Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1447/2020 03.12.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı (üçüncü şəxslər: Zaqatala rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs) “onun əlil-xəstə övladı X5 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi (11 ay) qanunsuz olaraq dayandırılmış sosial müavinətinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı (üçüncü şəxslər: Zaqatala rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əlil-xəstə övladı X5 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi (11 ay) qanunsuz olaraq dayandırılmış sosial müavinətinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X8 Telmanoviç adlı uşağı “Kvadropleqik spastik serebral iflic, çox ağır əqli gerilik” diaqnozlu xəstədir. İddiaçının oğlu Şaban Əliyevə xəstəliyi ilə əlaqədar sosial müavinət təyin edilmişdir. Lakin həmin sosial müavinət xx.xx.2019-cu il tarixdən kəsilmiş, dayanmışdır. xx.xx.2020-ci il tarixdə təkrarən bərpa edilmişdir. xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixləri aralığında iddiaçının övladı Şaban Əliyevə sosial müavinət verilməmişdir. Halbuki həmin müddət ərzində onun uşağının sağalması və ya bu sağlamlıq barədə heç bir tibbi rəy mövcud olmamışdır. İddiaçının uşağı ilə bağlı həmin müddət ərzində heç bir tibbi müayinə və ya yoxlama aparılmamışdır. İddiaçının övladına 11 aya yaxın bir müddət ərzində müavinət ödənilməmişdir. Hal-hazırda Ş.Əliyevə xəstəliyi ilə əlaqədar 1-ci qrup əlillik təyin edilmişdir. İddiaçı övladına 11 ay ərzində verilməmiş müavinətin ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının övladı Ş.Əliyevin TSEK tərəfindən sonuncu müayinəsi zamanı onun xx.xx.2020ci il tarixdən sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sağlamlıq imkanları məhdud övladı X9 üçün sosial müavinət almışdır. İddiaçı övladı X5 sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün nəzərdə tutulmuş müavinətin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə kimi dayandırılması tamamilə haqlı və qanunauyğun olmuşdur. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 4.0.1.4-cü maddəsinə əsasən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət təyin edilir. Qanunun 9.1.3-cü maddəsində göstərilir ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.7-ci maddəsinə əsasən, Tibbi-sosial ekspert komissiyaları əlillik, o cümlədən sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə müayinə aktından çıxarışı Şöbəyə təqdim edirlər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx xxx 2018-ci il tarixli AR Qanunun 3.1ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Belə ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.26-cı bəndinə əsasən, əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Tibbi Sosial Ekspertiza və X2 əldə olunmuş məlumata əsasən, xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək 3 il müddətinə X5 sağlamlıq imkanları məhdudluğu müəyyən edilmiş və buna görə sosial müavinət təyin edilmişdir. Növbəti müavinə tarixi xx.xx.2019-cu il olmuş, Zaqatala Rayon Mərkəzi Xəstəxanası tərəfindən təqdim olunmuş göndərişin natamam doldurulması və son 6 ay ərzində stasionar müalicə müddəti olmaması səbəbindən Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən sağlamlıq imkanları məhdud statusunun verilməsindən imtina edilmişdir. xx.xx.2020-ci il tarixində şəxsin sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və həmin tarixdən sosial müavinət ödənilmişdir. Həmin əsasnamənin 4.9-cu bəndinə göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X6 (bundan sonra - TSERAS) ötürülür. Əsasnamənin 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Hətta, həmin əsasnamənin 4.7-ci bəndinə səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar. Həmin əsasnamənin 4.2-ci bəndinə əsasən göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. Buna görə də İddiaçı övladı X5 mübahisələndirilən dövr ərzində sağlamlıq imkanları məhdudluğu müəyyən edilmədiyindən sosial müavinətin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə kimi dayandırılması tamamilə haqlı və qanunauyğun olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Zaqatala rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət X10 sədrinin müavini xanım Nigar Bayramovaya ünvanladığı xx.xx.2020-ci il tarixli 86 nömrəli məktubda qeyd edilir ki, xx.xx.2002-ci təvəllüdlü Gözbaraq kənd sakini X9 “Kvadropleqik spastik serebral iflic, çox ağır əqli gerilik” diaqnozu ilə dispanser qeydiyyatındadır. Növbəti müayinə vaxtı çatdığı üçün xx.xx.2019-cu tarixdə sənədləri onlayn göndərilmiş və imtina cavabı gəlmişdir. xx.xx.2020-ci il tarixdə sənədləri yenidən göndərilmiş və əlilliyi təsdiqlənmişdir. xx.xx.2020ci il tarixdə xəstənin 18 yaşı bitdiyi üçün sosial müavinəti kəsilmişdir. Əlilliyin qiymətləndirilməsi üçün sənədləri onlayn TSEK-ə göndərilmişdir. İş materiallarında olan 581690 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X9 xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuşdur. İş materiallarında olan iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Zaqatala rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli 853 nömrəli məktubunda qeyd edilir ki, Zaqatala Rayonunun Gözbarax kənd sakini xx.xx.2002-ci il təvəllüdlü X9 dispanserdə qeydiyyatdadır. Xəstə xx.xx.2020-ci il tarixinədək SİMU kimi sosial müavinət almışdır. Göstərilən tarixdə 18 yaşı tamam olduğu üçün aldığı müavinətin verilməsi dayandırılmışdır. Məsələ ilə əlaqədar Zaqatala MRX PHŞ-də fəaliyyət göstərən HMK bir neçə dəfə olmaqla xx.xx.2019 il tarixdə (18 yaşı bitməyinə beş ay qalmış), xx.xx.2020 tarixdə (iki ay qalmış), sonuncu dəfə isə xx.xx.2020 tarixdə xəstə barədə müvafiq sənədləri toplayaraq onlayn şəkildə Tibbi Sosial Ekspert Komissiyasına göndərmişdir. Beləliklə, X1 mütəmadi şəkildə edilən müraciətlərindən sonra xx.xx.2020 tarixdə xəstə X7 TSEK tərəfindən İ qrup əlillik təyin edilmişdir. Zaqatala MRX PHŞ olaraq bildirilir ki, HMK əlilliyin təyin olunmasında əsas sayıla biləcək bütün prosessual hərəkətləri vaxtında icra etmişdir. Əlillik müavinətinin dayandırılması, eləcə də alınmasında yaranmış fasilələrə görə Zaqatala MRX məsuliyyət daşımır və səlahiyyətləri çərçivəsində deyildir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 4.0.1.4-cü maddəsinə əsasən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət təyin edilir. Qanunun 9.1.3-cü maddəsində göstərilir ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.7-ci maddəsinə əsasən, Tibbi-sosial ekspert komissiyaları əlillik, o cümlədən sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə müayinə aktından çıxarışı Şöbəyə təqdim edirlər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx xxx 2018-ci il tarixli AR Qanunun 3.1ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.26cı bəndinə əsasən, əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tələbdə qeyd olunan müddət ərzində müavinətin ödənilməsi qanuni olaraq dayandırılmışdır və cavabdehin həmin dövrdə ödənilmiş müavinətin ödənilməsindən imtinası əsaslı olmuşdur. Odur ki, iddia tələbi təmin olunmamalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı (üçüncü şəxslər: Zaqatala rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs) “onun əlil-xəstə övladı X5 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi (11 ay) qanunsuz olaraq dayandırılmış sosial müavinətinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1447/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1447/2020
03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver