Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1449/2020 04.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X5rşı (üçüncü şəxslər: X10 İdarəsinin xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC və Zaqatala rayon Çobankol bələdiyyəsi) “torpaq islahatı zamanı mərhum əri X2 adına ayrılmış Zaqatala rayonu Bazar kəndi ərazisində yerləşən 0.34 ha pay torpaq sahəsinin verilməsini, torpaq sahəsinin yerinin müəyyən edilməsini və həmin torpaq sahəsinə plan ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “torpaq islahatı zamanı mərhum əri X2 adına ayrılmış Zaqatala rayonu Bazar kəndi ərazisində yerləşən 0.34 ha pay torpaq sahəsinin verilməsini, torpaq sahəsinin yerinin müəyyən edilməsini və həmin torpaq sahəsinə plan ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, islahat dövründə həyat yoldaşı Zaqatala rayonu Bazar kənd sakini X3 adına 0.34 ha pay torpağı sahəsi ayrılmışdır. Həyat yoldaşı xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Zaqatala rayon Çobankol bələdiyyəsi tərəfindən iddiaçıya verilən arayışda Bazar kəndi ərazisində Dövlət Torpaq Kadastrı, Monitorinqi və İnformasiya Mərkəzi tərəfindən Çobankol bələdiyyəsinə təqdim olunmuş torpaq islahatı siyahısında 246-cı nömrədə mərhum əri X2 adı qeyd olunmuş 0.34 ha pay torpağı sahəsinin olduğu göstərilmişdir. Lakin həmin pay torpaq sahəsinin harda yerləşdiyi iddiaçıya məlum deyildir. Bu barədə dəfələrlə aidiyyatı təşkilatlara müraciət etsə də ona köməklik göstərilməmişdir. Əldə etdiyi şifahi məlumata görə iddiaçıya ayrılan pay torpaq sahəsi icarəyə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi, X6 xx.xx.2020-ci il tarixli cavab məktubunda torpaq sahəsinin hüquqmüəyyənedici və vərəsəlik hüququnu təsdiq edən sənədlərin əslinin Xidmətin tabeliyində olan "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də baxılması üçün MMC-nin Şəki X1 şəhəri Nizami küçəsi 9 ünvanında yerləşən idarəsinə təqdim edilməsi göstərilmişdir. İddiaçı bildirir ki, onlara pay torpaq sahəsinə aid hər hansı bir sənəd verilməmişdir. Bircə onu bilir ki, torpaq islahatı zamanı Zaqatala rayonu Bazar kənd sakini X2 adına 0.34 ha pay torpağı sahəsi ayrılmışdır. İddiaçıya xx xxxxxxxx 2020-ci il tarixdə yardım məktubu göndərilərək nəzərinə çatdırılmışdır ki, iddia ərizəsi İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, İPM-in 37-ci maddəsinin tələbinə görə bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada o halda birləşdirilə bilər ki, iddia tələbi bir-biri ilə əlaqəli olsun, bir cavabdehə qarşı yönəlsin və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş eyni məhkəməyə aid olsun. Həmçinin iddiaçının nəzərinə o da çatdırılmışdır ki, iddia tələbi üç müxtəlif inzibati orqana yönəlib və konkret hansı orqandan nə istədiyi məlum deyil. Həmçinin Cavabdeh1ndən nə tələb etdiyi bilinmir. Ümumiyyətlə qeyd etdiyi hər üç tələb bir-biri ilə əlaqəli deyil. Yardım məktubuna münasibət bildirmək məqsədi ilə iddiaçı tərəfindən məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan digər iddia ərizəsində yardım məktubunda qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(84)-1022/2019 nömrəli Qərardadı ilə İddiaçı cavabdeh Dövlət Torpaq Kadastrı, Monitorinqi və İnformasiya Mərkəzinə qarşı (üçüncü şəxs Zaqatala rayon Çobankol bələdiyyəsi) “mərhum ərinin mülkiyyətinə verilmiş 0.34 ha pay torpaq sahəsinin yerinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixdə AZ6205/********** nömrəli teleqram göndərərək karantin rejiminin tətbiqi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və iddia tələbini müdafiə edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-ci bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-ci bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-ci bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Belə ki, iddia ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları və iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Hazırki iddia ərizəsində iddiaçı tərəfindən üç cavabdeh müəyyən edilsə də torpaq sahəsinin tanıdılması və hüquqların dövlət qeydiyyatının aparılması öhdəliyinin DƏDRX-in 18 saylı X11 həvalə edilməsini iddia edir. Halbuki, iş üzrə üç cavabdeh müəyyən olunduqda onların hər birinə qarşı yönələn tələb ayrılıqda göstərilməlidir. Bundan başqa İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İddiaçı bir icraatda birləşdirilməsi mümkün olmayan və üç müxtəlif cavabdehlərə qarşı yönələn müxtəlif tələbləri bir icraatda birləşdirmişdir ki, buna da qanunvericiliyin tələbləri baxımından yol verilmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bundan əlavə, inzibati məhkəmə icraatı qaydasında baxılan iddia tələblərinin xüsusi mümkünlük şərtlərindən biridə ondan ibarətdi ki, iddiaçı məhkəməyə müraciət etməzdən öncə analoji tələblə ilk öncə cavabdehə müraciət etsin. Sonuncu iddiaçının müraciətinin təmin edilməsindən imtina etdiyi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmadığı təqdirdə iddiaçı məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. İş materiallarının araşdırılması zamanı iddiaçının analoji tələblərlə cavabdehlərə müraciətini əks etdirən sübutların mövcud olmadığı müəyyən edilmişdir. Beləliklə şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, şərh olunan halların hər biri iddianın mümkünlüyünə dair tələblərə aid olmaqla onların birinin mövcudluğu iddianın mümkün sayılmaması üçün əsasdır. Məhkəmənin bununla bağlı iddiaçıya müraciəti nəticəsiz qaldığından məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı və iddiaçıya şərh olunan halları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X5rşı (üçüncü şəxslər: X10 İdarəsinin xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC və Zaqatala rayon Çobankol bələdiyyəsi) “torpaq islahatı zamanı mərhum əri X2 adına ayrılmış Zaqatala rayonu Bazar kəndi ərazisində yerləşən 0.34 ha pay torpaq sahəsinin verilməsini, torpaq sahəsinin yerinin müəyyən edilməsini və həmin torpaq sahəsinə plan ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1449/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1449/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver