Məhkəmə qərarları › İş №2-1(116)-146/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-146/2022

17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-146/2022 17.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, üçüncü şəxs X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “iş üzrə üçüncü şəxs X6 adına tərtib edilmiş 01 aprel 2019-cu il tarixli, A seriyalı 363301 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı (üçüncü şəxslər X13, Balakən rayonu Katex bələdiyyəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə üçüncü şəxs X6 adına tərtib edilmiş 01 aprel 2019-cu il tarixli, A seriyalı 363301 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsi Balakən rayonu Katex bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq X6 mülkiyyətinə işləmişdir. Cavabdehin qeydiyyat üçün əsası isə JN seriyalı 1792 nömrəli dövlət aktı və Şəki İnzibati Məhkəməsinin 01 avqust 2018-ci il tarixli, 2-1(84)-631/2018 nömrəli qərarı olmuşdur. Halbuki, qeyd olunan Şəki İnzibati Məhkəməsinin 01 avqust 2018-ci il tarixli, 2-1(84)- 631/2018 nömrəli qərarında qeyd olunmamışdır ki, torpağın yeri sürüşdürülərək başqa yerdən verilsin. JN seriyalı 1792 nömrəli dövlət aktındakı koordinatlara əsasən X6 torpağı başqa yerdə olduğu halda cavabdeh həmin torpağı sürüşdürərək bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin üstünə işləmiş və dövlət reyestrindən çıxarışla yanaşı A№363301 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi də tərtib etmişdir. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, A seriyalı 363301 nömrəli plan-ölçü sənədinin ləğv edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh 21.06.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, Aqrar İslahat Komissiyasının qərarında dəyişikliklərin edilməsi, həmin qərar əsasında ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktında düzəlişlərin edilməsi və ya onların ləğv edilməsi, həmin sənəd əsasında və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01 avqust 2018-ci il tarixli, 2-1(84)-631/2018 saylı qanuni qüvvəyə minmiş qərarı ilə verilmiş dövlət reyestrindən Çıxarışın və həmin çıxarışa dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Məhkəmənin sərəncamının icrasının təmin edilməsi məqsədilə cavabdeh orqan tərəfindən ünvanlanmış 03.09.2021-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, iddia ərizəsi ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, ünvan 1ində yerləşən 0,2585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair iş üzrə üçüncü şəxs X6 adına tərtib edilmiş 01.04.2019-cu il tarixli, A seriyalı, 363301 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi və həmin tarixli, ********** qeydiyyat nömrəli çıxarış Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01 avqust 2018-ci il tarixli, 2-1(84)-631/2018 saylı qanuni qüvvəyə minmiş qərarına əsasən Ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş JN-1792 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı sənədinə uyğun hazırlanmışdır. Daha sonra, həmin torpaq sahəsi 08 yanvar 2020-ci il tarixli, 2V-04 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən tam mülkiyyət hüququ üzrə iş üzrə üçüncü şəxs X6 adına qeydiyyata alınmış və 07.05.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İddia ərizəsində mübahisələndirilən 0,2585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iş üzrə üçüncü şəxs X6 adına tərtib edilmiş 01.04.2019-cu il tarixli, AN 363301 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən kateqoriyası - kənd təsərrüfatı təyinatlı və məqsədli təyinatı - əkin üçün nəzərdə tutulan torpaq sahəsidir. Həmin torpaq sahəsinin döngə nöqtələri və koordinatları həmin plan və ölçü sənədində göstərilmişdir. 18 saylı Zaqatala Ərazi İdarəsinin xidməti istifadəsində olan elektron baza məlumatlarına əsasən İddiaçı adına tərtib edilmiş 21 may 2021-ci tarixli, 1406 inventar nömrəli texniki pasportda göstərilən 0,12 ha torpaq sahəsi ilə iş üzrə üçüncü şəxs X6 adına tərtib edilmiş 01.04.2019-cu il tarixli, AN 363301 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,2585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üst-üstə düşmür. Cavabdeh orqan etiraz məktubunda qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə üçüncü şəxs X13 iddia tələbinə dair 17.08.2021-ci il tarixli etiraz ərizəsini məhkəməyə ünvanlamışdır. İ.Dadaşova ərizəsində qeyd etmişdir ki, sözügedən plan-ölçü sənədinin ləvğ edilməsi tələbi ilə iddiaçının atası X4 tərəfindən iddia verilmiş, iddia tələbi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 20.02.2020-ci il tarixli 2-1(116)-364/2020 nömrəli qərarı ilə təmin edilməmiş və qərar qanuni qüvvəsini almışdır. Üçüncü şəxs İ.Dadaşova ərizəsində hazırkı işə baxılmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, cavabdeh orqanın nümayəndəsi və üçüncü şəxs Balakən rayonu Katex bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının, cavabdeh orqanın nümayəndəsinin, üçüncü şəxs Balakən rayonu Katex bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs İlhamə Dadaşova etiraz ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıda qeyd edilən və iş materiallarında olan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İşdə olan: 24.05.2021-ci il tarixli ********** nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29.01.2020-ci il tarixli **********77 nömrəli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində (əsli 2-1(116)- 364/2020 nömrəli inzibati işə əlavə edilmişdir) qeyd edilir ki, JN-1792 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının 1792 R planşet nömrəsi ilə qeyd olunan 2585,56 kv.m torpaq sahəsi və A 363301 nömrəli 01.04.2019-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,2585 ha torpaq sahəsi üst-üstə düşür. A 363301 nömrəli 01.04.2019-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən 0,2585 ha torpaq sahəsi Balakən rayonu Katex bələdiyyəsinin mülkiyyətinə aid deyil. Həmin 0,2585 ha torpaq sahəsi DƏDRX-in tərtib etdiyi A 363301 saylı 01.04.2019-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X6 xüsusi mülkiyyətinə aiddir. İş materiallarına əlavə edilmiş Şəki İnzibati Məhkəməsinin 20.02.2020-ci il tarixli 2- 1(116)-364/2020 nömrəli qərarı ilə iddiaçı Balakən rayonu Katex bələdiyyəsinin cavabdeh DƏDRX 18 saylı ərazi idarəsinə qarşı “üçüncü şəxs X6 adına tərtib edilmiş A seriyalı 363301 nömrəli plan-ölçü sənədinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.02.2021-ci il tarixli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 20.02.2020-ci il tarixli 2-1(116)-364/2020 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün “buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında” Balakən rayonu Katex bələdiyyəsinin ərizəsi təmin edilməmiş, apellyasiya şikayəti mümkün sayılmamışdır. Azərbcayn Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27.04.2021-ci il tarixli 1(102)-699/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.02.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və qərardad dəyişdirilmədən saxlanılmışdır. JN-1792 kod 40105018 nömrəli Dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19.01.1998-ci il tarixli 01 saylı qərarı ilə 0,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 və X7 ayrılmışdır. RX seriyalı ******* nömrəli 01.04.2019-cu il tarixli çıxaırşın təsdiq edilmiş surətindən görünür ki, 0,2585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13 və X1 ümumi birgə mülkiyyətində olmuşdur. A seriyalı 363301 nömrəli 01.04.2019-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Katex kəndində yerləşən 0,2585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 xüsusi mülkiyyətindədir. Plan ölçü sənədinin verilməsinə əsas: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01.08.2018-ci il tarixli 2-1(84)- 631/2018 nömrəli qərarı, JN-1792 nömrəli Dövlət aktıdır. 08.01.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 10.04.1998-ci il tarixdə ölmüş X2 vərəsəsi qızı X8r. Şəhadətnamə verilən miras əmlak ƏMDK DƏDRX 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən 01.04.2019-cu il tarixdə X3 verilmiş **********52 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,2585 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. 07.05.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Katex kəndində yerləşən 0,2585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 xüsusi mülkiyyətindədir. Məhkəmə, iş materiallarını araşdırıb, tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçının hazırkı iddia üzrə əsas dəlili ondan ibarətdir ki, üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinə plan-ölçü sənədi hazırlanarkən cavabdeh inzibati orqan tərəfindən səhvə yol verilmiş, torpaq sahəsinin yeri sürüşdürülərək başqa yerdən verilmiş, JN-1792 nömrəli Dövlət aktındakı koordinatlara əsasən üçüncü şəxsin torpaq sahəsi başqa yerdə olduğu halda cavabdeh orqan həmin torpaq sahəsini sürüşdürərək bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin üzərinə işləmişdir. Yuxarıda sadalanan iş materiallarından göründüyü kimi ilkin olaraq məhkəmənin qərarı ilə JN-1792 nömrəli Dövlət aktından göstərilən 2585,56 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iş üçüncü şəxs və mərhum anasının mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı hazırda mübahisələndirilən A seriyalı 363301 nömrəli plan ölçü sənədi tərtib edilmişdir. Balakən rayonu Katex bələdiyyəsi tərəfindən sözügedən plan-ölçü sənədi mübahisələndirilsə də, iş materiallarında olan Şəki İnzibati Məhkəməsinin 20.02.2020-ci il tarixli 2-1(116)-364/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Həmin işə baxılması zamanı sorğu verilərək əldə edilən 29.01.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, JN-1792 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının 1792R planşet nömrəsi ilə qeyd olunan 2585.56 kv.m torpaq sahəsi A 363301 nömrəli 01.04.2019-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,2585 ha torpaq sahəsi ilə üst-üstə düşür. A 363301 nömrəli 01.04.2019-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən 0,2585 ha torpaq sahəsi Balakən rayonu Katex bələdiyyəsinin mülkiyyətinə aid deyil. Həmin 0,2585 ha torpaq sahəsi DƏDRX-in tərtib etdiyi A 363301 saylı 01.04.2019-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X6 xüsusi mülkiyyətinə aiddir. Göründüyü kimi iddiaçı Katex bələdiyyəsinin analoji iddia tələbinə dair iş materiallarında olan rəyi tərtib etmiş mütəxəssis tədqiqat obyektinə baxış keçirmiş və aparılmış araşdırma nəticəsində hazırlanmış rəyi məhkəməyə təqdim etmişdir. Rəydən də görünür ki, hazırkı iş üzrə iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi torpaq sahəsi üçüncü şəxsə sürüşdürülərək başqa ərazidən deyil, Dövlət aktında qeyd edilən koordinatlar üzrə ayrılmışdır. Plan ölçüdə göstərilən koordinatlar üzrə yerləşən torpaq sahəsi AİK-nın qərarı ilə verilmiş torpaq sahəsinə dair tərtib edilmiş Dövlət aktında göstərilən koordinatlarla üstüstə düşür. Həmçinin cavabdeh orqanın etiraz məktubundan da görünür ki, 18 saylı Zaqatala ərazi idarəsinin xidməti istifadəsində olan elektron baza məlumatlarına əsasən İddiaçı adına tərtib edilmiş 21 may 2021-ci tarixli, 1406 inventar nömrəli texniki pasportda göstərilən 0,12 ha torpaq sahəsi ilə iş üzrə üçüncü şəxs X6 adına tərtib edilmiş 01.04.2019-cu il tarixli, AN 363301 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,2585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üst-üstə düşmür. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Yuxarıda qeyd olunan normaya əsasən məhkəmə hesab edir ki, iş materiallarında olan mütəxəssis rəyində verilmiş məlumat məhkəmənin qərar qəbul etməsi üçün əsas olduğundan və iddiaçının üçüncü şəxsə məxsus plan-ölçü sənədinin düzgün tərtib edilməməsi barədə dəlilləri öz təsdiqini tapmadığı üçün cavabdehin həmin sənədin hazırlanması zamanı heç bir qanunsuzluğa və ya səhvə yol vermədiyi aydın olur. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və “Nоrmаtiv hüquqi aktlаr hаqqındа” Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı “İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа” Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı “İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа” Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn “mülkiyyət” və “əmlаk” аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. Beləliklə də üçüncü şəxsin adına tərtib edilmiş plan və ölçü sənədi, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən qeyd olunan hüquqmüəyyənedici sənədlərin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Qeyd olunanlara əsasən iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “iş üzrə üçüncü şəxs X6 adına tərtib edilmiş 01 aprel 2019-cu il tarixli, A seriyalı 363301 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar