Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1476/2024 01.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər X2, X3,X1 iddiaçının mülkiyyətində olan, Mingəçevir şəhərinin N.Gəncəvi küçəsində yerləşən 19/1 saylı evin 8 saylı mənzilindən qeydiyyatdan çıxarılmasını və bu barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “üçüncü şəxslər X2, X3,X1 iddiaçının mülkiyyətində olan, Mingəçevir şəhərinin N.Gəncəvi küçəsində yerləşən 19/1 saylı evin 8 saylı mənzilindən qeydiyyatdan çıxarılmasını və bu barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, təqdim olunan iddia ərizəsində İddiaçı imzası ilə ona məxsus şəxsiyyət vəsiqəsində əsk olunan imza arasında vizual fərq olduğundan iddiaçıya xx.xx.2024-cü il tarixli yardım məktubu göndərilmişdir. Məhkəmənin iddia ərizəsinin onun tərəfindən imzalanmamasına dair əsaslı şübhə yarandığı iddiaçının diqqətinə çatdırılmış və imzalanmış iddia ərizəsinin məhkəməyə təqdim olunması təklif edilmişdir. Əks tədqirdə iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə iddiaçıya xəbərdarlıq edilmişdir. Yardım məktubu iddiaçının ailə üzvləri tərəfindən qəbul edilsə də yeni iddia ərizəsi məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, iddiaçı isə xx.xx.2024-cü il tarixdə ölkə sərhədini tərk etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları və iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 46-cı maddəsinin tələbləri imperativ xarakter daşıyır və verilmiş ərizələrdə mütləq göstərilməlidir. Buna görə də iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımi qaydada qaldırılması da aiddir (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarı - bənd 16). Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin forma və məzmununa dair qanunvericiliyin tələblərinə əməl etmədiyindən və bununla bağlı iddiaçıya məhkəmə tərəfindən edilmiş müraciət nəticəsiz qaldığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması eyni iddia tələbi eyni cavabdehə qarşı yenidən iddia irəli sürmək hüququnu istisna etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1,16, 35.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər X2, X3,X1 iddiaçının mülkiyyətində olan, Mingəçevir şəhərinin N.Gəncəvi küçəsində yerləşən 19/1 saylı evin 8 saylı mənzilindən qeydiyyatdan çıxarılmasını və bu barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-1476/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1476/2024
01.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver