Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1462/2023 07.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.N0N0-ci il tarixdə aldığı xəsarət nəticəsində ona “Forma 11” – travma haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciə edərək “xx.xx.N0N0-ci il tarixdə aldığı xəsarət nəticəsində ona “Forma 11” arayışı – travma haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. İkinci Vətən müharibəsi başlayan zaman "xxxx" ASC-nin Yevlax filialında işləyirdi. Hazırda “Kapital Bank"ASC-nin Ağdaş filialında işləyir. xx.xx.N0N0-ci il tarixdə elan edilmiş səfərbərliklə bağlı X3 yollanmış və N nömrəli hərbi hissənin N-ci tabor, 6-cı bölük, 3-cü tağımında xidmət etmişdir. Füzuli uğrunda gedən döyüşlərdə vuruşmuş və həmin döyüşlər zamanı, yəni xx.xx.N0N0-cı tarixdə xəsarət almışdır. Qrant mərmisinin dalğası təsirindən səngərdə koma vəziyyətdə qeyrimüəyyən müddətdə olmuşdur. N nömrəli hərbi hissənin hərbi qulluqçusu olaraq xx.xx.N0N0-ci il tarixdə N nömrəli hərbi hissəyə müraciət etmiş (amb N№007) “Koxlear nevrit " diaqnozu qoyulmuş və yardım (qeyri-peşəkar) göstərilmişdir. İddiaçı xx.xx.N0N1-ci il tarixdə Müdafiə Nazirliyinin hərbi Hospitalında olmuş və müayinə olunmuşdur. Lor həkimin qoyduğu diaqnoza əsasən Bera testinə göndərilmiş və həmin testin nəticəsinə uyğun olaraq hər iki qulaqda 80 dB HL də V dalğa latent dövründə ləngimə qeyd edilmişdir. Yəni, hər iki qulaqda kəskin eşitmə zəifliyi (ağır dərəcəli karlıq) qazanmışdı. Həmin xəstəliyi, yuxarıda qeyd olunduğu kimi İkinci Vətən müharibəsində (44 günlük müharibədə) qazanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Əhmədbəylİ Hospitalı onu müayinə edərək aidiyyəti üzrə onun barəsində "BERA" testinin təyin edilməsini zəruri hesab etməli idi. Lakin, xx.xx.N0N0-ci il tarixdə müayinə edərkən laqeydlik göstərmiş, ağır dərəcəli travma almağına baxmayaraq, ona sadə bir həb verməklə kifayətlənmiş, eyni zamanda aldığı travma ilə bağlı qeydiyyat kitabında heç bir qeyd etməmişdir. Müdafiə Nazirliyinin tabeliyində olan hərbi Hospital ondan "Forma 11" arayışı tələb edir. Hansı ki, həmin arayışda onun travma almağı Əhmədbəyli Hospitalı tərəfindən qeyd edilməli idi və bunun da hüquqi nəticəsi olaraq onun qazilik statusu tanınmalı idi. xx.xx.N0N0-ci il tarixdə aldığı xəsarət nəticəsində Müdafiə Nazirliyinin tabeliyində olan Əhmədbəyli Hospitalının əməkdaşları düzgün diaqnoz qoymayaraq, o cümlədən aidiyyəti üzrə onun "BERA" testindən keçirilməsini təmin etmədiklərindən hazırda o problemlərlə üzləşir. Belə ki, Bakıda (Papalində yerləşən) Hərbi Hospital ondan "Forma 11" arayışı — travma haqqında arayış tələb edir. Həmin arayış xəsarət aldığı anı (vaxtı) və diaqnozu təstiq etməlidir. Düzdür, "BERA" testinin nəticəsində həmin diaqnoz təstiqlənir. Lakin, "Forma 11" arayışı - travma haqqında arayış birbaşa Əhmədbəyli Hospitalı tərəfindən verilməlidir. Cavabdeh orqan iddia tələbinə münasibətində bildirmişdir ki, Müdafiə nazirinin əmrilə N0N0-ci ilin sentyabr ayında N nömrəli hərbi hissənin fəaliyyəti dayandırılıb və N nömrəli hərbi hissə (6-cı ordu korpusu) yaradılaraq onun tabeliyində N84, N85, N və N nömrəli hərbi hissələr yaradılmış və “xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlər” başa çatdıqdan sonra N0N1-ci ilin əvvəllərində NN1, N84, N85, N və N nömrəli hərbi hissələrin fəaliyyəti ləğv olunaraq N nömrəli hərbi hissənin fəaliyyəti bərpa olunmuşdur. N nömrəli hərbi hissə komandirinin müvafiq əmri ilə yuxarıda göstərilən ləğv olunmuş hərbi hissələrin məxfi və qeyri-məxfi sənədləri müvəqqəti saxlanılması üçün N nömrəli hərbi hissəyə təhvil verilmişdir. Hazırda ünvanlanan müraciətə N nömrəli hərbi hissədən rəsmi daxil olan məktub əsasında N nömrəli hərbi hissədə tərəfimizdən baxılır. Müraciət edən N nömrəli hərbi hissənin əsgər hərbi rütbəsində xidmət etmiş sabiq hərbi vəzifəlisi İddiaçı N0N0-ci ilin sentyabr ayından N0N0-ci ilin noyabr ayının 10-dək döyüş əməliyyatlarında bilavasitə iştirak edib. Cəbrayıl, Qubadlı, Zəngilan və Xocavənd rayonu istiqamətlərində döyüşlərdə iştirak edib. xx.xx.N0N1-ci il tarixdən isə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına göndərilib. Döyüşlər zamanı hər hansı xəsarət, yaralanma, travma, kontuziya və ya digər müraciəti olmayıb. Belə ki, ləğv edilmiş N nömrəli hərbi hissənin rəsmi qeydiyyatdan keçmiş və arxivdə saxlanılan “N nömrəli hərbi hissənin “Zədələnmələrin (yaralanmaların)” qeydiyyatı” kitabının ilkin qeydiyyatı xx.xx.N0N0-ci il tarixindən başlanılıb və xx.xx.N0N1-ci il tarixində sona çatıb, həmin kitab üzrə xəsarət, yaralanma, travma, kontuziya və ya digər müraciətlər qeydiyyata alınmışdır. Vətəndaş İddiaçı hər hansı xəsarət alması ilə bağlı yuxarıda göstərilən kitabda heç bir müraciəti və qeydiyyatı yoxdur. Bununla əlaqədar olaraq “N nömrəli hərbi hissənin “Zədələnmələrin (yaralanmaların)” qeydiyyatı” kitabının bütün səhifələrin səlahiyyətli şəxsin imzası və gerbli möhürlə möhürlənərək təsdiq edilmiş kserosurəti məhkəməyə təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.3-cü bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyqun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.N-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir, Tələbin əsassız olunmasına dair yuxarıda kifayət qədər dəlillər, sübutlar, normativ aktlar göstərilmişdir. Qanunvericiliyin tələblərinə əsasən yalnız xidmət keçdiyi hərbi müəssisədə xəsarət, travma, kontuziya və sair almış şəxsə həmin müəssisə tərəfindən “Forma 11” arayışı verilir. Vətəndaş İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə xəsarət, travma, kontuziya və sair almasına dair həmin hərbi hissənin tibb məntəqəsinə müraciət etməməsi səbəbindən onun adının “Zədələnmələrin (yaralanmaların)” qeydiyyatı” kitabında olmamasını əsas kimi götürərək ona “Forma 11” arayışı verilə bilməz. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.N0N1-ci il tarixli 4/1611 nömrəli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - N hərbi hissənin xx.xx.N0N3-cü il tarixli 653 nömrəli məktubundan görünür ki, qismən səfərbərlik zamanı hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə travma alması barədə N nömrəli hərbi hissənin "Zədələnmə və zəhərlənmələrin qeydiyyatı kitabında” heç bir qeydiyyat olmadığından Forma 11 arayışının verilməsi mümkün olmamışdır. - N №-li hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli 3 №-li əmrindən görünür ki, iddiaçı, hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. - N №-li hərbi hissə komandirinin N yanvar N0N1-ci il tarixli 97 №-li əmrindən görünür ki, iddiaçı (N70) Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.N0N0-ci il tarixli N74 №-li əmrinə əsasən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmiş və xx.xx.N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq, hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə şöbə və bölmələrinə göndərilmişdir. - Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.N0N3-cü il tarixli 5375 nömrəli arxiv arayışından görünür ki, vətəndaş İddiaçı xx.xx.N0N0-ci il tarixdə N14 №-li hərbi hissədə (Əhmədbəyli hospitalında) ambulator müayinədə olmuşdur. Dianqoz: koxlear nevrit. Əsas: N nömrəli hərbi hissənin (Əhmədbəyli hospitalının) N0N0-ci ilə məxsus “Ambulator xəstələrin qeydiyyatı” kitabının 16-cı səhifəsində 17007-ci sayındakı qeyd. - Məhkəmənin xx.xx.N0N3-cü il tarixli N-1(116)-146N/N0N3 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞ-nin xx.xx.N0N3-cü il tarixli 4793 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd edilmişdir ki, Vəliyevin tibbi sənədlərinin təhlilinə əsasən, o, hazırda “XN nevrit. İki tərəfli davamlı ağır neyrosensor eşitmə. Pıçıltı hər iki qulaqda N metr məsafədən eşidir” xəstəliklərindən əziyyət çəkir. Qeyd edilən “Koxlear nevrit” xəstəliyinin anadangəlmə və ya sonradan qazanılma olması barədə hazırda konkret fikir söyləmək mümkün deyildir. Belə ki, iş materiallarında olan ilkin sənədə əsasən o, xx.xx.N0N0-ci il tarixdə N nömrəli hərbi hissəyə müraciət edərkən ona “Koxlear nevrit” diaqnozu qoyulmuş və müvafiq yardım göstərilmişdir, (amb. N: 17007). Buna görə də onun vətən müharibəsində hərbi əməliyyatlar zamanı mərmi partlayışının dalğası nəticəsində yarana bilməsini inkar etmək də olmaz. - N nömrəli hərbi hissənin Zədələnmələrin (yaralanmaların) qeydiyyatı kitabından görünür ki, xx.xx.N0N0-ci il tarixə aid məlumatlarda iddiaçının adı qeyd edilməmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in N.N.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, iddiaçı cavabdeh orqana anoloji tələblə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Tətbiq edilən hüquq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun: Maddə N.Əsas anlayışlar N.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: N.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi; N.1.N. sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); N.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər; (-) Maddə 4. Sığorta məbləğinin və sığorta haqqının miqdarı 4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir. (-) Maddə 5. Sığorta hadisələri və ödənişləri Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə:https://eqanun.az/framework/3896 - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — N5 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: İ. Ümumi müddəalar 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.N. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. (-) Vİİ. Hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi: 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. (-) 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.N-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. (-) İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh orqan tərəfindən ona “travma haqqında” arayışın verilməsinə nail olmaqdır. Belə ki, iddiaçı sözügedən arayışı əldə edəcəyi təqdirdə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinə əsasən müvafiq ödənişlərin alınmasına və hərbi-həkim komissiyası tərəfindən xəsarətin səbəb əlaqəsi haqqında qərarın qəbul edilməsinə nail olacaqdır. “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin normalarının məzmunundan görünür ki, travma haqqında arayış vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilir. İşin mübahisəsiz hallarından məlumdur ki, iddiaçı N №-li hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli 3 №-li əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş, N №-li hərbi hissə komandirinin N yanvar N0N1-ci il tarixli 97 №-li əmri ilə xx.xx.N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. İddiaçı, N0N0-ci ilin sentyabr ayından - N0N0-ci ilin noyabr ayının 10-dək döyüş əməliyyatlarında bilavasitə iştirak etmişdir (Cəbrayıl, Qubadlı, Zəngilan və Xocavənd rayonu istiqamətlərində). Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.N0N3-cü il tarixli 5375 nömrəli arxiv arayışı ilə müəyyən olunur ki, iddiaçı, xx.xx.N0N0-ci il tarixdə N14 №-li hərbi hissədə (Əhmədbəyli hospitalında) ambulator müayinədə olmuş, ona “koxlear nevrit” diaqnozu qoyulmuş, əsas olaraq N nömrəli hərbi hissənin (Əhmədbəyli hospitalının) N0N0-ci ilə məxsus “Ambulator xəstələrin qeydiyyatı” kitabının 16-cı səhifəsində 17007-ci sayındakı qeyd göstərilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı N nömrəli hərbi hissədə xx.xx.N0N0-ci il tarixdə ambulator müayinədə olarkən o, N №-li hərbi hissənin əsgəri idi. İddiaçının N nömrəli hərbi hissədə (Əhmədbəyli hospitalında) ambulator müayinədə olduğu halda N nömrəli hərbi hissənin “Zədələnmələrin (yaralanmaların) qeydiyyatı” kitabında uçota götürülməməsinə münasibətdə məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılması hərbi hissənin vəzifəsi olmuş və sözügedən qeydlərin aparılmamasının mənfi nəticələri iddiaçının ziyanına şərh edilə bilməz. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verdiyi izahatında iddiaçıda yaranmış xəsarətin mərmi partlaması nəticəsində deyil, digər kənar təsirlər nəticəsində də yaranması ehtimalının olduğunu bildirmişdir. Bununla belə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh orqan iddiaçının müraciəti əsasında ümumiyyətlə inzibati icraat aparmamış, onunla xidmət etdiyi hərbi hissədə, o cümlədən döyüş əməliyyatlarında birgə iştirak etmiş hərbi qulluqçuların izahatı alınmamış, xəsarətin alınma şəraitinin müəyyən edilməsinə cəhd edilməmiş, iddiaçının ambulator müayinəyə aparılmasının hansı qaydada həyata keçirilməsi, N14 saylı hərbi hissədə ambulator müayinədə olduğu halda xidmət keçdiyi hərbi hissədə müvafiq qeydiyyatın aparılmamasının səbəbləri aydınlaşdırılmamış, hərbi hissənin “Zədələnmələrin (yaralanmaların) qeydiyyatı” kitabına istinad edilməklə formal imtina cavabı verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xəsarəti hansı şəraitdə almasından asılı olmayaraq, hərbi hissənin “Zədələnmələrin (yaralanmaların) qeydiyyatı” kitabında müvafiq məlumatlar öz əksini tapmalı idi. Belə ki, istinad olunan kitabdakı qeydlərdən görünür ki, “zədələnmənin səbəbi və şəraiti” barədə müvafiq qeydlər müraciət edənin deməsinə görə, habelə düşmən təxribatı nəticəsində baş vermiş hadisələr əsasında əks olunmuşdur. İddiaçı, xx.xx.N0N0-ci il tarixdə N №-li hərbi hissənin sərəncamında olduğundan N nömrəli hərbi hissəyə ambulator müayinəyə aparılarkən, onun qulluq keçdiyi hərbi hissədə “Zədələnmələrin (yaralanmaların) qeydiyyatı” kitabına onun səhhəti ilə bağlı məlumatların daxil edilməsi cavabdeh orqanın məsuliyyət sferasına daxildir. Nəzərə alınmalıdır ki, iddiaçı hərbi hissənin məlumatı olmadan özbaşına olaraq xidmət keçdiyi hərbi hissəni tərk edərək N nömrəli hərbi hissəyə (Əhmədbəyli hospitalına) ambulator müayinəyə gedə bilməzdi. Məhkəmə tərəfindən iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyünün, diaqnozun anadangəlmə və ya sonradan qazanılma olub-olmamasının, o cümlədən qoyulmuş diaqnoz (“Koxlear nevrit”) sonradan qazanılmadırsa, vətən müharibəsi zamanı hərbi əməliyyatlar keçirilən zaman mərmi partlayışının dalğası nəticəsində yaranmasının mümkün olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi”-nin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞ-nin xx.xx.N0N3-cü il tarixli 4793 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçı hazırda “XN nevrit. İki tərəfli davamlı ağır neyrosensor eşitmə. Pıçıltı hər iki qulaqda N metr məsafədən eşidir” xəstəliklərindən əziyyət çəkir. Həmçinin ekspert rəyində qeyd edilir ki, “Koxlear nevrit” xəstəliyinin anadangəlmə və ya sonradan qazanılma olması barədə hazırda konkret fikir söyləmək mümkün deyildir. Belə ki, iş materiallarında olan ilkin sənədə əsasən o, xx.xx.N0N0-ci il tarixdə N nömrəli hərbi hissəyə müraciət edərkən ona “Koxlear nevrit” diaqnozu qoyulmuş və müvafiq yardım göstərilmişdir, (amb. N: 17007). Buna görə də onun vətən müharibəsində hərbi əməliyyatlar zamanı mərmi partlayışının dalğası nəticəsində yarana bilməsini inkar etmək də olmaz. Sözügedən ekspert rəyinin məzmunundan görünür ki, Yevlax rayon MRX PHŞ-də tərtib edilmiş xx.xx.N0N3-cü il tarixli, 790N/N3 nömrəli arayışında iddiaçının müharibə müddətinə qədər və bu günə qədər Yevlax Rayon Mərkəzi Xəstəxanasında LOR müalicəsi almaması qeyd edilmişdir. Məhkəmə ekspert rəyini işdə olan digər sübutlarla birgə təhlil edərək hesab edir ki, həmin rəy işin məhkəmə tərəfindən müəyyən edilmiş halları və işdə olan digər sübutlarla uyğun olduğundan iş üzrə mötəbər sübut qismində qəbul edilməlidir. İddiaçıya qoyulmuş “Koxlear nevrit” xəstəliyinin anadangəlmə və ya sonradan qazanılma olmasına münasibətdə məhkəmə qeyd edir ki, sözügedən xəstəliyin sonradan qazanılma olması qənaəti Yevlax rayon MRX PHŞ-nin xx.xx.N0N3-cü il tarixli, 790N/N3 nömrəli arayışından yaranır. Digər tərəfdən nəzərə alınmalıdır ki, sözügedən xəstəlik iddiaçıda hərbi xidmətə çağırılanadək olsa idi o, ümumiyyətlə səfərbərlik üzrə hərbi xidmətə cəlb edilməzdi. Nəzərə alınmalıdır ki, iddiaçı müharibə başlananadək xx.xx.N015xx.xx.N016-cı il tarixlərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Sadalanan hallar iddiaçıya qoyulmuş “Koxlear nevrit” diaqnozunun sonradan qazanılma olmasını və məhz səfərbərlik üzrə hərbi xidmətə cəlb edildikdən sonra yaranmasını birbaşa sübut edir. Yəni, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları onu deməyə əsas verir ki, iddiaçı məhz N nömrəli hərbi hissədə xidmət keçdiyi zaman aldığı xəsarət nəticəsində ona “koxlear nevrit” diaqnozu qoyulmuşdur. İstinad olunan ekspert rəyində iddiaçıya qoyulmuş “Koxlear nevrit” diaqnozunun vətən müharibəsində hərbi əməliyyatlar zamanı mərmi partlayışının dalğası nəticəsində yarana bilməsi ehtimalının olması qeyd edildiyindən məhkəmə hesab edir ki, cavabdeh orqan N nömrəli hərbi hissənin “Zədələnmələrin (yaralanmaların) qeydiyyatı” kitabında iddiaçının adının olmaması faktına istinad etməklə müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.1N-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə xx.xx.N0N0-ci il tarixdə aldığı xəsarət nəticəsində “travma haqqında” arayışın İddiaçı verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1462/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1462/2023
07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver