Məhkəmə qərarları › İş №2-1(116)-1473/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1473/2025

12.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1473/2025 12.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsi ev 359 ünvanda yerləşən fərdi yaşayış evinə dair qeydiyyatın ləğv edilməsini, həmin ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinə dair adıına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışların və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsi ev 359 ünvanda yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinə dair adına hüquqlаrın dövlət qеydiyyаtı hаqqındа dаşınmаz əmlаkın dövlət rеyеstrindən çıхаrışın və tоrpаq sаhəsinin plаnı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümyaəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsi ev 359 ünvanda yerləşən fərdi yaşayış evinə dair qeydiyyatın ləğv edilməsini, həmin ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinə dair adıına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1 ünvanda yerləşən 107.4 m2 ümumi sahəsi, 83.9 m2 yaşayış sahəsi, 23.5 m2 yardımçı sahəsi olan 4 otaqlı fərdi yaşayış evini və həmn evin yerləşdiyi 0.07 ha həyətyanı torpaq sahəsini 09 mart 2024-cü il tarixdə bağladığım algı-satqı müqaviləsi əsasında almışdır. Həmin alğı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.07 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmış və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Aldığı fərdi yaşayış evi müasir tələblərə cavab vermədiyi üçün tərəfindən sökülmüşdür. Fərdi yaşayış evi söküldükdən sonra, tərəfindən cavabdeh inzibati orqana müraciət edilərək evə dair aparılmış qeydiyyat yazısının ləğv edilməsini və 0.07 ha torpaq sahəsinə dair yeni çıxarışın verilməsi xahiş olunmuşdur. Lakin cavabdeh inzibati orqan 0.07 ha torpaq sahəsi üzərində mülkiyyət hüqüqlarının qeydə alınmasından imtina etmişdir. Buna səbəb kimi torpaq sahəsinin faktiki sahəsinin 0.048 ha təşkil etməsi göstərilmişdir. Aşağıda göstərilən əsaslara görə cavabdeh inzibati orqanın imtinasını qanuni və əsaslı hesab etmir. İşin hallarından görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsini alarkən torpaq sahəsi naturada yerində olmüş və cavabdeh inzibati orqan algı-satqı müqaviləsi əsasında onun hüquqlarını qeydə almış və çıxarış vermişdir. Evi sökdükdən sonra qonşusu onun həmin ərazidə olmamağından sui-istifadə edərək, torpaq sahəsinin bir hissəsini heç bir əsas olmadan zəbt etmiş və mərz çəkmişdir. Bü əsasla mülkiyyətində olan 0.07 ha torpaq sahəsi faktiki olaraq naturada 0.048 ha qalmışdır. Belə olan halda, cavabdeh inzibati orqanın bu əsasla hüqüqümü qeydə almaqdan imtina etməsi qanüni və əsaslı deyildir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, İddiaçı iddia etiyi 0.07 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. İddiaçı iddia etiyi 0.07 ha torpaq sahəsinə dair sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğu müəyyən olmuşdur. Həmçinin faktiki torpaq sahəsi 0.48 ha olmaqla 0.022 ha azlıq təşkil edir. Torpaq sahəsinin 0.022 ha hissəsi başqa mülkiyyətçinin istifadəsindədir, mübahisə var.Torpaq sahəsinin azalmasına razılıq verilməmişdir.Qeyd olunan səbəblərdən də müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının tələbinin icrasından imtina edilmişdir.

2. Cavabdeh orqanın 15 may 2025-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlər;

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı “Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsi ev 359 ünvanda yerləşən fərdi yaşayış evinə dair qeydiyyatın ləğv edilməsini, həmin ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinə dair adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə Qəbələ şəhər ünvaında 0.07 ha torpaq sahəsində yerləşən 107.4kv fərdi yaşayış evini tam olaraq sökməsi və **********80-10301 reseytr nömrəli fərdi yaşayış evinin məhv edilməsini hüquqların dövlət qeydiyyatına alınması baradə müraciət etmişdir. Cavabdeh iddiaya münasibətində imtina dəlili iddia edilən 0.07 ha torpaq sahəsinə dair sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olması ilə bağlıdır.Həmçinin torpaq sahəsinin 0.022 ha hissəsinin başqa mülkiyyətçinin istifadəsində olması və mübahisə olduğu qeyd edilir. Yəni torpaq sahəsinin azalmasına razılıq verilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” nə əsasən X5, X6 və X1 şəhəri İ.B Qurtqaşınlı küçəsi, ev 359 ünvanında yerləşən ümumi sahəsi 107.4 kv.m, yaşayış sahəsi 83.9 kv.m, yardımçı sahəsi 23,5 kv/m olan 4 otaqlı fərdi yaşayış evini İddiaçı satmışdırlar. İddiaçının mülkiyyət hüququ qeydə alınaraq ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışla rəsmiləşdirilmişdir. İş materiallarında olan JN 074F kod 40601004 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Qəbələ Rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə 0,07 ha torpaq sahəsi X7, X8, X9, X10 və X4 verilmişdir. Həmçinin, digər tərəfdən həmin torpaq sahəsi üzərində həqiqətən X3 adına olan 1970-cı ildə inşa edilmiş divarları çay daşından, dam örtüyü ağac reyka üzərində metal kirəmit olan iki otaqlı fərdi yaşayış evinin (şəxsi mülkiyyət hüququ ilə evlərin Texniki inventanzasiya və qiymətləndirilməsinə aid Pasport inventar N-946) olduğu iş materiallarında olan AR Qəbələ Rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, Qəbələ Rayon İcra Hakimiyyətinin Qəbələ Şəhər İnzibati Ərazi Nümayəndəliyinin ərazi idarəsinə təqdim etdiyi xx.xx.2012-ci il tarixli arayışları ilə təsdiq edilir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-ci maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İddiaçı xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Qəbələ şəhəri İ.B Qurtqaşınlı küçəsi,ev 359 ünvanında yerləşən 0,07 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evini əldə etmişdir.İddiaçının həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair qeydiyyat aparılmışdır.Hazırda evin sökülmüş olması evə dair qeydiyyatın ləğv edilməsi üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsində qeyd edilir ki: 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəslləsinin 150-ci maddəsində qeyd edilir ki: 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. 150.2. İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. Məhkəmə işin hallarına əsasən hesab edir ki,iddiaçının əldə etmiş olduğu torpaq sahəsinə münasibətdə mülkiyyət hüququ qeydə alınmışdır. Hazırki mübahisə iddiaçının 0,07 ha torpaq sahəsi üzərində özünün mülkiyyətində olan fərdi yaşayış evini sökməsi və torpağa mülkiyyət hüququna dair yeni Çıxarışın hazırlanmasından ibarətdir.Torpaq sahəsinin müxtəlif səbəblərdən naturada azalmış olması gələcək mülki məhkəmə icraatı qaydasında mübahisənin predmeti ola bilər.Bunun əsasını isə iddiaçının həmin torpağa dair mülkiyyət hüququnu təsdiq edən Çıxarış təşkil edir. Məhkəmə yuxarıda qeyd olunan normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində 29 mart 2024-cü il tarixli qeydiyyat əsasında mülkiyyət hüququ qeydə alındığından,həmin qeydin ləğvinə dair hər hansı hal baş vermədiyindən cavabdehin imtinası əsaslı olmamışdır. Hazırda aparılmış reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan fərdi yaşayış evinin sökülməsi nəzərə alınmaqla həmin qeydiyyatın ləğvi həyata keçirilməli,torpaq sahəsinə münasibətdə 29 mart 2024-cü il tarixli qeydiyyat əsasında yeni çıxarış və plan ölçü sənədi tərtib edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsi ev 359 ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına aparılmış qeydiyyatın ləğv edilməsi, həmin ünvanda yerləşən 0,07 ha torpaq sahəsinə dair iddiaçıya dövlət reyestrindən yeni Çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar