Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1456/2022 04.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardımın ayrılmasından imtina haqqında cavabdehin qərarının ləğv edilməsini və iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardım təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardımın ayrılmasından imtina haqqında cavabdehin qərarının ləğv edilməsini və iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardım təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan xx.xx.2022-ci il tarixdə məhkəməyə məktub ünvanlayaraq iddiaçının müraciəti əsasında ünvanlı sosial yardım təyin edildiyini bildirmişdir. Hazırki iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məktuba hüquqi qiymət verilməsini mümkün hesab edir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş, elektron informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2022-ci ildən etibarən 1 (bir) il müddətinə (xx.xx.2022-xx.xx.2023) 178,20 manat məbləğində sosial yardım təyin olunmuşdur. Beləliklə, iş materiallarından görünür ki, iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı – iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardımın ayrılmasından imtina haqqında cavabdehin qərarının ləğv edilməsini və iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardım təyin edilməsinə nail olmaqdır. Cavabdeh orqan, artıq həmin tələbi təmin etdiyindən, yəni iddiaçının müraciəti əsasında ünvanlı sosial yardım təyin etdiyindən işin mahiyyəti üzrə mübahisə aradan qalxmışdır. Odur ki, iş üzrə icraata xitam verilməlidir. İnzibati Prossesual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardımın ayrılmasından imtina haqqında cavabdehin qərarının ləğv edilməsini və iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardım təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1456/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1456/2022
04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver