Məhkəmə qərarları › İş №2-1(116)-1466/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1466/2025

03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1466/2025 03.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu , İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyətini və xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müddətin iş stajına daxil edilməklə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablamaq və yeni hesablamaya görə ödəniş etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə və əlavə olunmuş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyətini və xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müddətin iş stajına daxil edilməklə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablamaq və yeni hesablamaya görə ödəniş etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, cavabdehə müraciət edərək xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyətini və xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müddətin iş stajına daxil edilməklə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablamaq və yeni hesablamaya görə ödəniş edilməsini xahiş etmiş, cavabdeh inzibati orqan imtina etmişdir. Buna görə də hazırki inzibati mübahisə yaranmışdır. Cavabdehin təqdim etdiyi xx.xx.2025-ci il tarixli 3-17-1/2-5877/2025 nömrəli vəsatətdən görünür ki, iddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixli qərarla yenidən hesablanmış, mübahisəli dövrlər ümumi sosial sığorta stajına daxil edilmiş və əmək pensiyasının məbləği artaraq 449.78 manat təşkil etmişdir. İş materiallarından görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyətini və xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müddətin iş stajına daxil edilməklə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablamaq və yeni hesablamaya görə ödəniş edilməsinə nail olmaqdır. Cavabdeh orqan tərəfindən təqdim edilmiş, əmək pensiyasının təyin edilməsi haqqında qərarından görünür ki, iddiaçının tələbi təmin edilmiş və bununla da tərəflər arasındakı inzibati mübahisə aradan qalxmışdır. Belə olan halda məhkəmə hesab edir ki, işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. İnzibati Prossesual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyətini və xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müddətin iş stajına daxil edilməklə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablamaq və yeni hesablamaya görə ödəniş etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə tərəflər arasındakı inzibati mübahisə aradan qalxdığından işin icraatına xitam verilir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar