Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1460/2022 25.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikasl İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Mingəçevir şəhəri 2-ci Günəşli küçəsində yerləşən 599,39 kv.m torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı X1 adına dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasl İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Mingəçevir şəhəri 2-ci Günəşli küçəsində yerləşən 599,39 kv.m torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı X1 adına dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə, prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə görə, yaxın qohum dedikdə bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə görə, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Sadalanan normalardan görünür ki, inzibati məhkəmə icraatında proses iştirakçılarını yalnız onların yaxın qohumları, yaxud da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkillər təmsil edə bilərlər. Eyni zamanda, iddia ərizəsinin imzalanması səlahiyyətinin nümayəndəyə verilməsi etibarnamədə xüsusi olaraq göstərilməlidir. Həm də, prosessual nümayəndə prosessual hərəkətləri öz adından deyil, təmsil etdiyi şəxsin adından həyata keçirə bilər. İşdən göründüyü kimi, əvvəla, İddiaçı iddianı X1 maraqları üçün qaldırdığı halda, iddiaçı kimi həmin şəxsi deyil, səhvən özünü göstərmişdir. Digər tərəfdən, X2 tərəfindən İddiaçı verilmiş xx.xx.2010-cu il tarixli etibarnamədə iddia ərizəsinin imzalanması səlahiyyəti göstərilməmiş, eyni zamanda, məhkəməyə İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü və ya X1 yaxın qohumu olmasını təsdiq edən sənəd təqdim edilməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubu ilə həmin çatışmazlıqlar İddiaçı diqqətinə çatdırılmış, bu çatışmazlıqların iddianın mümkünlüyünü istisna etməsi izah edilmişdir. Bundan sonra eyni iddianı X2 qaldırmış və iş Şəki İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. Belə olan halda, məhkəmə bu qənaətə gəldi ki, İddiaçı iddiasının mümkünlüyü üçün əsaslar yoxdur və iddia mümkün sayıla bilməz. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasl İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Mingəçevir şəhəri 2-ci Günəşli küçəsində yerləşən 599,39 kv.m torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı X1 adına dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1460/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1460/2022
25.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver