Məhkəmə qərarları › İş №2-1(116)-1451/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1451/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1451/2021 01.12.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki rayon torpaq idarəsinə qarşı “üçüncü şəxslər X1, X3, X4 və X2 2011-ci il tarixdə verilmiş ******* saylı və digər seriyalı “çıxarışlar”ı və həmin çıxarışların verilməsinə dair hüquqverici inzibati aktları, 2-ci cavabdeh DƏDRX-nin Kadastr və Ünvan Reyestri xidmətinin Şəki layihə torpaq idarəsi tərəfindən verilmiş torpaqların təyinatının dəyişdirilməsinə dair xəritənin ləğv edilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki rayon torpaq idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, üçüncü şəxslər X1, X3, X4 və X2 2011-ci il tarixdə verilmiş ******* saylı və digər seriyalı “çıxarışlar”ı və həmin çıxarışların verilməsinə dair hüquqverici inzibati aktları, 2-ci cavabdeh DƏDRX-nin Kadastr və Ünvan Reyestri xidmətinin Şəki layihə torpaq idarəsi tərəfindən verilmiş torpaqların təyinatının dəyişdirilməsinə dair xəritənin ləğv edilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 22.09.2021-ci il tarixdə daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya dinlənilmə hüququnun təmin edilməsi məqsədilə 22.10.2021-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq iddia tələbinin DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “üçüncü şəxslər X1, X3, X4 və X2 2011-ci il tarixdə verilmiş ******* saylı və digər seriyalı “çıxarışlar”ı və həmin çıxarışların verilməsinə dair hüquqverici inzibati aktların ləğv edilməsi” hissəsinin inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkünsüzlüyü ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi, iddia tələbinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki rayon torpaq idarəsinə qarşı “üçüncü şəxslərə çıxarışların verilməsinə dair DƏDRX-nin Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki rayon torpaq idarəsi tərəfindən verilmiş torpaqların təyinatının dəyişdirilməsinə dair xəritənin ləğv edilməsi” hissəsində cavabdeh inzibati orqanın dəqiqləşdirilməsi və cavabdeh inzibati orqan tərəfindən müraciətin təmin edilməsindən imtina edilməsi və ya müraciətin cavabsız saxlanması barədə sənədin əlavə edilməsi üçün 10 gün müddətində vaxt təyin etmişdir. Yardım məktubu 04.11.2021-ci il tarixində iddiaçı tərəfindən xəbərnaməyə imza edilməklə alınmış, lakin tələb edilən müddət ərzində yardım məktubunda qeyd edilənlərlə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmiş, həmçinin nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə birgə araşdıraraq belə qənaətə gəlir ki, iddia mümkün sayılmamalıdır. İddiaçının hazırkı iddia tələbi göründüyü kimi iki hissədən ibarətdir və iddia ərizəsində iddiaçı iddianın hər bir hissəsinin icra edilməsini müvafiq cavabdeh inzibati orqandan tələb edir. Belə ki, iddianın “üçüncü şəxslər X1, X3, X4 və X2 2011-ci il tarixdə verilmiş ******* saylı və digər seriyalı “çıxarışlar”ı və həmin çıxarışların verilməsinə dair hüquqverici inzibati aktların ləğv edilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, DƏDRXnin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilən çıxarışlar inzibati akt olmadığından ilkin olaraq onların verilməsinə əsas olmuş sənədlər mübahisələndirilməlidir. İş materialları ilə müəyyən edilir ki, müvafiq çıxarışlar üçüncü şəxslər X1, X3, X4 və X2 İddiaçı 30.11.2007ci il tarixli 12 saylı qərarı əsasında verilmişdir. Bu fakt iş materiallarına DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu verilməklə əlavə edilən “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin və İddiaçı 30.11.2007-ci il tarixli, 12 saylı qərarının təsdiq edilmiş surətləri ilə sübut olunur. Sözügedən şəxslərə torpaq sahələri İddiaçınn 30.11.2007-ci il tarixli, 12 saylı qərarı ilə verildiyindən, iddiaçı arzuladığı məqsədə nail olmaq üçün İddiaçı 30.11.2007-ci il tarixli 12 saylı qərarının üçüncü şəxslərə aid hissəsini ləğv etməlidir. İş materialların əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı 30.11.2007-ci il tarixli 12 saylı qərarı ilə keçmiş bələdiyyə sədri tərəfindən həmin torpaqlar kənd təsərrüfatında istifadə olunmayan, perespektiv inkişaf fonduna aid torpaqlar kimi satılsa da, iddiaçı əslində üçüncü şəxslərə satılmış torpaq sahəsinin örüş və biçənək sahəsi olmasını bildirir. Bu isə o deməkdir ki, iddiaçı, İddiaçı 30.11.2007-ci il tarixli 12 saylı qərarını qanunsuz hesab edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən (bələdiyyə qərarlarının məcburiliyi) bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Qanunvericiliyin normalarından göründüyü kimi iddiaçının həmin qərarı ləğv etmək səlahiyyəti var. Belə ki, iddiaçının qanunsuz hesab etdiyi qərar (İddiaçı 30.11.2007-ci il tarixli 12 saylı qərarı) İddiaçı tərəfindən qəbul edildiyindən həmin qərarın elə məhz iddiaçı tərəfindən ləğvi mümkündür və həmin mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. İddia tələbinin “2-ci cavabdeh DƏDRX-nin Kadastr və Ünvan Reyestri xidmətinin Şəki layihə torpaq idarəsi tərəfindən verilmiş torpaqların təyinatının dəyişdirilməsinə dair xəritənin ləğv edilməsi” dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan və ona qarşı iddiaçının tələbi qeyri-müəyyən ifadə olunmuşdur və iddiaçının hüquqi marağını müəyyən etmək mümkün deyil. İddia tələbində iddianın predmeti olaraq “torpaq idarəsi tərəfindən verilmiş torpaqların təyinatının dəyişdirilməsinə dair xəritənin ləğv edilməsi” kimi qeyd olunması iddianın mümkün sayılmamasını zəruri edir. İddiaçı yuxarıda qeyd edilmiş torpaq sahələrinə dair verilmiş yerquruluşu sənədlərini mübahisələndirirsə, cavabdeh inzibati orqan olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini qeyd etməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 3.0.20-ci bəndlərinə əsasən, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların daşınmaz əmlakın dövlət reyestrində, daşınmaz əmlakın vahid dövlət kadastrında, dövlət torpaq kadastrında və onun tərkib hissəsi olan torpaq reyestrində elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəsi olaraq qeyd edilmişdir. Həmçinin iddia tələbi həmin hissədə “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. Bu halda iddiaçı analoji tələblə ilk öncə cavabdeh inzibati orqana, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət etməli, onun müraciətinin təmin olunmasından imtina edildiyi və ya müraciəti cavabsız saxlanıldığı halda həmin iddia tələbi ilə inzibati məhkəmə icraatı qaydasında iddia qaldıra bilər. Hazırkı halda isə iddiaçının cavabdeh inzibati orqana belə bir tələblə müraciətinin olması, həmçinin cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtina etməsi və ya cavabsız saxlaması iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunması bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-ci bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-ci bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki rayon torpaq idarəsinə qarşı “üçüncü şəxslər X1, X3, X4 və X2 2011-ci il tarixdə verilmiş ******* saylı və digər seriyalı “çıxarışlar”ı və həmin çıxarışların verilməsinə dair hüquqverici inzibati aktları, 2-ci cavabdeh DƏDRX-nin Kadastr və Ünvan Reyestri xidmətinin Şəki layihə torpaq idarəsi tərəfindən verilmiş torpaqların təyinatının dəyişdirilməsinə dair xəritənin ləğv edilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar