Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1448/2023 31.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi üçüncü şəxsin vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “0,10 ha həyətyanı, 0.21 ha və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair çıxarışların ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “0,10 ha həyətyanı, 0.21 ha və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair çıxarışların ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-57/2022 nömrəli qərardadı ilə iddia tələbinin “RX seriyalı ******* №-li (********** qeydiyyat №-li), RX seriyalı ******* №-li (********** qeydiyyat №-livə RX seriyalı ******* №-li (********** qeydiyyat №-li) çıxarışların ləğvi hissəsində iddia mümkün sayılmamışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-57/2022 nömrəli qərardadı ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “0,10 ha həyətyanı, 0.21 ha və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilmişdir. İddiaçının nümayəndəsi (vəkili) xx.xx.2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-57/2022 nömrəli qərardadından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(107)- 217/2022 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(116)-57/2022 nömrəli qərardadı qüvvədə qalmışdır. İddiaçının nümayəndəsi (vəkili) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(107)-217/2022 nömrəli qərardadından kassasiya şikayəti vermiş, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)- 1894/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(107)-217/2022 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(107)-191/2022 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-57/2022 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1448/2023 nömrəli qərardadı ilə X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının bacısı X8 xx.xx.2006-cı ildə vəfat etmiş və ondan miras əmlak olaraq torpaq sahələri qalmışdır. Bundan sonra Məryəm Əli qızının əri – Qurban Məmmədov ikinci dəfə evlənmiş, ikinci arvadının adı da Məryəm (Mövlüd qızı) olmuş və Qurban Məmmədovun arvadlarının yalnız ata adları fərqli olmuşdur. Qurban Məmmədov xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. xx.xx.2018-ci il tarixdə Məryəm Mövlüd qızı cavabdehə müraciət edərək hazırkı iddia tələbində mübahisələndirilən torpaq sahələrinə dair çıxarışları almışdır. Həmçinin, iddiaçı bacısından miras qalmış torpaq sahələrinə dair 2V-486, 487 və 488 nömrəli “qanun üzrə vərəsəlik hüququ” haqqında şəhadətnamələr əldə etmişdir. X4 müvafiq şəhadətnamələri və onun əsasında verilmiş çıxarışları Zaqatala Rayon Məhkəməsində mübahisələndirmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-232/2020 nömrəli qətnaməsi ilə müvafiq şəhadətnamələr etibarsız hesab edilərək onun əsasında verilmiş çıxarışlar ləğv edilmişdir (hazırda həmin mülki iş üzrə X6 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin icraatındadır). Bundan sonra iddiaçı hazırkı tələbdə qeyd edilən “RX seriyalı ******* №-li (********** qeydiyyat №-li), RX seriyalı ******* №-li (********** qeydiyyat №-li), RX seriyalı ******* №-li (********** qeydiyyat №-li), RX seriyalı ******* №-li (********** qeydiyyat №-li), RX seriyalı ******* №-li (********** qeydiyyat №-li) və RX seriyalı ******* №-li (********** qeydiyyat №-li) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh ilkin olaraq müraciəti təmin etməkdən imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, Zaqatala rayonu Əliabad qəsəbəsində aparılan torpaq islahatı zamanı mərhum X7 və X3 umumibirgə mülkiyyətinə verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən 0,10 ha həyətyanı, 0,52 ha və 0.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zamanı texniki səhv nəticəsində X8 əvəzində X4 qeyd olunmuşdur.Göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianın qanuna müvafiq qaydada həll edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin vəkili (nümayəndəsi) məhkəmədən iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-1485/2023 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2019-cu il tarixli **********42-10301 reyestr nömrəli Çıxarışın təsdiqlənmiş surətlərindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-1485/2023 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2019-cu il tarixli **********42-10301 reyestr nömrəli Çıxarışın təsdiqlənmiş surətlərindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi X5 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-1485/2023 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2019-cu il tarixli ********* qeydiyyat nömrəli Çıxarışın təsdiqlənmiş surətlərindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi X1 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-1485/2023 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın təsdiqlənmiş surətlərindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi X3 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-1485/2023 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın təsdiqlənmiş surətlərindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.52 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-1485/2023 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın təsdiqlənmiş surətlərindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.52 ha torpaq sahəsi X5 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-1485/2023 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın təsdiqlənmiş surətlərindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.52 ha torpaq sahəsi X1 adına qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1894/2022 nömrəli qərarında təsbit olunan hüquqi mövqe: “ İddiaçı öz tələbində mübahisəli çıxarışların ləğvini tələb etmiş, cavabdeh isə icraatın gedişində reyestrdəki qeyddə düzəliş edərək yeni məzmunda çıxarışlar tərtib etmiş, eyni zamanda, üçüncü şəxsə məktubla müraciət edərək səhv tərtib olunmuş çıxarışların təhvil verilməsini tələb etmişdir. Lakin həmin müraciətin üçüncü şəxs tərəfindən təmin olunduğuna dair işdə məlumat yoxdur. Eyni ilə, həmin çıxarışların ləğv edildiyini və ya qüvvədən düşdüyünü, yaxud etibarsız elan olunduğunu təsdiq edən hər hansı inzibati aktın qəbul edildiyinə dair məlumat işdə yoxdur. Bu səbəbdəndir ki, iddiaçı öz tələbində həmin çıxarışların qüvvəsindən müdafiə olunmaq məqsədi güdür. Onun həmin məzmunda tələbi təmin olunmadığı halda, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığına dair məhkəmələrin gəldikləri nəticə İPM-in 67.3-cü maddəsinin tələbinə uyğun olmamışdır”. Yuxarıda qeyd olunanlara və işin hallarına əsasən məhkəmə hesab edir ki,cavabdeh inzibati orqan tərəfindən mübahisəli torpaq sahələrinə dair yeni çıxarışlar tərtib olunsa da mübahisələndirilən çıxarışlar ləğv olunanmamışdır. Odur ki,RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli), RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli) və RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli) çıxarışların yaratdığı hüquqi nəticənin tamamilə istisna edilməsi üçün iddia təmin edilməli, qeyd olunan çıxarışların ləğvi vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli), RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli) və RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli) çıxarışların ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-1448/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1448/2023
31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver