culfayevaya fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ilə birlikdə ötürülmüş hüquqlar yeni mülkiyyətçi Məhsəti Qasımovaya keçmişdir. Faktiki olaraq torpaq sahəsi ilə bağlı Məhsəti Qasımovaya ötürülmüş hüquqların həcmi isə noyabr 1962-ci il tarixli, 26 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsindən ibarət olmuşdur (1049,8 kv.metr). X33 da, xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsi ilə sözügedən fərdi yaşayış evini X6, ona xx.xx.1990-cı il tarixli müqavilə əsasında torpaq sahəsi ilə bağlı keçmiş hüquqlarını Ülfət Səfərova ötürmüşdür. Nəzərə alınmalıdır ki, məhz yuxarıda qeyd edilən hüquqların ötürülməsinə görə iddia olunan 0.06 ha torpaq sahəsinin Məhsəti Qasımovanın qanuni istifadəsində olması hesab edilərək, Oğuz RAİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə ona 0.06 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Üçüncü şəxslərin alqı-satqı müqaviləsində “yalnız evin satılması” ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Məhsəti Qasımovaya da, xx.xx.1990-cı il tarixli müqavilə əsasında yalnız fərdi yaşayış evi satılmışdır. Buna baxmayaraq, üçüncü şəxslər evin yerləşdiyi torpaq sahəsinin Məhsəti Qasımovaya məxsus olmasını hesab edirlər. Başqa sözlə, üçüncü şəxslər iddia olunan torpaq sahəsi üzərində X21 xx.xx.1990-cı il tarixli müqavilə əsasında mülkiyyət hüququnun yaranmasını hesab etsələr də, Məhsəti Qasımova tərəfindən fərdi yaşayış evinin özgəninkiləşdirilməsi ilə bağlı müqavilədə torpaq sahəsinin satılmasının nəzərdə tutulmadığını bildirərək, torpaq sahəsi üzərində hüquqların Ülfət Səfərova keçməsini qəbul etmirlər. Torpaq Məcəlləsinin 88-ci maddəsinin xx.xx.2001-ci il tarixli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası: (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri)

1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. ... Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb). ... Torpaq islahatı aparılan zaman fərdi yaşayış evinin yerləşdiyi qalan torpaq sahəsinə dair Ülfət Səfərovun adına hər hansı sənəd hazırlanmadığından, habelə alqı-satqı müqaviləsi bağlanarkən və digər sənədləşmə işləri aparılarkən istinad olunan Fərman qəbul edilmədiyindən xx.xx.2001-ci il tarixli müqavilədə ancaq fərdi yaşayış evinin satılması qeyd edilmişdir. Lakin, yuxarıda istinad olunan normalardan göründüyü kimi iddia olunan torpaq sahəsi də, fərdi yaşayış evi ilə birgə faktiki olaraq Ülfət Səfərovun mülkiyətinə verilmişdir. xx.xx.2022-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” bağalanarkən də, eyni ilə yuxarıda qeyd edilmiş qaydada iddia olunan fərdi yaşayış evi ilə bərabər, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqları iddiaçıya keçmişdir. Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 315- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir:

3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Mülki Məcəllənin 245-ci maddəsində (Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi MM-nin 245-ci və Torpaq Məcəlləsinin 88-ci maddəsində mülkiyyət hüququ ilə bağlı “əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə” və ”torpaq sahəsinin mülkiyyətçisi” ifadələrinin işlədilməsi onu deməyə əsas verir ki, qanunverici, özgəninkiləşdirilən tikiliyə (fərdi yaşayış evinə) mülkiyyət hüququnun əldə edənə keçməsini, həmin torpaq sahəsini özgəninkiləşdirən şəxsin mülkiyyətində olması şərtindən və hüquqların ona məxsus olan həcmindən asılı edir və xüsusi olaraq qeyd edir ki, “bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir”. Tikiliyə mülkiyyət hüququ başqa şəxsə keçərkən onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla keçir, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən evə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə evin yerləşdiyi torpaq sahəsinə hüquqlar binanı əldə edənə keçir. “Alqı-satqı müqaviləsinin predmetinin torpaq sahəsi olmaması və yalnız fərdi yaşayış evinin Ülfət Səfərova satılması” ilə bağlı” cavabdehin və üçüncü şəxslərin dəlilinə münasibətdə məhkəmə əlavə olaraq qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq, məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. ... Həmçinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Fərdi yaşayış evinin satılması ilə bağlı müqavilədə torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı qeyd olmasa da, məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş aşağıdakı hüquqi mövqeyə istinad etməyi zəruri hesab edir: - Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. İnzibati işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayı evi ilə bağlı iddiaçının əri və X33 arasında 2001-ci ildə alqı-satqı müqaviləsi bağlanmış və həmin vaxtdan etibarən torpaq sahəsi iddiaçının aşkar sahibliyində və istifadəsində olmuşdur. Alqı-satqı müqaviləsi ötən müddət ərzində mübahisələndirilməmiş, həmçinin tərəflər arasında sözügedən torpaq sahəsindən istifadə ilə bağlı hər hansı mübahisə və məhkəmə çəkişməsi olmamışdır. Bununla da torpaq sahəsinə münasibətdə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış Məhsəti Qasımova uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməmişdir. Hazırkı iş üzrə üçüncü şəxslərin məhkəməyə təqdim etdikləri ərizənin məzmunundan görünür ki, sözügedən torpaq sahəsi ilə bağlı onların da hər hansı tələbi və mübahisəsi olmamış, yalnız iddiaçı tərəfindən onlara sənədləşdirilmə işlərinin aparılması üçün müraciət edildikdən sonra faktiki vəziyyətdən yararlanmağa və hüquqdan suiistifadəyə cəhd edilərək, xx.xx.2001-ci il tarixli müqavilə bağlanarkən torpaq sahəsi ilə bağlı qeydin nəzərdə tutulmamasına istinad edilmişdir. Hazırkı işin hallarına uyğun olaraq oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1037/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X37 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X12 adına hazırlanmış xx.xx.2006-cı il tarixli JN-1702A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,1035 ha həyətyanı torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması onun adına DƏDRdən çıxarışın və müvafiq texniki pasportun hazırlanması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar