Məhkəmə qərarları › İş №2-1(116)-1467/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1467/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1467/2022 24.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır. - o, xx.xx.N975-ci il tarixdə Ucar rayonunun Alpout kəndində anadan olmuşdur. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməyini təsdiq edən sənədlər mötəbər subutlar var. Ancaq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”-nın xx.xx.202N-ci il tarixli cavab məktubunda qeyd edilib ki, Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9Ə2-5329 nömrəli və xx.xx.202N-ci il tarixli arayışlarına əsasən N və N nömrəli hərbi hissənin nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığı üçün araşdırma aparmaq mümkün olmadığına və Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli arayışına əsasən N nömrəli hərbi hissədə hərbi xidməti xx.xx.N-xx.xx.N-ci illərdə Atəşkəs dövrünə təsadüf etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Bu imtinanı əsasız və qanunsuz hesab edir. Belə ki, Ucar rayonu Alpout kənd sakini X2 onunla eyni vaxtda eyni N və N nömrəli hərbi hissədə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ona Müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Həmin vaxt Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsi ona N və N nömrəli hərbi hissənin əmrlər kitabından çıxarış əsasında arayış təqdim etmişdir. Bu faktlar subut edir ki, Mərkəzi Arxiv İdarəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya” ona qarşı saxtakarlıq edib. XN İdarəsinin ona təqdim etdiyi arayışlarda kəskin ziddiyyətlər var. Bu isə subut edir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxiv idarəsində ona aid sənədlər düzgün araşdırılmayıb başdan sovdu yalan arayışlar verilib və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya” buna uyğun əsasız və qanunsuz imtina qərarı çıxarmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2022-ci il tarixli imtina məktubu əsassız və qanunsuzdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etirazını iddiaçının döyüş iddiaçı Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya müraciət etmiş, komissiya xx.xx.202N-ci il tarixli iclasında iddiaçının müraciətinə baxılaraq müsbət qərar qəbul edilməmişdir. Qərarı barədə iddiaçının ünvanına komissiya tərəfindən məlumat göndərilmişdir. İddiaçı, həmin qərarın qəbulundan N il sonra mübahisələndirmişdir. Odur ki, iddia tələbinin mümkünsüz sayılması xahiş edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.202N-ci il tarixli məktubundan görünür ki, Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9/2- 5329 nömrəli və xx.xx.202N-ci il tarixli 9/2 N249 nömrəli arayışlarına əsasən N və N nömrəli hərbi hissələrin nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığı üçün, araşdırma aparmaq mümkün olmadığına və Mərkəzi Arxivin 24 0N.2020-cı il tarixli 9/2- N028 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə iddiaçının hərbi xidməti (xx.xx.Nxx.xx.N997-cı illərdə) Atəşkəs dövrünə təsadüf etdiyinə görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-N028 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli N №-li əmrilə (əsas: səh-3, §-4, sıra-5N) 29.04.95-ci il tarixdən şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək kəşfiyyatçı telefonçu vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N yanvar N996-cı il tarixli 20 №-li əmrilə (əsas: səh-25, §-6, sıra-7) sıravi İddiaçı kəşfiyyat bölüyünün siyahısından və bütün növ təminatlardan çıxarılaraq gələcək hərbi xidmətini davam etdirmək üçün N6N Ne-li hərbi hissəyə göndərilmişdir. 2N2 № li hərbi hissədən gəlmiş Ucar RHK-dan çağırılmış N975-ci il təvəllüdlü sıravi İddiaçı N6N nömrəli hərbi hissə komandirinin N yanvar N996-cı il tarixli 25 №-li əmrilə (əsas səh-4N, §-N, sıra-3) şəxsi heyətin siyahısına salınmaqla bütün növ təminatlarla təmin olunmuşdur. Müdafiə Nazirinin 07.0N.97-ci il tarixli müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvəiərıncə həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğu üçün maddi təminat tağımının aşbazı sıravi İddiaçı N6N nömrəli hərbi hissə komandirinin N fevral N997-ci il tarixli 34 №-li əmrilə (əsas: səh-38. §-5. sıra-25) şəxsi heyətin siyahısından və bütün nov təminatlardan çıxarılaraq qeydiyyat üçün Ucar RHK-a göndərilmişdir. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ucar Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli N49 nömrəli arayışından görünür ki, verilir N975-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, o AR Silahlı Qüvvələrində 475 saylı hərbi hssənin tərkibində 04 dekabr N993-il tarixdən 24 aprel N- il tarixədək, 2N2 saylı hərbi hissənin tərkibində N may N-il tarixdən N yanvar N996-il tarixədək, N6N saylı hərbi hissənin tərkibində N yanvar N996-il tarixdən N fevral N997-il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. AR Müdafiə Nazirliyinin xx.xx.N997-il tarixli N-3 əmri ilə həqiqi hərbi xidmətdən tərxis edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ucar Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 703 nömrəli məktubuna əlavə edilmiş iddiaçının qeydiyyat kartasından görünür ki, o, xx.xx.N993-cü il tarixdən xx.xx.N-ci il tarixədək N nömrəli hərbi hissənin, xx.xx.N—xx.xx.N996-cı illərdə 2N2 saylı hərbi hissənin, xx.xx.N996-xx.xx.N996, xx.xx.N996-xx.xx.N997-ci il tarixlərdə N6N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli 9/2-N249 nömrəli və xx.xx.2020-ci il tarixli 9/2-5329 nömrəli arxiv arayışlarından görünür ki, Ucar RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin N6 aprel N993-cü il tarixli 3 №-li əmrilə (əsas: səh-N5, §-2, sıra- 75) şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək “sıravi” hərbi rütbəsi verilməklə 2-ci mobil manqasının, 4-cü mobil qrupunun, N-ci mobil bölüyünün doldurucusu vəzifəsinə təyin olunmuşdur. Qeyd edirik ki, 778, N nömrəli hərbi hissə komandirlərinin N994, N997-ci il tarixli və N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/252N8 nömrəli məktubundan görünür ki, NN0 №-li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N6N №-li hərbi hissənin xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək döyüş əməliyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmış, N №-li və 2N2 №-li hərbi hissələrin döyüş əməliyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmamışdır. - Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, iddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, Ağdam Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, iddiaçı barəsində cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.N-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N-ci il oktyabrın 9dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddia tələbinin əsassız olmasının səbəbi onunla bağlıdır ki, iddiaçının xx.xx.N993-cü ildən hərbi xidmətə başladığı N №-li hərbi hissədə xidməti barədə ümumiyyətlə məlumat yoxdur, xx.xx.N993-xx.xx.N-ci illərdə xidmət etdiyi 475 saylı və xx.xx.N-xx.xx.N996-cı illərdə xidmət etdiyi 2N2 saylı hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında yoxdur. İddiaçının xx.xx.N996-xx.xx.N997-ci illərdə xidmət etdiyi N6N №-li hərbi hissə isə xx.xx.N993-xx.xx.N994-cü illərdə döyüş əməliyyatlarında iştirak etmişdir. İstinad olunan Əsasnamənin tələbləri baxımından atəşkəs dövrünədək iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması şərti sübuta yetirilməlidir. Yuxarıda qeyd edilmiş işin hallarından görünür ki, iddiaçının xidmət etdiyi hərbi hissələr döyüş əməliyyatlarında iştirak edən hərbi hissələr sayılmırlar. N0 may N994-cü il tarixindən sonrakı dövrə münasibətdə isə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün onun döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması müəyyən edilməlidir. İş materiallarından görünür ki, atəşkəs dövründə iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət almamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı, atəşkəs dövrünədək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini və xx.xx.N994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.N.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.N-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in NN0.N-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.N.N2-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 3N8) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar