Məhkəmə qərarları › İş №2-1(116)-1469/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1469/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1469/2023 30.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan X2 verilmiş seriya RX ******* nömrəli Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan X2 verilmiş seriya RX ******* nömrəli Çıxarışın ləğv edilməsi və ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli RX ******* nömrəli Çıxarışın qüvvədə qalması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1469/2023 nömrəli qərardadı ilə Qəribova (Hüseynova) Vüsalə Sədirəddin qızı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1469/2023 nömrəli qərardadı ilə iddia tələbinin “********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli RX ******* nömrəli Çıxarışın qüvvədə qalması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı tam xüsusi mülkiyyətində olmuş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-1502/2017 nömrəli qətnaməsi ilə hər birinin ½ hissə payı müəyyən edilməklə sözügedən mənzil üzərində X3 və İddiaçı xüsusi mülkiyyət hüququ tanınmışdır. Bundan sonra cavabdeh orqan həmin qətnamə əsasında verilmiş icra vərəqəsinə uyğun olaraq ünvan 1 ünvanında yerləşən mənzil üzərində X3 və İddiaçı hər birinin ½ hissə payı olmaqla paylı mülkiyyət hüququnu Dövlət qeydiyyatına almış və ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışla rəsmiləşdirmişdir. İddiaçı, sonuncu verilmiş çıxarışın ləğv edilməsi və ilkin çıxarışın bərpa edilməsi tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051 )-1502/2017 saylı məhkəmə qətnaməsinin xx.xx.2018-ci il tarixli 216793/17 saylı icra vərəqəsinə əsasən Mingəçevir şəhəri, Ş.i.Xətai küçəsində yerləşən 19 saylı binanın 4 saylı mənzili paylı mülkiyyət hüququ üzrə ½ hissə İddiaçı və ½ hissə X1 adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə hüquqların dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı səlahiyyətli nümayəndəsi Nümayəndə eyni məzmunlu Ərazi İdarəsinə ünvanlanmış şikayət ərizələrinin geniş araşdırılması üçün ərazi idarəsi tərəfindən 01 04.2022-ci il tarixli **********08 nömrəli sorğu məktubu ilə Mingəçevir şəhər Məhkəməsinə 2(051 )-1502/2017 saylı məhkəmə qətnaməsinin qüvvədə olub-olmaması barədə müraciət ünvanlanmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli SDS-660 nömrəli məktubu ilə həmin qətnamənin qüvvədə olması barədə məlumat verilmişdir (daxil olma nömrəsi **********) Eyni məzmunlu məlumat Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə xx.xx.2022-ci il tarixli SDS-822 (daxil olma nömrəsi **********) nömrəli məktubla bildirilmişdir. İddiaçı iddia tələbində qeyd olunan olunan “paylı mülkiyyətdə olan daşınmaz əmlakın (mənzilin) naturada bölünməsi" tələbinə dair iddiasının Mingəçevir şəhər Məhkəməsinin 2(051 )-1087/2019 saylı xx.xx.2019-cu ıl tarixli qətnaməsi ilə rədd olunması hazırda qüvvədə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051 )-1502/2017 saylı məhkəmə qətnaməsinin və həmin qətnaməyə dair xx.xx.2018-ci il tarixli 216793/17 saylı icra vərəqəsinin icrasına hər hansı maneə yaratmamışdır. Bu barədə vətəndaş Nümayəndə ilə ərazi idarəsində görüş keçirilərək ətraflı izah verilərək mübahisənin aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı tam xüsusi mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2017-ci il tarixli 2(051)-1502/2017 nömrəli icra vərəqəsindən və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-1502/2017 nömrəli qətnaməsindən görünür ki, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 19 saylı evin 4 saylı mənzili tərəflər arasında payları bərabər olmaq şərti ilə bölünməsi, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 19 saylı evin 4 saylı mənzilinə ½ pay nisbətində X3, ½ pay nisbətində isə İddiaçı xüsusi mülkiyyət hüququ tanınması, iddiaçı X3 Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 19 saylı evin 4 saylı mənzilinə köçürülməsi qət edilmişdir. - xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində hər birinin ½ hissə olmaqla İddiaçı və X1 paylı mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 19 saylı evin 4 saylı mənzili ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən hər birinin ½ hissə payı olmaqla X3 və İddiaçı paylı mülkiyyətindədir. Müvafiq qeydiyyatın aparılmasına əsas Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-1502/2017 nömrəli qətnaməsi olmuş və məhz həmin qətnamədə X3 və İddiaçı sözügedən mənzildə mülkiyyət hüququ tanaınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğundan, cavabdeh orqan haqlı olaraq Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 19 saylı evin 4 saylı mənzili üzərində hər birinin ½ hissə payı olmaqla X3 və İddiaçı paylı mülkiyyət hüququnu Dövlət qeydiyyatına almışdır. Həmin qeydiyyatın aparılmasını əks etdirən ********** qeydiyyat nömrəli, xx.xx.2018ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi üçün heç bir hüquqi əsas yoxdur və cavabdeh orqan faktiki xarakterli hərəkətlərin icrasında səhvə yol verməmişdir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan X2 verilmiş seriya RX ******* nömrəli Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar