Məhkəmə qərarları › İş №2-1(116)-1462/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1462/2022

31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1462/2022 31.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı "İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan "Mersedes Benz ML-320" markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı, universal tipli, **********9575 mühərrik nömrəli, 4JGAB54E02A334619 ban nömrəli, tünd göy metallik rəngli, 2002-ci il buraxılışlı avtomobilin ölkədən çıxarılmasına qoyulmuş qadağanın götürülməsi, avtomobilə mülkiyyət hüququnun tanınması və həmin avtomobil barədə qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı "İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan "Mersedes Benz ML-320" markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı, universal tipli, **********9575 mühərrik nömrəli, 4JGAB54E02A334619 ban nömrəli, tünd göy metallik rəngli, 2002-ci il buraxılışlı avtomobilin ölkədən çıxarılmasına qoyulmuş qadağanın götürülməsi, avtomobilə mülkiyyət hüququnun tanınması və həmin avtomobil barədə qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İş məhkəmənin icraatında olduğu müddətdə cavabdeh iddiaçının tələbini təmin etmişdir. Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli məktubda bildirmişdir ki, hal-hazırda DİN BDYPİ-nin mərkəzi informasiya sistemində "Mersedes Benz ML-320" markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində məhdudiyyət olması barədə məlumat mövcud deyildir. Eyni zamanda, İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixli teleqram göndərərək, cavabdehin onun iddia ərizəsində göstərilmiş məsələni öz təşəbbüsü ilə həll etdiyini və qeyd edilən məsələ ilə bağlı heç bir şikayətinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə görə, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə həmin normalara istinadən bu qənaətə gəldi ki, iş üzrə məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh iddiaçının tələbini təmin etdiyinə və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığına görə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı "İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan "Mersedes Benz ML-320" markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı, universal tipli, **********9575 mühərrik nömrəli, 4JGAB54E02A334619 ban nömrəli, tünd göy metallik rəngli, 2002-ci il buraxılışlı avtomobilin ölkədən çıxarılmasına qoyulmuş qadağanın götürülməsi, avtomobilə mülkiyyət hüququnun tanınması və həmin avtomobil barədə qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar