Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-147/2024 03.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə Müsafir oğlunun, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı ünvan 1 ünvanında yerləşən Mingəçevir şəhər XDS-in 16 may 1990-cı il tarixli 106 nömrəli qərarı ilə X6 ayrılmış 1019 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X6 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Mingəçevir şəhəri S.Mehmandarov küçəsi 17 ünvanında yerləşən fərdi yaşayış evinə həyətyanı torpaq sahəsi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mərhum X5 adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Mingəçevir şəhəri S.Mehmandarov küçəsi 17 ünvanında yerləşən Mingəçevir şəhər XDS-in 16 may 1990-cı il tarixli 106 nömrəli qərarı ilə X6 ayrılmış 1019 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X6 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 03 dekabr 2024-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinə əsasən ünvan 3 ünvanında yaşamış xx.xx.1942-ci il təvəllüdlü X10 iddiaçının atasıdır. O, xx.xx.2014-cü ildə vəfat etmiş, onun hüquqi varisi iddiaçı olmuşdur,bu barədə X14 Xidmət Mərkəzində Notariat Ofisindən xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılması barədə məktub verilmişdir. Mingəçevir Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 16 may 1990-cı il tarixli 167 saylı Qərarı ilə mərhum X2 yaşadığı Mingəçevir şəhəri Kotovski 17 nömrəli (hazırki Mingəçevir şəhəri S.Mehmandarov 17) mənzilin satılması qərar alınmış, yaşayış sahəsinə mülkiyyət hüququqnun əmələ gəlməsi ilə əlaqədar olaraq mənzilin yerləşdiyi ərazidə 1019 kv.m torpaq sahəsi də atasının istifadəsinə verilmişdir. X9 Filialından verilən xx.xx.2007-ci il tarixli 192/22 saylı Qərarda Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin 18 fevral 1991-ci il tarixli 2 saylı protokolundan çıxarışda qeyd edilir ki, “Azərbaycan SSR Prezidentinin 31 may 1990-cı il, 29 oktyabr 1990-cı il, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli 579 nömrəli qərarına uyğun olaraq dövlət və ictimai fonda məxsus olan mənzillərin həmçinin yaşayış səviyyəsi aşağı olan, az gəlir mənbəyi olan vətəndaşların şəxsi mülkiyyətlərinə pulsuz keçirilməsinə icazə verilməsi haqqında” XDS İK-nın xx.xx.1991-ci il tarixli 66 nömrəli qərarı ilə Azərbaycan SSR Prezidentinin 5 oktyabr 1990-cı il tarixli 2 nömrəli qərarına əsasən Kotovski 17 nömrəli mənzilin X5 mülkiyyətinə keçirilməsinə icazə verilmişdir. Mingəçevir Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 06 saylı Qərarında göstərilir ki, X5 mülkiyyətinə verilən Kotovski 17 nömrəli mənzilin yaşayış sahəsi 58.7 kv.m, mənzilin həyətyanı torpaq sahəsi 9 sotdur. Məmmədovun şəxsi mülkiyyətinə pulsuz keçirilməsinə icazə verilsin. Mingəçevir Şəhər XDS İcraiyyə komitəsinin 25 aprel 1991-ci il tarixli 206 saylı qərarında qeyd edilir ki, Mingəçevir şəhəri Kotovski küçəsi 17 saylı evin sahibi X6 yaşadığı evin qəzalı vəziyyətə olması səbəbindən sökülüb yerində yeni ev tikilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komisəsi Baş Dövlət İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və şəhərsalma Kadastrı İdarəsindən verilən 22 mart 2004-cü il tarixli Fərdi yaşayış evinin Texniki X1 tərəfindən əvvəlki fərdi yaşayış evinin sökülərək yerində inşa etdiyi evin Mingəçevir XDS İC.Kom-nin 25 aprel 1991-ci il tarixli 206 saylı qərarına əsasən tərtib edildiyi, fərdi yaşayış evinin torpaq sahəsinin əslində 659 kv.m, tikinti altı 190,94 kv.m, həyətyanı kənar torpağın 468,06 kv.m olduğu qeyd edilmiş, fərdi yaşayış evinin 4 otaqlı, 1 mərtəbəli 121,19 kv.m sahədə olduğu göstərilmişdir. Bundan əlavə həmin köhnə tikilinin yerində inşa edilmiş təzə tikiliyə 25 mart 2004-cü ildə 816 saylı Qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı cavabdehə müraciət edərək atasından miras qalmış ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evini həyətyanı torpaq sahəsi ilə birlikdə qeydə alınaraq reyestrdən çıxarış verilməsini tələb etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-640/2023 saylı məktubla tələbin icrasından imtina etmişdir. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının sənədləşdirmək istədiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi barədə mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın və plan ölçü sənədinin verilməsi Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli fərmanının tələblərinə görə mümkün deyildir. Belə ki, həmin Fərmanın 2.4-cü maddəsində qeyd olunur ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilər. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, hazırda iddiaçının istifadəsində olan torpaq sahəsi, sökülmüş fərdi yaşayış evinə dair xx.xx.2004-cü il tarixli 11212 inventar nömrəli texniki pasportda əks olunur. Belə olan halda, sözügedən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması imkan xaricindədir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. Mingəçevir Regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisinin xx.xx.2023cü il tarixli 216 və xx.xx.2021-ci il tarixli 1189 nömrəli məktubunun surəti..
3. X13 ilə X3 nikahı haqqında arayışın surəti.
4. Bağ torpaq sahəsinin Əsman Məmmədova verilməsinə dair Mingəçevir şəhər İH-nin "xxxx" MMC-nin arayışının surəti
5. Mingəçevir şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli protokolundan çıxarışın surəti.
6. Mingəçevir şəhər Xalq İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 206 nömrəli qərarının surəti
7. Mingəçevir şəhər XDS İK-nin xx.xx.1990-ci il tarixli 167 nömrəli qərarının surəti.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-1177/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ;
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-4523/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əlavədən görünür ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 106 nömrəli qərarı ilə ayrılmış 1019 kv.m torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün deyil. Elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X8 X12"ndəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) – yaşayış məntəqələrinin torpaqları, uqodiyası- tikiinti altında olan torpaqlar, mülkiyyətçisi - Mıngəçevir bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin naturada sahəsi, döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Təkrar qeydə alınması iddia olunan xx.xx.2004-cü il tarixli Qeydiyyat vəsiqəsi əsasında qeydə alınan fərdi yaşayış evinin həmin torpaq sahəsi üzərində yerləşməsini müəyyən etmək mümkün olmadı. Sənəd üzrə ayrılan torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmadığından başqa subyektlərin torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıda qeyd olunan normaları işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə iddianı əsaslı hesab edir. İşin halarından görünür ki, iddiaçının mərhum atasına Mingəçevir Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 16 may 1990-cı il tarixli 167 saylı Qərarı ilə kirayədə yaşadığı Mingəçevir şəhəri Kotovski 17 nömrəli (hazırki Mingəçevir şəhəri S.Mehmandarov 17) mənzilin mülkiyyətə verilməsi qərar alınmış, yaşayış sahəsinə mülkiyyət hüququqnun əmələ gəlməsi ilə əlaqədar olaraq mənzilin yerləşdiyi ərazidə 1019 kv.m torpaq sahəsi də Məmmədov Müsafirin istifadəsinə verilmişdir. Cavabdeh orqanın iddia tələbinə qarşı dəlilini iddiaçının sənədləşdirmək istədiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi barədə mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın və plan ölçü sənədinin verilməsi Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli fərmanının tələblərinə görə mümkün olmaması ilə əsaslandırmışdır. Məhkəmə icraatının gedişində iddiaçının nümayəndəsi tərəfindən ərizə təqdim edilmiş,iddia tələbinin həcmi azaldılmış,hüquqi marağına uyğun olaraq tələb iddia tələbinin dəqiqləşdirilməsi təmin edilmişdir.Məhkəmə dəqiqləşdirilmiş tələbə əsasən aşağıdakıları qeyd edir. İddiaçının hazırkı iddia tələbinə əsasən hüquqi marağı Mingəçevir Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 16 may 1990-cı il tarixli 167 saylı Qərarına əsasən mərhum atası X5 istifadəsinə verilmiş torpaq sahəsinə mülkiyyət hüququnun mərhuma məxsus olmasına dair arayışın verilməsindən ibarətdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; Yuxarıda qeyd edilmiş işin hallarından göründüyü kimi, iddia olunan torpaq sahəsi Mingəçevir Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 16 may 1990-cı il tarixli 167 saylı Qərarına əsasən mərhum atası X6 ayrılmışdır.Həmin torpaq sahəsi hazırda onun vərəsəsinin istifadəsindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. (-). Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-); 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2023-cü il tarixli 202 nömrəli Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki,iddia olunan torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçının mərhum atasının məxsus olmasını istisna edən hallar müəyyən edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Qeyd olunanlara əsasən iddia təmin edilməli, 1019 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun X6 məxsusluğu haqqında elektron arayışın iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir şəhər XDS-in 16 may 1990-cı il tarixli 106 nömrəli qərarı ilə X5 istifadəsinə verilmiş, Mingəçevir şəhəri S.Mehmandarov küçəsi 17 ünvanında yerləşən 1019 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X6 məxsus olmasına dair arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə