Məhkəmə qərarları › İş №2-1(116)-1448/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1448/2024

28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1448/2024 28.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh DƏDKR PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN-044F KOD 40711028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə olan texniki səhvin düzəldilməsi və istifadəsində olan 0.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarış və fərdi yaşayış evinin texniki pasportunun hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə hazırlıq icraatı çərçivəsində keçirilən iclasda baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdeh DƏDKR PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə olan texniki səhvin düzəldilməsi və istifadəsində olan 0.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarış və fərdi yaşayış evinin texniki pasportunun hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - ailəsinin qanuni istifadəsində 0,28 ha həyətyanı torpaq sahəsi olmuş və yaşadığı fərdi yaşayış evi həmin torpaq sahəsində yerləşir. Torpaq sahəsi yola çıxışı olmaqla qalan ətrafı qonşu həyətyanı torpaq sahələri ilə əhatələnmişdir. Ərizəsinə əlavə elədiyi arxiv arayışlarından göründüyü kimi İsmayıllı rayonu Qalacıq kəndi İƏD-üzrə RİHB-nın nümayəndəliyinin 50 nömrəli Arxiv Fondunda saxlanan 1991-2000-ci illərin İstisu kəndi üzrə Təsərrüfatbaşına kitabında mərhum X8nın ailə başçısı olmaqla istifadəsində olan həyətyanı torpaq sahəsi 0,28 hektar, evin tikilmə tarixi 1968-ci il göstərilmişdir. Eyni ilə 2011-2015-ci illəri əhatə edən arxiv arayışında da o, ailə başçısı olmaqla istifadəsində olan həyətyanı torpaq sahəsi 0,28 hektar, evin tikilmə tarixi 1968-ci il göstərilmişdir. X8 xx.xx.2006-cı ildə vəfat etmiş və İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş məktuba əsasən onun vərəsəsi müəyyən olunmuşdur. Torpaq islahatı aparılan zaman qanuni istifadəsində olan torpaq sahəsi X23, X3, İddiaçı, X19 və X20 olmaqla İsmayıllı rayon AİK-nın 21 aprel 1998- ci il tarixli 46 saylı qərarı ilə mülkiyyətinə verilmiş və müvafiq mülkiyyət sənədi olan JN—044F, KOD 40711028 olan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə hazırlanaraq verilmişdir. Amma həmin Şəhadətnamədə torpaq sahəsi texniki səhv olaraq 0,28 ha. yox 0,08 ha göstərilmişdir. Göstərilənlər nəzərə alınaraq iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, İsmayıllı rayon AİK-nın 21 aprel 1998-ci il tarixli, 46 saylı Qərarına əsaən İsmayıllı rayonu, İstisu kəndi ərazisində 0.08 ha həyətyanı torpaq sahəsi X24 və onu ailə üzvlərinin (X4, X9, X21, X20) mülkiyyətinə verilmişdir. - İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(037)-46/2018 nömrəli Qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd edilən X9 ilə İddiaçı eyni şəxs olması faktı müəyyən edilmişdir. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-18/2020 nömrəli qərarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə JN044F kod -1711028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi, JN- 043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən iddiaçı və ailə üzvlərinə məxsus olan 0,28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi, İddiaçı və ailə üzvlərinin 0.28 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və planölçü sənədinin verilməsi öhdəliyi qoyulmuşdur. - Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(107)-142/2021 nömrəli qərarından görünür ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-18/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-972/2021 nömrəli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 mart tarixli, 2-1(107)-142/2021 nömrəli qərarı «JN- 043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən iddiaçıya və ailə üzvlərinə məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi, iddiaçı və ailə üzvlərinin həmin (üst-üstə düşən 0.0198 ha) torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi” hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. Qərar qalan hissədə üçüncü şəxslər X25, X2 və X1 şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. - Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(107)-18/2022 nömrəli qərarından görünür ki, üçüncü şəxslər X33 oglu, X2 və X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1 (116)-18/2020 nömrə qərarı «JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv arayışına əsasən iddiaçıya və ailə üzvlərinə məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst- üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi, İddiaçı və ailə üzvlərinin həmin (üst-üstə düşən 0.0198 ha) torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi” hissəsində ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X6, X11 və X26, Azərbaycan Respublikas; Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, İsmayıllı rayon Qalacıq bələdiyyəsi, X22, X2, X5) JN-044F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi, JN-043F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən ona məxsus olan 0,28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi və 0.28 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası həmin hissədə rədd edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-800/2022 nömrəli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)-18/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. - Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(107)-199/2022 nömrəli qərarından görünür ki, üçüncü şəxslər X22, X2 və X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2-1(116)-18/2020 nömrəli qərarı ləğv edilmişdir. İnzibati iş üzrə yeni qərar çıxarılmış, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X6, X11 və X26, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, İsmayıllı Rayon Qalacıq Bələdiyyəsi, X22, X2, X7) “JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən iddiaçı və ailə üzvlərinə məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi, İddiaçı və ailə üzvlərinin həmin (üst-üstə düşən 0.0198 ha) torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Əsaslandırma hissəsi : Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Hazırkı iş üzrə iddiaçının cavabdeh orqana qarşı tələbləri aşağıdakılardan ibarətdir:

1. JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan texniki səhvin düzəldilməsi,

2. İstifadəsində olan 0,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması,

3. İstifadəsində olan 0,25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportunun tərtib edilməsi.

İddia tələbinin “JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan texniki səhvin düzəldilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən X18 Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-18/2020 nömrəli qərarı ilə ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-972/2021 nömrəli qərarının 27-ci bəndində qeyd edilmişdir ki, Məhkəmə kollegiyası, nəzərə alır ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının faktiki istifadəsində olan 0.2549 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən JN-044F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsi ilə yanaşı, həm də bələdiyyə mülkiyyətində saxlanılan 0.1749 ha torpaq sahəsindən ibarətdir və həmin (0.1749 ha) torpaq sahəsi hissəsinə iddiaçının və ailə üzvlərinin mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsini üçüncü şəxs Qalacıq Bələdiyyəsi və cavabdeh inzibati orqan mübahisələndirməmiş, məhkəmə aktlarından şikayət verməmişlər. Həmçinin həmin hissədə iddianın təmin olunması üçüncü şəxslər X19, X6, X2 maraqlarına toxunmur. Buna görə də, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən - “cavabdehin üzərinə JN- 043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən iddiaçı və ailə üzvlərinə məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi, İddiaçı və ailə üzvlərinin həmin (üst-üstə düşən 0.0198 ha) torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədini verilməsi öhdəliyinin qoyulması” hissəsində ləğv edilməli, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-972/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 mart tarixli, 2-1(107)-142/2021 nömrəli qərarı qismən yəni, cavabdehin üzərinə JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən iddiaçı və ailə üzvlərinə məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi, iddiaçı və ailə üzvlərinin həmin (üst-üstə düşən 0.0198 ha) torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədini verilməsi öhdəliyinin qoyulması” hissəsində ləğv edilərək, həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bu isə o deməkdir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 mart tarixli, 2-1(107)-142/2021 nömrəli qərarı “JN044F kod ******* nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi və tələbdə qeyd edilmiş 0,28 ha torpaq sahəsinin 0,2549 ha hissəsi üzərində iddiaçının və ailə üzvlərinin mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi hissəsində ləğv edilməmişdir. İş üzrə qəbul edilmiş sonuncu məhkəmə aktının - Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)-199/2022 nömrəli qərarının 36-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2-1(102)-972/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 mart 2021-ci il tarixli 2-1(107)-142/2021 nömrəli qərarı «JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən iddiaçıya və ailə üzvlərinə məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi, İddiaçı və ailə üzvlərinin həmin (üst-üstə düşən 0.0198 ha) torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi» hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, məhkəmə kollegiyası İPM-in 82-ci maddəsinə əsasən hazırkı işə həmin hissədə baxır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(107)-199/2022 nömrəli qərarı ilə məhz həmin hissədə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-18/2020 nömrəli qərarı ləğv edilərək iş üzrə yeni qərar çıxarılmış və “JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən iddiaçıya və ailə üzvlərinə məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi, İddiaçı və ailə üzvlərinin həmin (üst-üstə düşən 0.0198 ha) torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi» barədə iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-1(107)-199/2022 nömrəli qərarının iddia tələbinin “JN044F kod ******* nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi və tələbdə qeyd edilmiş 0,28 ha torpaq sahəsinin 0,2549 ha hissəsi üzərində iddiaçının və ailə üzvlərinin mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın və planölçü sənədinin verilməsi” hissəsinə aidiyyəti olmamışdır. Hazırkı iddia tələbində iddiaçı artıq Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-18/2020 nömrəli qərarı ilə ləğv edilmiş JN044F kod ******* nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-yə düzəliş edilməsini tələb edir. Sözügedən Şəhadətnamə məhkəmə qərarının icrası qaydasında artıq cavabdeh orqan tərəfindən ləğv edilmiş və xx.xx.2022-ci il tarixdə bununla bağlı məhkəməyə məlumat təqdim edilmişdir. İddiaçının və ailə üzvlərinin 0,2549 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı tələbə münasibətdə isə məhkəmə izah edir ki, həmin tələblə bağlı iddiaçının hüquqi marağı artıq təmin edilmişdir (yuxarıda qeyd edildiyi kimi bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur). Odur ki, iddiaçı məhz məhkəmə qərarının icrası qaydasında 0,2549 ha hissəsi üzərində özünün və ailə üzvlərinin mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsini tələb etməlidir. İddia tələbinin “0,25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportunun tərtib edilməsi” hissəsinə münasibətdə məhkəmə izah edir ki, tələbin həmin hissəsi öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizənizə əlavə edilmiş sənədlərə tələbin həmin hissəsi ilə bağlı iddiaçının müraciətindən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq icraatı çərçivəsində keçirilmiş məhkəmə iclasında iddiaçıya izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə həmçinin qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh DƏDKR PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN-044F KOD 40711028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə olan texniki səhvin düzəldilməsi və istifadəsində olan 0.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarış və fərdi yaşayış evinin texniki pasportunun hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim: Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar