Məhkəmə qərarları › İş №2-1(116)-1463/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1463/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1463/2024 11.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ XN Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi İddiaçı (yaşayış yeri: Ağdaş rayonu, Yenicə kəndi; orta təhsilli, işləməyən) iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Ağdaş rayonu, Yenicə kəndi) cavabdeh – Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (yerləşdiyi yer: Bakı şəhəri, Parlament prospekti 3) qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» iddia tələbi üzrə inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 1989-cu il təvəllüdlüdür, N007 – N009-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyindəki müvafiq hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. N0N0-ci ilin sentyabr ayında yenidən hərbi xidmətə çağırılmış və N sentyabr N0N0ci il tarixdən N dekabr N0N0-ci il tarixədək Müdafiə Nazirliyinin tərkibindəki N nömrəli hərbi hissədə hərbi xidmətdə olmuşdur. Hərbi hissəyə daxil olması və döyüşlərdə iştirak etməsi ona məxsus olan hərbi biletdəki qeydlərdə əks olunmuşdur. 10 dekabr N0N0-ci il tarixdə ailəsinə (Qədirovlar ailəsinə) hərbi hissə komandiri təşəkkür məktubu ünvanlamışdır. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh 1N dekabr N0N3-cü il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək Şəki İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) N.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı tələbini belə əsaslandırır ki (iddia ərizəsinə əsasən), cavabdehin imtinası qanunsuzdur. Belə ki, o, X1 zamanı döyüşlərdə iştirak etmək üçün döyüş zonasına ezam edilmişdir. Bu barədə hərbi biletində müvafiq qeydlər var və döyüşlərdə iştirakı ilə bağlı hərbi hissədən təşəkkür məktubu almışdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunda və ərazi hərbi prokurorluqlarında onun barəsində cinayət işi və təqsirləndirici material olmayıb, məhkumluğu yoxdur. İmtina məktubunun əsli ona təqdim edilməmişdir. Göstərilənlərə və «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinə əsaslanaraq, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh inzibati orqan iddiaya iddiaya etiraz edir. Cavabdeh tərəf hesab edir ki (iddiaya qarşı yazılı etiraza əsasən), iddia mümkün sayılmamalıdır. Belə ki, «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin on dördüncü abzasına yeni məzmunda “Qeyd” əlavə edilmişdir. Həmin “Qeyd”ə əsasən bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Müdafiə Nazirliyinin Veteran adının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının 1N dekabr N0N3-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, döyüş əməliyyatları aparılan dövrdə (xx.xx.N0N0 – xx.xx.N0N0) xidmət keçdiyi (ezamiyyətdə olduğu) hərbi hissənin yerləşdiyi yer ərazi meyarlarına uyğun gəlmədiyinə görə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Göstərilənlərə və «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin doqquzuncu yarımbəndinə və İPM-in 35-ci maddəsinə əsaslanaraq, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 6N.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və bildirdi ki, müvafiq dövrdə Goranboy rayonunun Talış kəndi ərazisində olmuşdur, onunla birlikdə iştirak edən yoldaşlarına veteran adı və vəsiqəsi verilmişdir. Orada vəzifəsi təxliyyə işinə, yaralılara kömək etmək olmuşdur. N0N0-ci ilin dekabr ayının N6-da xidmətdən buraxılmışdır. Xidmətə daxil olma və çıxma barədə əmlər var. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in N.N.N-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.N-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun N.0.N-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli 10 aprel N015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (N.1-ci bənd). Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində hərbi qulluqçu kimi xidmət etməsə də, hərbi hissəyə ezam olunduğundan, ona münasibətdə müvafiq səlahiyyətli qurum qismində həmin Nazirlik çıxış etməlidir. İmtina barədə məktub 1N dekabr N0N3-cü il tarixə, iddia ərizəsinin poçt xidmətinə 19 yanvar N0N4-cü il tarixə, məhkəməyə daxil olması isə N3 yanvar N0N4-cü il tarixə, yəni imtina tarixindən 4N gün müddət keçdiyi vaxta təsadüf etsə də, cavabdeh tərəfin həmin imtinanın iddiaçıya 1N – N4 yanvar N0N4-cü il tarixləri arasındakı günlərdə hər hansı (rəsmi və ya elektron) qaydada təqdim olunmasına dair sübut və ya dəlili olmadığından, məhkəmənin qənaətinə görə hazırkı iş üzrə məcburetmə haqqında iddia ilə bağlı iddia müddəti buraxılmamış hesab edilir. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi, və s.) də qiymət verərək cavabdehin etirazındakı “iddianın mümkünsüzlüyü” mövqeyi ilə razılaşmır və belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.N-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.N-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3N-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr N019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Ağdaş rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən İddiaçı yaşayış yeri Ağdaş rayonunun Yenicə kəndidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.N-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası qanuna zidd sayılmalı və iddiaçının hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun N4.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N16 nömrəli NN sentyabr 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1ci bəndinin 9, 10-cu yarımbəndlərinə görə müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. İş materiallarında olan İddiaçı məxsus AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, həmin sənəddə İddiaçı barəsində aşağıdakı qeydlər aparılmışdır: - N sentyabr N0N0-ci il tarixdə SHXÇDX Ağdaş Rayon Şöbəsi tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmış və N dekabr N0N0-ci il tarixdən Silahlı Qüvvələrdən tərxis olunmuşdur. N sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. - Hərbi biletin “İV. Ehtiyatda olarkən xidmət. N3. Vəzifəsinin və hərbi-uçot ixtisasının adı (vəzifə ixtisası)” qrafası – kiçik tibb işçilərinin sanitarı. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin Qədirovlar ailəsinə ünvanlanmış 10 dekabr N0N0-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - N sentyabr N0N0-ci il tarixdə səfərbərliklə hərbi xidmətə çağırılmış İddiaçı N sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək Vətən Müharibəsində hərbi hissəmizin tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı fəal iştirak etmişdir. Xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, bacarıqlı, təşəbbüskar, hərbi nizamnamənin və qanunların tələblərini layiqincə dərk edən, komandir və rəislərin əmr və göstərişlərini vaxtında, düzgün və dəqiq yerinə yetirən, beləliklə də hərbi xidmətə vətəndaş münasibəti göstərən hərbi qulluqçu kimi tanıtmışdır. Silah və hərbi texnikanın sirlərinə həvəslə yiyələnmişdir. Döyüş əməliyyatları rayonunda hərbi hissənin tərkibində yaralılara ilk tibbi yardımın göstərilməsi və təxliyyəsi zamanı yüksək peşəkarlıq nümayiş etdirmişdir. İş materiallarından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandirinin tibb hissəsi üzrə müavini – tibb hissəsinin rəisinin (vəzifəni icra edən şəxsin) və tibb hissə rəisinin idioloji iş və mənəvi-psixoloji təminat üzrə köməkçisi tərəfindən İddiaçı ilə bağlı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların tibbi təminatı üzrə tapşırıqların yerinə yetirmiş hərbi qulluqçular barədə arayış – məlumat tərtib edilmişdir. Arayış – məlumatda aşağıdakılar qeyd olunur: - Əsgər İddiaçı döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissədə xidmət keçmişdir, N sentyabr N0N0-ci il tarixli N70 nömrəli əmrlə xidmət etdiyi hərbi hissəyə daxil olmuş, N dekabr N0N0-ci il tarixli N nömrəli əmrlə hərbi hissədən çıxmışdır, N sentyabr N0N0-ci il tarixli 034 nömrəli əmrlə tibbi təminat üzrə tapşırıqlar ilə bağlı fəaliyyətə cəlb olunmuşdur, cərrahiyyə bölməsinin baş əməliyyat bacısı vəzifəsində xidmət etmişdir, Tərtər rayonunun Talış və Suqovuşan kəndləri ərazilərində gedən döyüş əməliyyatlarında yaralanan hərbi qulluqçulara ilkin tibbi yardım göstərilməsində, həmçinin ağır yaralıların digər xəstəxanalara və hospitallara təxliyyə olunmasının həyata keçirilməsində fəal iştirak etmiş, döyüş təminatı üzrə tapşırıqları yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N avqust N0N4cü il tarixli arayışında qeyd olunur ki, əsgər İddiaçı həqiqətən N sentyabr N0N0-ci il tarixdən N dekabr N0N0-ci il tarixədək N nömrəli hərbi hissədə cərrahiyyə bölməsinin baş əməliyyat bacısı vəzifəsində xidmət etmişdir. Həmin tarixlərdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində N nömrəli hərbi hissənin cərrahiyyə bölməsinin tərkibində xidmət edərkən Tərtər rayonunun Talış və Suqovuşan kəndləri ərazilərində gedən döyüş əməliyyatlarında yaralanan hərbi qulluqçulara ilkin tibbi yardım göstərilməsində, həmçinin ağır yaralıların digər xəstəxanalara və hospitallara təxliyyə olunmasının həyata keçirilməsində fəal iştirak etmiş, döyüş təminatı üzrə tapşırıqları yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli N70 nömrəli əmri ilə AR Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 10 sentyabr N0N0-ci il tarixli 0N6 nömrəli sərəncamına əsasən hərbi təlim toplanışına çağırılmış aşağıda adları çəkilən hərbi vəzifəlilər AR SHXÇDX yerli idarə, şöbə və bölmələrindən gəldiklərinə görə N sentyabr N0N0-ci il tarixdən hərbi hissənin döyüşən heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişlər, döyüş hazırlığı məşğələlərinin keçirilməsi üçün N nömrəli hərbi hissəyə ezam olunmuşlar: - N. 1989-cu il təvəllüdlü, orta təhsilli, hərbi təlim toplantısına N sentyabr N0N0-ci il tarixdə SHXÇDX Ağdaş Rayon Şöbəsindən çağırılmış, əsgər İddiaçı. İş materiallarından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli N76 nömrəli əmri ilə cari çatışmazlıqların bərpa edilməsi məqsədilə dəyişən heyətin siyahısına daxil edilmiş aşağıda adları çəkilən hərbi qulluqçular N sentyabr N0N0-ci il tarixdən müvafiq qaydada bölmələrdə vəzifələrə təyin edilmişlər: - 3N. Əsgər İddiaçı – cərrahiyyə bölməsinin baş əməliyyat bacısı vəzifəsinə. İş materiallarından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N dekabr N0N0-ci il tarixli N nömrəli əmri ilə AR SHXÇDX yerli idarələrindən (şöbə və bölmələrindən) çağırılmış aşağıda adları çəkilən hərbi vəzifəlilər AR Müdafiə nazirinin N5 dekabr N0N0-ci il tarixli N74 nömrəli əmrinə əsasən xidmətini başa vurduqları üçün, N dekabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlarından çıxarılmışlar, tərxis olunmuşlar və hərbi qeydiyyata durmaq üçün SHXÇDX yerli qurumlarına göndərilmişlər: - 1N. Əsgər İddiaçı, cərrahiyyə bölməsinin baş əməliyyat bacısı – Xidmətin Ağdaş Rayon Şöbəsinə. İş materialarında olan Müdafiə Nazirliyinin Şəki İnzibati Məhkəməsinə ünvanlanmış 18 iyul N0N4-cü il tarixli məktubunda qeyd olunur ki, . . . N nömrəli hərbi hissə N sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göründüyü kimi, qanunvericilik normaları müvafiq dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi hissə (bölmə) və ya orqanların tərkibində iştirak etmiş hərbi qulluqçularla yanaşı, hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri, yəni döyüş təminatı, mənəvi-psixoloji təminat və tibbi təminat üzrə tapşırıqlarının yerinə yetirilməsi üçün ezam olunmuş mülki şəxsləri də müharibə veteranı sayır və onlara müharibə veteranı adı və vəsiqəsinin verilməsini nəzərdə tutur. Hazırkı işin hallarına görə, iddiaçının N0N0-ci ilin sentyabr ayından döyüş bölgəsinə ezam olunması Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin əmri ilə rəsmiləşdirilmişdir və o, döyüş əməliyyatlarında yaralanan hərbi qulluqçulara ilkin tibbi yardım göstərilməsində, həmçinin ağır yaralıların digər xəstəxanalara və hospitallara təxliyyə olunmasının həyata keçirilməsində iştirak etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, onun müvafiq dövrdə döyüş əməliyyatlarında iştirak edən N nömrəli hərbi hissəyə ezam olunmasının əsası məhz ilk tibbi yardım və yaralıların təxliyyəsinin həyata keçirilməsi işinə cəlbdir. Bununla da, xüsusilə də xidmət etdiyi N nömrəli hərbi hissənin tərtib etdiyi anketməlumatdan və məktubdan müəyyən edilir ki, İddiaçı N0N0-ci ilin N sentyabr tarixindən 10 noyabr N0N0-ci il tarixinədək döyüş bölgəsinə (Goranboy rayonuna ezam olunması halı işin mübahisəli halı deyil) ezam olunaraq, döyüş əməliyyatlarının təminatı ilə bağlı müvafiq tapşırıqları yerinə yetirmişdir. Cavabdehin dəlilinə, yəni iddiaçının ezam olunduğu hərbi hissənin yerləşdiyi yerin ərazi meyarlarına uyğunsuzluğuna gəldikdə isə, məhkəmə vurğulayır ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etdiyindən, ona ezam olunmuş mülki şəxslərin döyüş təminatı ilə bağlı vəzifələrini yerinə yetirmə yerinin döyüş bölgəsinin yaxın ərazində olması məntiqli və ağlabatandır və işin bu xüsusiyyəti “ərazi meyarlarına zidd” dəyərləndirilə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, Şəki Şəhər Rayon Polis Şöbəsinə ünvanlanmış sorğuya (tələbnaməyə) həmin qurumdan alınmış cavabdan 1 iyul 1989-cu il tarixdə Ağdaş rayonunun Yenicə kəndində doğulmuş İddiaçı məhkumluğuna, eləcə də barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya onun amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsinə dair DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində heç bir məlumatın olmadığı bildirilmişdir. Bu isə, belə nəticə yaradır ki, İddiaçı «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin “Qeyd” hissəsində göstərilən şəxslərin dairəsinə aid edilmir. Odur ki, məhkəmə tərəflərin dəlil və sübutlarına mövcud qanunvericiliyin tələbləri baxımından qiymət verərək cavabdehin imtinası ilə razılaşmır və iddiaçının dəlillərini əsaslı sayır. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq, İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar