Məhkəmə qərarları › İş №2-1(116)-1472/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1472/2025

24.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1472/2025 24.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, iddiaçının vəkili Nümayəndə , cavabdehin nümayəndəsi X22 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində ona məxsus fərdi yaşayış evinin yerləşdiyi JN 1444 nömrəli, KOD 40107018 olan "Torpağa Mülkiyyət Hüququna Dair" Dövlət Aktının 1444 planşet nömrəsində göstərilən sahəsi 1049.77 kvm torpaq sahəsinə hüquqmüəyyənedici sənədində torpaq sahəsinin kateqoriyasında (məqsədli təyinatında) düzəliş edilərək, yaşayış məntəqələrinin torpaqlarına aid həyətyanı torpaq sahəsi kimi göstərilməklə 0.07 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-1472/2025 nömrəli qərardadı ilə X16, X23, X24 və X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, “İddiaçı ünvan 1i ünvanında qeydiyyatda olmaqla orada yaşayır. 1982-ci ilin ünvan 1 H.Nəsibov adına kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabına əsasən ona 0.07 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində İddiaçı 1990-cı ildə bir mərtəbəli iki otaqlı fərdi yaşayış evi inşa etmişdir. Hal-hazırda həmin torpaq sahəsində yerləşən evdə ailə üzvləri ilə birlikdə yaşayır. Torpaq islahatı aparılarkən ona məxsus olan 0.07 ha həyətyanı torpaq sahəsinə hüquqmüəyyənedici sənədlər işlənilməmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 04 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə- X9, X17, Yusubov Hüseyn oğluna və X7 ünvan 1ində JN 1444 nömrəli, KOD 40107018 olan "Torpağa Mülkiyyət Hüququna Dair" Dövlət Aktına əsasən 0,80 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. JN 1444 nömrəli, KOD 40107018 olan "Torpağa Mülkiyyət Hüququna Dair " Dövlət Aktının 1444W planşet nömrəsində göstərilən 0.70 ha hissəsi çöl sahəsindən, 1444 planşet nömrəsində göstərilən sahəsi 1049.77 kvm olan hissəsi isə 1990-cı ildə inşa edilmiş bir mərtəbəli iki otaqlı fərdi yaşayış evinin yerləşdiyi 1982-ci ilin ünvan 1 H.Nəsibov adına kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabına əsasən ona verilmiş 0.07 ha torpaq sahəsinin cizgilərinin daxilinə işlənmişdir. Hazırda iddiaçı ünvan 1ində fərdi yaşayış evinin yerləşdiyi JN 1444 nömrəli, KOD 40107018 olan "Torpağa Mülkiyyət Hüququna Dair " Dövlət Aktının 1444 planşet nömrəsində göstərilən sahəsi 1049.77 kvm torpaq sahəsinə hüquqmüəyyənedici sənədində torpaq sahəsinin kateqoriyasında (məqsədli təyinatında) düzəliş edilərək, yaşayış məntəqələrinin torpaqlarına aid həyətyanı torpaq sahəsi kimi göstərilməklə 0.07 ha torpaq sahəsinə çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini istəyir. Buna görə də yuxarıda qeyd etdiklərimi nəzərə alaraq JN 1444 nömrəli, KOD 40107018 olan "Torpağa Mülkiyyət Hüququna Dair " Dövlət Aktının 1444 planşet nömrəsində göstərilən 1049.77 kvm torpaq sahəsinə dair hissədə qismən ləğv edilməsi və ya ünvan 1ində fərdi yaşayış evinin yerləşdiyi JN 1444 nömrəli, KOD 40107018 olan "Torpağa Mülkiyyət Hüququna Dair " Dövlət Aktının 1444 planşet nömrəsində göstərilən sahəsi 1049.77 kvm torpaq sahəsinə hüquqmüəyyənedici sənədində torpaq sahəsinin kateqoriyasında (məqsədli təyinatında) düzəliş edilərək, yaşayış məntəqələrinin torpaqlarına aid həyətyanı torpaq sahəsi kimi göstərilməklə 0.07 ha torpaq sahəsinə çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə köməklik göstərilməsi ilə bağlı cavabdehə müraciət edilmişdir. Cavabdeh müraciətə baxmış və idarənin 06 avqust 2024-cü il tarixli 3-21-3-47/2-Y-0007- 8/2024 saylı məktubu ilə cavablandırmışdır. Həmin məktubda qeyd edilmişdir ki, JN 1444 nömrəli, KOD 40107018 olan "Torpağa Mülkiyyət Hüququna Dair " Dövlət Aktının 1444 planşet nömrəsində göstərilən sahəsi 1049.77 kvm torpaq sahəsinə düzəliş edilməsi və ya torpaq sahəsinin kateqoriyasının (məqsədli təyinatının)dəyişdirilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X36 18 saylı Zaqatala ərazi idarəsinin səlahiyyətləri daxilində deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Odur ki,ərizədə göstərilən məsələnin həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniziməqsədəmüvafiq hesab edirik. İddiaçı, torpaq sahəsinə hüquqmüəyyənedici sənədində torpaq sahəsinin kateqoriyasında (məqsədli təyinatında) düzəliş edilərək, yaşayış məntəqələrinin torpaqlarına aid həyətyanı torpaq sahəsi kimi göstərilməklə 0.07 ha torpaq sahəsinə çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş edir. Hesab edirəm ki, iddia tələbi tam əsaslıdır. Belə ki,“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Dövlət Aktında torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) kənd təsərrüfatı təyinatlı torpaqlar kimi göstərilmişdir. Bu hal işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən məhkəməyə müraciət edilərək mübahisəli torpaq sahəsinin təyinatının hüquqmüəyyənedici sənədlərdə düzgün göstərilmədiyi bildirilmiş və müvafiq düzəlişin aparılması öhədliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. İddiaçının hüquqi marağı hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin kateqoriyasında (məqsədli təyinatında) düzəliş edilməsinə nail olmaqdan ibarətdir. Araşdırma zamanı da müəyyən edilmişdir ki, X14 uçot informasiya sistemində torpaq sahəsinin təyinatı yaşayış mənqələri torpaqlarına aid həyətyanı sahə kimi işlənilmişdir. Lakin cavabdeh tərəfindən sonuncu dürüstləşdirilmiş informasiya mənbəyinin özünün istifadəsində olan TEKUİS məlumat bazası olmasına baxmayaraq, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı zamanı köhnə məlumat bazasında mövcud olan məlumatlara istinad edilməklə hüquqmüəyyənedici sənədlər hazırlanmışdır. Bu isə onu deməyə əsas verir ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişinin hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsasların olmasına baxmayaraq cavabdeh tərəfindən belə düzəlişin aparılmasından əsassız olaraq imtina edilmişdir. Həmçinin o da qeyd edilməlidir ki, artıq üzərində mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinin mülkiyyətçisinin və ya digər hüquq sahibinin müraciəti əsasında hüquqmüəyyənedici sənədlərdə düzəliş edilərək torpaq sahəsinin təyinat və kateqoriyasının dövlət tərəfindən müəyyən edilmiş şəkildə göstərilməsi nəinki hərhansışəxsin, hətta ictimai və dövlət mənafelərinin pozulmasına gətirib çıxara bilməz. Oxşar inzibati münasibətləri tənzimləyən hüquqi mövqe Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-387/2024 saylı qərarında da göstərilmişdir. Qeyd olunanlara əsasən, hesab edirəm ki, iddiaçının tələbinin təmin olunmasını zəruriedən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur. Cavabdehin imtinası əsassız olmuş, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əlakı dölə reyestri haqqıda” Azəbaycan Respublikası Qanununun 23.1-ci maddəinəəasə qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüuqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrində verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibatiaktın qəbuledilməsi ilə bağlı olmayan (inzibatiaktın qəbuledilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Ona görə də, yuxarıda qeyd edilənləri və müvafiq qanunvericilik aktlarını nəzərə alaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X36 18 saylı Zaqatala əraziİdarəsinin üzərinə ünvan 1ində iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi JN 1444 nömrəli, KOD 40107018 olan "Torpağa Mülkiyyət Hüququna Dair " Dövlət Aktının 1444 planşet nömrəsində göstərilən sahəsi 1049.77 kvm torpaq sahəsinə hüquqmüəyyənedici sənədində torpaq sahəsinin kateqoriyasında (məqsədli təyinatında) düzəliş edilərək, yaşayış məntəqələrinin torpaqlarına aid həyətyanı torpaq sahəsi kimi göstərilməklə 0.07 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasınıməhkəmədən xahiş edirəm.”. Cavabdeh orqan iddiaya münasibətində bildirmişdir ki, “Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinə dair ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-1444 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin 1444 planşet nömrəsində göstərilən 0,1049 ha torpaq sahəsinə düzəliş edilməsi və ya torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X36 18 saylı Zaqatala Ərazi idarəsinin səlahiyyətləri daxilində olmaması səbəbi ilə onun ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2024-cü il tarixli, 3-21- 3-47/2-Y-0007-8/2024 (**********80) nömrəli məktub ünvanlanmışdır. Sərəncamın 1-ci bəndinin icrası ilə bağlı inzibati icraat materialların və JN-1444 saylı Dövlət Aktının, o cümlədən qonşu torpaq sahələrinə dair JN-966. JN-570, JN-505, JN-133 saylı “Dövlət Akt larının arxiv nüsxəsinin və qonşu torpaq sahələri üzərində hüquqların təkrar dövlət qeydiyyatı aparılaraq çıxarışla rəsmiləşdirilmişdirilməsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunur. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən qeydiyyat orqanı tərəfindən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasını müəyyən edilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3 maddəsinə əsasən “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini Plenumunun 28 mart 2017-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, qanunvericilik qaydadsında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. • Cavabdehin xx.xx.2024-ci il tarixli məktublardan görünür ki, iddiaçının tələbinin icrasından imtina olunmuşdur. • X39 Filialının xx.xx.2023-cü il tarixli arxiv arayışının surəti. • 744 İnvertar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu. • JN-1444 KOD 40107018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 04 saylı qərarı ilə 0,80 ha torpaq sahəsi verilmişdir. • Balakın Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, Dövlət Arxivində mühafizə olunan Balakən rayon Qullar kənd İcra Nümayəndəliyinin 1991-1995, 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında İddiaçı adı qeyd edilmişdir. • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş ünvan 1i üzrə həyətyanı torpaq sahələrinə dair subyektlərin siyahısında X6 adı qeyd edilmişdir. • Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0,81 ha torpaq sahəsi X2 mülkiyyətindədir. • A 496780 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, ünvan 1ində yerləşən 0,81 ha torpaq sahəsinin hüquqi subyekti X3r. • A 476553 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, ünvan 1ində yerləşən 0,81 ha torpaq sahəsinin hüquqi subyekti X3r. • AN ******* seriya nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X19, X20, X10 və X4 özlərinə məxsus mənzili X1. • Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0,81 ha torpaq sahəsi aramanova Sədaqət Şahruddin qızı və ailə üzvlərinin paylı mülkiyyətindədir. • JN-966 KOD 40107018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X18 və ailə üzvlərinin mülkiyyətinə Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə 0,84 ha torpaq sahəsi verilmişdir. • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-47/2-1520/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası

1. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir.

2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.

3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.

4. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.

5. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ

1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1. Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.\ “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı:

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3. X14 X25nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X14 X25ndə zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. X14 X25nə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin; 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və X14 X25nə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin; “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X14 X25nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydaları: 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Əsaslandırma hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıda qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə iddianı əsaslı hesab edir. Hazırkı iddia ərizəsinin ifadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı ünvan 1ində ona məxsus fərdi yaşayış evinin yerləşdiyi JN 1444 nömrəli, KOD 40107018 olan "Torpağa Mülkiyyət Hüququna Dair " Dövlət Aktının 1444 planşet nömrəsində göstərilən sahəsi 1049.77 kvm torpaq sahəsinə hüquqmüəyyənedici sənədində torpaq sahəsinin kateqoriyasında (məqsədli təyinatında) düzəliş edilərək, yaşayış məntəqələrinin torpaqlarına aid həyətyanı torpaq sahəsi kimi göstərilməklə 0.07 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh imtinasının əsası kimi tələb üzrə idarənin səlahiyyətsiz olmasına istinad etmişdir. İşin müəyyən edilən hallarına görə iddiaçıya 1982-ci ilin ünvan 1 H.Nəsibov adına kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabına əsasən 0.07 ha torpaq sahəsi verilmiş, lakin torpaq islahatı aparılarkən ona məxsus olan 0.07 ha həyətyanı torpaq sahəsinə hüquqmüəyyənedici sənədlər işlənilməmişdir. Bununla yanaşı Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 04 saylı qərarı ilə 0,80 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı JN-1444 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” iddiaçının adına ailə üzvləri ilə birlikdə tərtib olunmuşdur. JN 1444 nömrəli, KOD 40107018 olan "Torpağa Mülkiyyət Hüququna Dair" Dövlət Aktının 1444W planşet nömrəsində göstərilən 0.70 ha hissəsi çöl sahəsindən, 1444 planşet nömrəsində göstərilən sahəsi 1049.77 kvm olan hissəsi isə 1990-cı ildə inşa edilmiş bir mərtəbəli iki otaqlı fərdi yaşayış evinin yerləşdiyi 1982-ci ilin ünvan 1 H.Nəsibov adına kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabına əsasən ona verilmiş 0.07 ha torpaq sahəsinin cizgilərinin daxilinə işlənmişdir. Araşdırma zamanı o da müəyyən edilmişdir ki, X14 uçot informasiya sistemində torpaq sahəsinin təyinatı fərqli göstərilmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin dəlillərini əsaslı hesab etmir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçıya Balakən rayon Qullar kənd İcra Nümayəndəliyinin 1991-1995-ci illərə dair 25 saylı və 1996-2000-ci illərə dair 15 saylı təsərrüfat başına kitabının qeydiyyatına əsasən sənəddə təsərrüfatın xüsusi mülkiyyətində olan yaşayış evinin ümumi sahəsi 50 kv.m sahəsi, o cümlədən yaşayış 50 kv.m yaşayış sahəsi və xüsusi mülkiyyətində 0,07 ha həyətyanı torpaq sahəsinin, habelə Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 04 saylı qərarı ilə 0,80 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı hüquqmüəyyənedici sənədlərin mövcudluğu mübahisələndirilmir. İş üzrə əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, “iddia olunan 0.07 ha torpaq sahəsi DWG məlumatlarına əsasən X11 və ailə üzvlərinin adına JN 1444 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 1444 cizgisində göstərilən 0.10 ha kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisinin hüdudları daxilində, TEKUİS məlumat bazasına əsasən isə iddia olunan 0.07 ha torpaq sahəsi isə ünvan 1i ərazisində xüsusi mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid 0.1020 ha həyətyanı sahələr altında olan ərazinin hüdudları daxilində yerləşir. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyəti ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. JN-1444 saylı Dövlət Aktının 1444 planşetində qeyd edilmiş 1049.77 kv.m torpaq sahəsinin yeni elektron uçot xəritəsində mülkiyyətçisi və təyinatı TEKUİS-də necə müəyyən edilməsi ilə bağlı bildiririk ki, Azəbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən respublikanın mütəxəssisləri tərəfindən işlənilən “X14 X15” nin (TEKUİS) məlumat bazasının əsaslandırılması 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. İddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin yeni elektron uçot xəritələri tərtib edilərkən təyinatı necə müəyyən edilməsi ilə bağlı bildiririk ki, Azəbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən respublikanın mütəxəssisləri tərəfindən işlənilən “X14 X15” nin (TEKUİS) məlumat bazasının əsaslandırılması 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. İddia olunan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin texniki göstəriciləri mart 1992-ci il tarixli, 744 inventar nömrəli texniki pasportda göstərilən tikilinin texniki göstəricilərinə uyğundur. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyəti JN-1444 saylı Dövlət Aktının 1444 planşeti ilə müqayisələndirilməklə ərazinin izahlı ortofoto xəritəsindən çıxarış təqdim edilir..”. Göründüyü kimi mübahisəli torpaq sahəsi “X14 X25”nin (TEKUİS) habelə, torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsinin (DVJ) məlumatlarında torpağın kateqoriyasına, ölçüsünə, konfiqurasiyasında həmdə yerləşmə yerinə münasibətdə biri birinə zidd məlumatlar mövcuddur. Bununla bağlı məhkəmə qeyd edir ki, mövcud vəziyyətdə cavabdeh inzibati orqan “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının 2.5-ci bəndində müəyyən edilən hallar üzrə öz səlahiyyətləri çərçivəsində hərəkət etməli olduğu halda, iddiaçının müraciətindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmayan imtina vermişdir. Bu isə onu deməyə əsas verir ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişinin hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsasların olmasına baxmayaraq cavabdeh tərəfindən belə düzəlişin aparılmasından əsassız olaraq imtina edilmişdir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, artıq üzərində mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinin mülkiyyətçisinin və ya digər hüquq sahibinin müraciəti əsasında hüquqmüəyyənedici sənədlərdə düzəliş edilərək torpaq sahəsinin təyinat və kateqoriyasının dövlət tərəfindən müəyyən edilmiş şəkildə göstərilməsi nəinki hər-hansı şəxsin, hətta ictimai və dövlət mənafelərinin pozulmasına gətirib çıxara bilməz. İddiaçının mübahislə torpaq sahəsinə dair qüvvədə olan hüquqmüəyyəedici sənədlərinin mövcudluğu mübahisəsizdir. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Məhkəmə qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən, eləcə də hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Bununla yanaşı iş üzrə müəyyən edilir ki, iddiaçının iradəsindən asılı olmayaraq texniki səhv nəticəsində torpaqların elektron bazasının birində (DWG məlumatlarına əsasən) JN 1444 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 1444 cizgisində göstərilən 0.10 ha kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisinin hüdudları daxilində, digərində isə (TEKUİS məlumat bazasına əsasən) iddia olunan 0.07 ha torpaq sahəsinin ünvan 1i ərazisində xüsusi mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid 0.1020 ha həyətyanı sahələr altında olan ərazinin hüdudları daxilində yerləşməsi göstərilmişdir. Yuxarıda qeyd olunan normalrdan göründüyü kimi X14 X25nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaqlarda hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Odur ki, mövcud xəritələrdə (DVJ və TEKUİS) torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri, o cümlədən torpağın kateqoriyaları arasında mövcud olan uyğunsuzluqların mövcudluğu iddiaçının məsuliyyət sferasına aid edilə bilməz və bu əsasla o mülkiyyət hüquqlarının qeydə alınmasından məhrum edilə bilməz. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 oktyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır.....Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, “ünvan 1ində ona məxsus fərdi yaşayış evinin yerləşdiyi JN 1444 nömrəli, KOD 40107018 olan "Torpağa Mülkiyyət Hüququna Dair "Dövlət Aktının 1444 planşet nömrəsində göstərilən sahəsi 1049.77 kvm torpaq sahəsinə hüquqmüəyyənedici sənədində torpaq sahəsinin kateqoriyasında (torpaqların elektron informasiya sistemində məqsədli təyinatında) düzəliş edilərək, yaşayış məntəqələrinin torpaqlarına aid həyətyanı torpaq sahəsi kimi göstərilməklə 0.07 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi vəzifəsi cavabdehin üzərinə həvalə olunmalıdır. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

Qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X36 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə ünvan 1ində ona məxsus fərdi yaşayış evinin yerləşdiyi JN 1444 nömrəli, KOD 40107018 olan "Torpağa Mülkiyyət Hüququna Dair " Dövlət Aktının 1444 planşet nömrəsində göstərilən sahəsi 1049.77 kvm torpaq sahəsinə hüquqmüəyyənedici sənədində torpaq sahəsinin kateqoriyasında (torpaqların elektron informasiya sistemində məqsədli təyinatında) düzəliş edilərək, yaşayış məntəqələrinin torpaqlarına aid həyətyanı torpaq sahəsi kimi göstərilməklə 0.07 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar