Məhkəmə qərarları › İş №2-1(116)-148/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-148/2020

05.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-148/2020 05.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən barəsində verilmiş 20.02.2018-ci il tarixli, 29 nömrəli və 12.04.2019-cu il tarixli, 63 nömrəli əmrlərin ləğv edilməsi, Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən dəymiş 2.000.000 manat məbləğində maddi ziyanın həmin orqan tərəfindən ödənilməsi, rayon (şəhər) prokurorluqlarının birində müvafiq vəzifəyə keçirilməyi barədə qərar qəbul edilməsi və Respublika Hərbi Prokurorluğu orqanlarında stajor kimi xidmət etdiyi altı ay, həmçinin bir il sınaq müddəti hərbi qulluqçu kimi xidmət illərinə hesablanması” tələbinə dair iddia ərizəsi və ona əlavə ediliş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən barəsində verilmiş 20.02.2018-ci il tarixli, 29 nömrəli və 12.04.2019-cu il tarixli, 63 nömrəli əmrlərin ləğv edilməsi, Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən dəymiş 2.000.000 manat məbləğində maddi ziyanın həmin orqan tərəfindən ödənilməsi, rayon (şəhər) prokrorluqlarının birində müvafiq vəzifəsinə keçirilməyi barədə qərar qəbul edilməsi və Respublika Hərbi Prokurorluğu orqanlarında stajor kimi xidmət etdiyi altı ay, həmçinin bir il sınaq müddəti hərbi qulluqçu kimi xidmət illərinə hesablanması” barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli Qərarı). İddiaçı hazırki müraciətinə mahiyyəti üzrə baxılmasının mümkün olmaması, iddiasının mümkünlüyü məsələsinin müzakirə edilməsi və onun dinlənilməsinin zərurəti yaranması, iddiası üzrə iddianın mümkünlüyü məsələsinə baxılması və onun dinlənilməsi üzrə məhkəmə iclasları (04 dekabr 2019-cu il tarixə, saat 12-30-a, 17 yanvar 2020-ci il tarixə saat 12:30-a, 17 fevral 2020-ci il saat 11:00-a) təyin edilməsi lakin qeyd olunan iclasların heç birinə gəlməməsi barədə 26.02.2020-ci il tarixdə məktub ünvanlanmış və həmin məktub 11.03.2020-ci il tarixdə qəbul edilmişdir. Məhkəmənin 26.02.2020-ci il tarixli məktubunda həmçinin iddiaçıya izah olunmuşdur ki, tələbinin “Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən barəsində verilmiş 20.02.2018-ci il tarixli 29 nömrəli və 12.04.2019-cu il tarixli 63 nömrəli əmrlərin ləğv edilməsi” hissəsinə münasibətdə ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Tələbinin “Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən dəymiş 2.000.000 manat məbləğində maddi ziyanın həmin orqan tərəfindən ödənilməsi” hissəsinə münasibətdə inzibati məhkəmə icraatı qaydasında baxılan iddia tələblərinin xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdi ki, iddiaçı məhkəməyə müraciət etməzdən öncə analoji tələblə ilk öncə cavabdehə müraciət etsin. Sonuncu iddiaçının müraciətinin təmin edilməsindən imtina etdiyi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmadığı təqdirdə iddiaçı məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. İş materiallarının araşdırılması zamanı analoji tələblərlə iddiaçının cavabdehlərə müraciətini əks etdirən sübutların mövcud olmadığı müəyyən edilmişdir. Tələbinin “rayon (şəhər) prokurorluqlarının birində müvafiq vəzifəsiyə keçirilməyiniz barədə qərar qəbul edilməsi” hissəsinə münasibətdə inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. İnzibati orqanın əməkdaşlarının hərəkət və ya hərəkətsizliyindən əmələ gələn iddialar üzrə cavabdehliyi inzibati orqan daşıyır və tələb də həmin inzibati orqana qarşı yönəlməlidir. İddiaçı cavabdehdən ona aid olmayan məsələnin həllini tələb edir. Tələbinin “Respublika Hərbi Prokurorluğu orqanlarında stajor kimi xidmət etdiyi altı ay, həmçinin bir il sınaq müddəti hərbi qulluqçu kimi xidmət illərinə hesablanması” hissəsinə münasibətdə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Göstərilən çatışmazlıqların aradan qaldırılması və qeyd olunanlara münasibət bildirilməsi üçün 10 (on ) gün müddət təyin edilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən müəyyən olunmuş müddət bitdikdən sonra məhkəmə tərəfindən iddiasının mümkünlüyü məsələsinə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən şifahi məhkəmə iclası keçirilmədən hüquqi qiymət veriləcəyi barədə iddiaçıya xəbərdarlıq olunmuşdur. Lakin qeyd olunan nöqsanlar aradan qaldırılmamış, məktuba münasibət bildirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35.1 və 35.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən barəsində verilmiş 20.02.2018-ci il tarixli, 29 nömrəli və 12.04.2019-cu il tarixli, 63 nömrəli əmrlərin ləğv edilməsi, Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən dəymiş 2.000.000 manat məbləğində maddi ziyanın həmin orqan tərəfindən ödənilməsi, rayon (şəhər) prokurorluqlarının birində müvafiq vəzifəsinə keçirilməyi barədə qərar qəbul edilməsi və Respublika Hərbi Prokurorluğu orqanlarında stajor kimi xidmət etdiyi altı ay, həmçinin bir il sınaq müddəti hərbi qulluqçu kimi xidmət illərinə hesablanması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2giyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar