Məhkəmə qərarları › İş №2-1(116)-147/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-147/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-147/2020 17.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı2, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X3rşı “fermanın ətrafında yerləşən JN-367, JN-366, JN-365, JN-303, JN-364, JN- 363, JN-362, JN-361, JN-322, JN-288 olan dövlət aktlarının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “fermanın ətrafında yerləşən JN- 367, JN-366, JN-365, JN-303, JN-364, JN-363, JN-362, JN-361, JN-322, JN-288 olan dövlət aktlarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların mülkiyyətlərində olan fermanın ətrafında yerləşən torpaq sahələrinin əksəriyyət hissələri ilə bağlı qanunsuz dövlət aktları hazırlanmışdır. Hansı ki, həmin torpaq sahələrinin bir hissəsi ilə bağlı tərtib edilmiş dövlət aktlarının qeydiyyatı yoxdur, habelə dövlət aktlarında adları olan şəxslərin kəndin başqa yerində torpaq sahələri var. Pay torpaq sahəsi islahat zamanı bir dəfə verilir. Onların bu hərəkətləri “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə ziddir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, JN-367 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı itirildiyindən 2.52 ha torpaq sahəsinin 1.80 ha konturuna **********9675 reyestr nömrəli, 0.72 ha konturuna **********9675 reyestr nömrəli, JN-303 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 1.71 ha torpaq sahəsinin 1.57 ha konturuna **********65 reyestr nömrəli, 0.14 ha konturuna **********20 reyestr nömrəli, JN-288 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından vərəsəlikdən sonra 1.85 ha torpaq sahəsinin 0.44 ha konturuna **********73 reyestr nömrəli, 1.41 ha konturuna **********42 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. İddia ərizəsində göstərilən digər dövlət aktlarının qeydiyyatı üçün ərazi idarəsinə müraciət edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinin tələblərinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Sözügedən Qanunun 4-cü maddəsinin tələblərinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Məhkəmə iclasında iddiaçı bildirdi ki, ləğvini tələb etdiyi aktlarda adları qeyd olunan şəxslər qanunsuz olaraq onun ərazisindən istifadə edirlər, ona görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçını, cavabdehin nümayəndəsini dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırkı işdə mübahisə olunan torpağa mülkiyyət hüququna dair aktlarŞəki rayonu X1 xx xxxxxx 1997-ci il tarixli 42 nömrəli qərarıəsasında verilmiş və həmin qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. Həmçinin ləğv edilməsi tələb olunan aktlar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl tərtib olunmuşdur. İddiaçıların ləğv edilməsini tələb etdiyi aktlar Şəki rayon X1 qərarına əsasən tərtib olunmuş və həmin qərar ləğv olunmamış və mübahisələndirilməmişdir. Həmin dövrdə mövcud olmuş DTXK-nin Şəki rayon şöbəsinin hazırki halda mübahisəli aktların tərtib olunması ilə əlaqədar vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) iddiaçılar tərəfindən həmin dövrdə qüvvədə olmuş MPM-nin tələblərinə uyğun mübahisələndirilməmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçıların öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, x xxxxxx 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatdan da müəyyən olunur ki, onun tələbi əslində istifadəsində (və ya mülkiyyətində) olan torpaq sahəsindən ləğvi tələb olunan aktlarda adları qeyd olunan şəxslərin qanunsuz istifadəsinə son qoyulmasından ibarətdir. Bununla bağlı iddiaçıya məhkəmə tərəfindən iclasda yardım edilərək, mülkiyyətində və ya istifadəsində olan torpaq sahəsindən 3-cü şəxslərin qanunsuz istifadəsinə son qoyulması üçün müvafiq iddia tələbi ilə aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X3rşı “fermanın ətrafında yerləşən JN-367, JN-366, JN-365, JN-303, JN-364, JN- 363, JN-362, JN-361, JN-322, JN-288 olan dövlət aktlarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar