Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1470/2024 09.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Vəkil cavabdehin nümayəndəsi X1 iştirakı ilə , İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1988-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi elektrik mantyoru, xx.xx.1997-ci il tarixdən hal-hazıradək növbə rəisi vəzifəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə iddiaçının hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1988-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi elektrik mantyoru, xx.xx.1997-ci il tarixdən halhazıradək növbə rəisi vəzifəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə iddiaçının hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən İddiaçı xx.xx.1963-cü ildə Qazax rayonu Köçəsgər kəndində anadan olmuşdur. xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək keçmiş sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1985-ci ildə Bakı baza Energetika texnikumuna daxil olmuş və həmin texnikumun elektrik stansiyaları, şəbəkə sistemləri ixtisasını 24 fevral 1988-ci ildə bitirdikdən sonra ona texnik-elektrik ixtisası verilmişdir. Əmək fəaliyyətinə isə xx.xx.1984-cü ildən XRUM Mexanizasiya idarəsində traktorçu kimi başlamış və xx.xx.1985-ci ilə kimi həmin idarədə işləmişdir. xx.xx.1985-xx.xx.1987-ci illər arasında Bakı şəhəri Elektrik şəbəkədə elektrik montyoru kimi işləmişdir. xx.xx.1988-ci il tarixdə “Azərbaycan DRES"in elektrik sexi “Əməliyyat heyyətinə"’ İV qrup növbətçi elektrik vəzifəsinə qəbul edilmişdir. xx.xx.1988-ci il tarixdə həmin sexdə tutduğum İV qrup növbətçi elektrik mantyoru vəzifəsində müstəqil işə buraxılmışdır. xx.xx.1988-ci il tarixdə həmin sexdə tutduğu İV qrup növbətçi elektrik montyoru vəzifəsində V qrup verilmişdir. xx.xx.1989-cu il tarixdə həmin sexdə böyük növbətçi elektrik montyoru vəzifəsinə keçmişdir. xx.xx.1997-ci il tarixdən Elektrik sexinə növbə rəisi vəzifəsinə keçirilmişdir və hal-hazıradək həmin vəzifədə işləyir, iddia ərizə əlavə etdiyi işin xarakteri haqqında arayışda da qeyd edilmişdir ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1997-ci il tarixədək zərərli sahədə 8 saatlıq iş günü ərzində 3-4-cü sinif təhlükəli, sahə gərginliyi, səs-küy. titrəmə, havanın hərəkət surəti, iş yerində havanın tempraturu. əməyin ağırlığı, əsəb, emosional və intellektual gərginlik olması faktorları mövcud olan şəraitdə işləmişdir. İş şəraiti ağır və zərərli olduğuna görə aylıq məvacibinin 8% məbləğində əlavə əmək haqqı ödənilmiş, əmək məzuniyyətimə əlavə olaraq məzuniyyət günü əlavə edilmişdir. Bundan əlavə İstehsalat fəaliyyəti haqqında arayışa əsasən İddiaçı xx.xx.1997-ci ildə Elektrik sexində növbə rəisi vəzifəsinə keçmişdir. xx.xx.1997-ci ildən hal- hazıradək vəzifə borcunu tam iş günü ərzində enerji blokunda. Qazan-Turbin sexində. Mazut təsərrüfatında. 330-500 kv APQ sahəsində. Kimya sexində. Kənar obyektlərdə. Eleklroliz qurğusunda normal iş rejimini təmin elmək üçün ağır və zərərli iş şəraitində yerinə yetirmişdir. O. karbon qazı, səs-küy. titrəmə, əməyin ağırlığı, əsəb emosional intellektual gərginlik , ən yüksək tezlikli havanın tempraluru yüksək olan zərərli iş şəraitində işlədiyi üçün hər ay ona əmək haqqının 12%-i həcmində əlavə əmək haqqı ödənilmişdir. xx.xx.1988-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyim elektrik montyoru. xx.xx.1997-ci il tarixdən halhazıradək işlədiyim növbə rəisi vəzifələri güzəştli şərtlərlə mənə pensiya təyin edilməsinə əsas verir. İddiaçı güzəştli şənlərlə pensiya ləyin edilməsi üçün ərizə ilə cavabdeh DSMFnun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etdi. Cavabdeh orqan ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina etmişidir. Cavabdeh orqan məhkəyəmə təqdim olunmuş iddia tələbinə etirazı: İddiaçı iddia ərizəsində qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün qanunvericilikdə nəzərədə tutulan yaş həddinə (60 yaş) çatdığı və 30 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli iş stajı olduğu üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, İddiaçı daha öncə xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş və iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə- 301641/2023 nömrəli cavab məktub ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsasları kimi iddiaçının güzəştli iş stajının 9 il 1 ay 11 gün olmaqla, tələb olunan müddətdən (12 il 6 ay ) az olduğu üçün ona yaşa görə əmək pensiyası təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan narazı qalan iddiaçı Ç.X2 Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılırss). Qeyd etmək istəyirik ki, iddiaçı xx.xx.2023-cü il tarixdə 60 yaşına çatmışdır. İddiaçı tərəfindən Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara (Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 07-168 nömrəli arayışı) əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (9 il 1 ay 11 gün (xx.xx.1988xx.xx.1997-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Göründüyü kimi, İddiaçı cavabdehə təqdim etdiyi arayışa əsasən güzəştli iş stajı 9 il 1 ay 11 gün olmaqla qanunvericilikdə nəzərdə tutulan müddətdən azdır. Həmçinin, qeyd edirik ki, iddiaçı tərəfindən cavabdehə güzəştli iş stajını təsdiq edəcək əlavə sənədlər təqdim edilməmiş, təqdim edilmiş sənədlərə cavabdeh tərəfindən münasibət bildirilmişdir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli sığorta stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hügugu yaranmır. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsinə və iş materiallarına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu;
2. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür.
3. İddiaçıya məxsus ИТ seriyalı ******* nömrəli Əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, iddiaçının ümumi iş stajı 25 ildən çoxdur. İddiaçı xx.xx.1984-cü ildə əmək fəaliyyətinə başlamış, 2024-cü ilədək müxtəlif müəssisələrdə işləmişdir.Onun əmək fəaliyyəti aşağıdakı kimidir: xx.xx.1984-ci ildən xx.xx.1985-ci ilədək XRUM Mexanizasiya idarəsində traktorçu işləmişdir. xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək Bakı şəhəri Elektrik şəbəkədə elektrik montyoru vəzifəsində işləmişdir. xx.xx.1988-cı il tarixdən hazırkı tarixədək “Azərbaycan DRES"in elektrik sexi “Əməliyyat heyyətində" müxtəlif vəzifələrdə işləmişdir.
4. İddiaçıya məxsus KT-027046 nömrəli diplomun təsdiq olunmuş surəti;
5. İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli Hərbi biletin təsdiqlənmiş surəti;
6. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 07-166 nömrəli işin xarakteri haqqında arayış;
7. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 07-167 nömrəli istehsalat fəaliyyəti haqqında arayış
8. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışı.
9. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışı.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. X3 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığortastajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 29-cu maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:
1. iddiaçı 60 yaşına çatmalıdır.
2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumi iş stajı 25 ildən çoxdur. Cavabdeh tərəfindən bu hal mübahisələndilməmişdir. Lakin,cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd olunan əmək fəaliyyəti üzrə çalışdığı peşələrdən 9 il 1 ay 11 gün (xx.xx.1988-xx.xx.1997-ci il tarixləri arasındakı dövr) güzəştli iş stajına daxil edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.1997-ci ildən “Azərbaycan DRES”də (indiki "xxxx" MMC) elektrik sexində növbə rəisi vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Siyahısının 24-cü Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin b-yarımbölməsində elektrik sexlərinin növbə rəisləri elektrik stansiyalarının növbə rəisləri vəzifəsi nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2023-cü ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1963-cü ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “İnzibatiicraathaqqında”AzərbaycanRespublikasıQanununun19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. "Dövlət rüsumu haqqında" Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə,
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 31 oktyabr 2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə