Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1457/2025 12.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır, ixtisasca hüquqşünasdır, ünvan 2nun vəkilidir) cavabdehin nümayəndəsi Nümayəndə2 (ünvan 3 ünvanında qeydiyyatdadır, ixtisasca maliyyəçidir, Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin Hüquq şöbəsinin böyük dövlət vergi müfəttişidir) iştirakı ilə iddiaçı – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (yerləşdiyi yer – Göyçay rayonu, Çərəkə, Nizami, ev 15) cavabdeh – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə (yerləşdiyi yer – Göyçay şəhəri, Əli Kərim küçəsi 112A) qarşı «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında qərarın ləğv edilməsi» iddia tələbi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı "xxxx" MMC aidiyyəti üzrə vergi orqanında 18 sentyabr 2023-cü il tarixdə qeydiyyatdan keçmiş və ********** VÖEN almışdır. Qurumun əsas fəaliyyət növü “filizin və dəmir qırıntısının reduksiyası nəticəsində çuqunun və poladın istehsalı, tökmə və yeniləşdirilmiş çuqunun istehsalı”dır. Cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi ödəyicisi kimi iddiaçı "xxxx" MMC-yə onun digər vergi ödəyisi "xxxx" MMC ilə əməliyyatları üzrə aparılan araşdırma nəticəsində aşkar olunmuş uyğunsuzluqla əlaqədar “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” **********696600 nömrəli 18 sentyabr 2024-cü il tarixli məktub ünvanlanmışdır. İddiaçı vergi ödəyicisi kimi 18 sentyabr 2024-cü il tarixli məktubda nəzərdə tutulan dövr üzrə müvafiq bəyannamə, zəruri sənədlər və ətraflı izahat təqdim etmədiyindən, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 37, 67, 83-cü maddələri rəhbər tutularaq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 18 oktyabr 2024-cü il tarixli 3-21-2-15/2-40900/2024 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla iddiaçıya 2024-cü ilin avqust ayı üzrə 129.795,82 manat ƏDV məbləği hesablanmışdır. İddiaçı "xxxx" MMC 30 oktyabr 2024-cü il tarixdə vergi orqanının 18 oktyabr 2024-cü il tarixli 3-21-2-15/2-40900/2024 nömrəli qərarının – əlverişsiz inzibati aktının ləğv olunması tələbi ilə Şəki İnzibati Məhkəməyə iddia ərizəsi təqdim etmişdir. İddiaçı tələbini belə əsaslandırır ki, onunla digər vergi ödəyicisi "xxxx" MMC arasında 22 sentyabr 2023-cü il tarixdə 18 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən mallar alınmış və iddiaçıya təhvil verilmişdir. Bütün əməliyyatlar vergi qanunvericiliyinə və cidd mühasibat sənədlərinin tərtibinə tam riayət olunaraq həyata keçirilmişdir. İddiaçıya kameral vergi yoxlaması ilə ƏDV məbləğinin hesablanmasına əsas kimi onunla müqavilə bağlamış "xxxx" MMC-nin 13 sentyabr 2024-cü il tarixdə, yəni müvafiq əməliyyatlar aparıldıqdan sonrakı dövrdə riskli vergi ödəyicisi hesab edilməsi götürülmüşdür. Halbuki, iddiaçı tərəfindən həmin vergi ödəyicisi ilə əməliyyatlar aparılan (elektron-qaimə faktura təqdim edilən və mallar alınan) zaman qurumun riskli vergi ödəyicisi olması barədə məlumat alınmamış, qərar qəbul edilməmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron-qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə "xxxx" MMC-nin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, sonuncunun əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. İddiaçının tərtib etdiyi müvafiq elektron-qaimə fakturalar riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və o, həmin elektron-qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. Cavabdeh iddiaya etiraz edir və hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, müvafiq kənarlaşma ilə bağlı iddiaçıya vergi orqanı tərəfindən 18 sentyabr 2024-cü il tarixli məktub göndərilərək müvafiq bəyannamələr və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb olunmuş, lakin vergi ödəyicisi bəyannamə, zəruri sənəd və əsaslandırılmış izahat məktubu təqdim etmədiyindən, Vergi Məcəlləsinin 37, 67, 83-cü maddələrinə əsaslanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 18 oktyabr 2024-cü il tarixli 3-21-2-15/2-40900/2024 nömrəli qərar qəbul edilmişdir. Vergi ödəyicisi "xxxx" MMC-nin ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot-baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq aşkar edilmişdir. Vergi ödəyicisinin 2022 – 2024-cü illərdə 14.323.400 manat satışı olmuşdur ki, bunun da 10.379.600 manat hissəsini iş və xidmət təşkil etmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən iddia edilən xammal və ya materialın təqdim edilmiş iş və xidmətlərə uyğun olmaması, uçot-baza məlumatlarına əsasən görülmüş işlərin həcminə uyğun sayda işçilərin olmaması, bank hesabı məlumatlarına əsasən işçilərə əmək haqqı ödənişinin edilməməsi, bank hesabına daxil olan vəsaitlərin bəzi hallarda “Plastik kartlar üzrə” təyinatı ilə məxaric olunması müəyyən edilmişdir. Bundan başqa, "xxxx" MMCdən 1.616.400 manat, "xxxx" MMC-dən 728.100 manat dəyərində polietilen boru və "xxxx" MMC-dən 385.600 manat dəyərində yastı prokat satışı olmasına baxmayaraq, həmin vergi ödəyicilərinin rəhbərləri izahatlarında qeyd olunan əməliyyatlardan məlumatlı olmadıqlarını bildirmişlər. "xxxx" MMC-dən 227.400 manat dəyərində polietilen boru və aksesuarların alışı olmasına baxmayaraq, araşdırma zamanı adıçəkilən qurumun faktiki olaraq həmin malların istehsalı fəaliyyəti ilə məşğul olmadığı müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar müvafiq Meyarların 2.1.2-ci yarımbəndinə əsasən "xxxx" MMC Dövlət Vergi Xidmətinin 13 sentyabr 2024-cü il tarixli qərarı ilə riskli vergi ödəyicisi hesab edilərək riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. "xxxx" MMC-yə təqdim etdiyi mallara dair elektron qaimə-faktura təqdim etmiş, yalnız elektron qaimə-faktura təqdim edildikdən sonra vergi orqanı tərəfindən malların mənbəyi araşdırılır ki, bu vaxtadək iki vergi ödəyicisi arasında alqı-satqı baş tutur. Elektron qaimə-faktura təqdim edilməzdən əvvəl "xxxx" MMCnin riskli əməliyyat aparması müəyyən edilə bilməzdi ki, iki vergi ödəyicisi arasında bağlanmış alqı-satqı müqaviləsinin olması satıcının malik olmadığı malların təqdim edilməsi üçün əsas ola bilməz. Təqdim edilmiş mallar araşdırılarkən həmin malların vergi ödəyicisinin sahibliyində olmadığı müəyyən edilmişdir. Əməliyyat aparılmadan həmin əməliyyatın riskli olub-olmaması faktları aşkarlana bilmir. Riskli vergi ödəyicisi müəyyən olunarkən vergi ödəyicisinə müvafiq bildiriş göndərilir, onun almadığı malların təqdim edildiyi araşdırılır, yalnız bundan sonra qurum riskli vergi ödəyicisi hesab edilir. Həmin zaman aralığında iki vergi ödəyicisi arasında pul köçürülmə əməliyyatları həyata keçirilir. Buna görə də X1 vergi ödəyicisinin riskli olması barədə bildiriş əks olunmur. "xxxx" MMCnin təqdim etdiyi malların mənbəyi araşdırma zamanı müəyyən edilə bilməmiş, aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əvəzləşməyə əsas verməmişdir. Həmin qurumun iddiaçıya təqdim etdiyi elektron qaimə-fakturalar riskli elektron qaimə-fakturalar siyahısına əlavə edilmiş və Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tələblərinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermədiyindən, iddiaçıya 18 oktyabr 2024-cü il tarixli 3- 21-2-15/2-40900/2024 nömrəli qərarla 2024-cü ilin avqust ayı üzrə ƏDV bəyannaməsində 129.795,82 manat ƏDV əvəzləşmədən çıxarılaraq əlavə vergi məbləği hesablanmışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Cavabdehin mübahisələndirilən qərarının qəbulu 18 oktyabr 2024-cü il tarixə, iddia ərizəsinin məhkəməyə verilməsi isə 30 oktyabr 2024-cü il tarixə, yəni qərarın qəbulundan 12 gün sonrakı tarixə təsadüf etdiyindən, məhkəmənin qənaətinə görə hazırkı işdə 18 oktyabr 2024-cü il tarixli 3-21-2-15/2-40900/2024 nömrəli qərara münasibətdə mübahisələndirmə haqqında iddia üzrə iddia müddəti buraxılmamışdır. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi, və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Göyçay rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahidləridir. İş materiallarına əsasən iddiaçı "xxxx" MMC-nin yerləşdiyi yer (hüquqi ünvanı) ünvan 4 hazırkı mübahisə üzrə iddia tələbi “mübahisələndirmə haqqında” iddiaya aid olmaqla həmin orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yerləşdiyi yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdehin 18 oktyabr 2024-cü il tarixli 3-21-2-15/2-40900/2024 nömrəli qərarı qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Mübahisələndirilən 18 oktyabr 2024-cü il tarixli qərar inzibati orqan tərəfindən vergi qanunvericiliyində müəyyən edilmiş maddi hüquq normalrının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Məhkəmə bu qənaətini aşağıdakı kimi əsaslandırır: Vergi Məcəlləsinin 3.8-ci maddəsinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə görə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə vergi orqanları aşağıdakı vəzifələri həyata keçirməyə borcludur: - (24.1.1) vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; - (24.1.2) vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Həmin Məcəllənin 175.1-ci maddəsinə görə bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: - (175.1.1) hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə – alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt. Həmin Məcəllənin 175.11-ci maddəsinə görə əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. «İnzibati icraat haqqında» Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (maddə 24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). Həmin Qanunun 47.1-ci maddəsinə görə inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Həmin Qanunun 61-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır (maddə 61.1). Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir (maddə 61.2). İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (maddə 61.4). Aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda (maddə 61.5). Hazırkı mübahisə üzrə iş materiallarından görünür ki, cavabdeh inzibati orqanın kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 18 oktyabr 2024-cü il tarixli 3-21-2-15/2- 40900/2024 nömrəli qərarına əsasən iddiaçının 2024-cü ilin avqust ayı üzrə təqdim edilmiş ƏDV hesabatına 129.795,82 manat əlavə vergi hesablanmışdır. İnzibati orqan bu qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının qarşılıqlı əməliyyat apardığı "xxxx" MMC riskli vergi ödəyicisi hesab olunduğundan, iddiaçı barəsində əlavə vergi hesablanmışdır. Məhkəmə cavabdeh inzibati orqanın bu qənaətini əsassız hesab edir. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra riskli vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş «Riskli vergi ödəyicisinin, o cümlədən əməliyyatların Meyarları»nın 1.4-cü bəndinə görə Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi və (və ya) əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Azərbaycan Respublikası Prezidentinin «Dövlət orqanlarının və Azərbaycan Respublikası Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş «Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikası Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları»na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədə maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir. Vergi ödəyicisi olan hüquqi şəxslərin riskli vergi ödəyiciləri barədə məlumat mənbəyinin Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş Meyarların 1.3 və 1.4-cü bəndlərinə əsasən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalıdır. İddiaçı tərəfindən əməliyyatlar aparılan zaman digər vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə iddiaçı tərəfindən məlumat alınacaq yeganə mənbə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalıdır ki, həmin əməliyyatlar zamanı qeyd olunan vergi ödəyicisi riskli vergi ödəyicisi siyahısında olmamışdır. Məhkəmə vurğulayır ki, cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazında "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq 13 sentyabr 2024-cü il tarixdə qərar qəbul etdiyini bildirmişdir. Eləcə də inzibati orqanın 18 oktyabr 2024-cü il tarixli 3-21-2-15/2-40900/2024 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) və 62-ci maddələrinə və İPM-in 38.1-ci maddəsinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmişdir. Qərarda inzibati icraatda – kameral vergi yoxlaması üzrə əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktın özündə yazılı şəkildə əsaslandırılması yeterli qiymətləndirilmir. Məhkəmə həm də hesab edir ki, mübahisələndirilən inzibati akt (18 oktyabr 2024-cü il tarixli qərar) qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu (əlavə faizlərlə) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 18 oktyabr 2024-cü il tarixli 3-21-2-15/2-40900/2024 nömrəli qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 18 oktyabr 2024-cü il tarixli 3-21-2-15/2-40900/2024 nömrəli qərarı ləğv edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 6legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2-1(116)-1457/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1457/2025
12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver