Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-148/2025 16.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X16 qızının katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN-2334F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adı qeyd edilən X2 adı nəzərə alınmadan Qəbələ şəhəri H.Əliyev pr. 37 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair yeni nümunəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin tərtib etdiyi JN-2334F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adı qeyd edilən X2 adının mülkiyyətçilər sırasından çıxarılmaqla Qəbələ şəhəri H.Əliyev pr. 37 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-896/2024 nömrəli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İddiaçılar, məhkəmə iclasında tələbini dəqiqləşdirərək “JN-2334F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adı qeyd edilən X2 adı nəzərə alınmadan Qəbələ şəhəri H.Əliyev pr. 37 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair yeni nümunəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin tərtib etdiyi JN-2334F saylı (kod ********) Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən Qəbələ şəhəri H.Əliyev prospekti З7 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair 26 fevral 2001-ci il tarixli JN-2334 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə təqdim edilmişdir. Ailəsinin istifadəsində olan torpaq sahəsinə Şəhadətnamə hazırlanan zaman ailə üzvləri İddiaçı1 və X6 ibarət olmuşdur. Lakin Şəhadətnamədə buraxılmış texniki səhv üzündən hər birinin payının ayrılaraq verilməsi və payları üzərində müstəqil olaraq mülkiyyət hüquqlarının həyata keçirilməsi mümkün olmamışdır. Belə ki, X7 adlı şəxsin adı JN-2334F saylı Şəhadətnamədə yalnışlıqla mülkiyyətçilər sırasına yazılmışdır. Qəbələ şəhəri İnzibati Ərazi Nümayəndəiiyinin təqdim etdiyi 22.10 2023-cü il tarixli, 2243 saylı arayışındandan da aydın olur ki, ona və ailə üzvünə məxsus JN-2334F nömrəli Şəhadətnamədə göstərilən 0.06 ha torpaq sahəsində 1989-cü ildə fərdi yaşayış evi inşa etmişdir və 1991-ci ildən ailə üzvü ilə birgə həmin evdə yaşayır. Həmçinin sözü gedən JN- 2334F nömrəli Şəhadətnamədə yalnışlıqla mülkiyyətçilər sırasında adı qeyd edilən X7 adlı şəxs Qəbələ şəhəri ərazisində qeydiyyatda yoxdur və həmin ünvanda yaşamır. Ona görədə JN-2334F saylı Şəhadətnamədə yalnışlıqla mülkiyyətçilər sırasında adı qeyd edilən X2 adının mülkiyyətçilər sırasından çıxarılmaqla 0.06 ha torpaq sahəsinin Daşınmaz Əmlakın Döviət Reyestrində qeydə alınması barədə ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan 18 oktyabr 2023-cü il 3-21-3-42/2-S.0068- 35/2023 saylı cavab məktubu ilə ərizə təmin edilməmiş və tövsiyyə edilmişdir ki, məhkəməyə müraciət etsin. Hesab edir ki, “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri” X12 9 saylı Qəbələ Ərazi İdarəsinin bu cavabı əsassız və qanunsuzdur. İnzibati orqan olan “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri” X12 9 saylı Qəbələ Ərazi İdarəsinin bu cavabı onların qanunla qorunan hüquq və mənafelərini pozur. Belə ki, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin hüquqi varisi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 9 saylı Qəbələ Ərazi İdarəsidir. Buna görə də cavabdeh orqan JN-2334F saylı Şəhadətnamədə buraxılmış texniki səhvi aradan qaldıraraq 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alaraq müvafiq Çıxarış və plan ölçü sənədlərini təqdim etməli idi. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, JN-23341- saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə mülkiyyətçilər siyahısında adı qeyd olunan X7 adının mülkiyyətçilər sııasından çıxarılması Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri” X18 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəblərə görə müraciətinin icrası mümkün olmamışdır. Üçüncü şəxs iddia tələbinə münasibətini aşağıdaki kimi əsaslandırmışdır: - iddia ərizəsində iddiaçı X2 adının yuxarıda göstərilən sənəddə texniki səhv kimi yazılmasını göstərmişdir. Lakin bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Bildirir ki, inzibati məhkəmə icraatı zamanı məhkəmələr tərəfindən ilk olaraq iddianın mümkünlük şərtləri iddiaya mahiyyət üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlük şərtləri həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavadehin imtinasının olub-olmaması, iddia müddətlərinə riayət edib-etməməsi yoxlanılmalıdır. İddia tələbinə qarşı etirazda cavabdeh tərəfindən birmənalı olaraq yuxarıda göstərilən tələbə uyğun yəni cavabdeh orqanın olmadığı qeyd edilmişdir. Bundan başqa qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilınəsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə onlar yeni qanuna görə də mübahisələndirilə bilməz.Belə ki.İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilınəsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçı hazırda mübahisələndirdiyi şəhadətnamə ilə bağlı müvafiq iddia tələbi ilə məlıkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulan hüquqi imkanı itirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubu, Qəbələ Rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu, JN- 2334F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli iclas protokolunun çıxarışı, cavabdehin xx.xx.2024-cü il tarixli məktuba əlavə olunmuş mütəxəssis rəyi, Azərbaycan Respublikası Dövlət Arxivinin Qəbələ filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş təsərrüfatbaşına kitabdan çıxarış. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3)sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.
2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. Torpaq islahatı aparılan zamanı qüvvədə olmuş, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilən “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) haqqında” Əsasnamə: ...
2. Yerli aqrar islahatı komissiyası dövlət yerquruluşu xidməti ilə birlikdə təsərrüfatın ərazisində dövlət mülkiyyətində saxlanılacaq, bələdiyyə mülkiyyətinə veriləcək və özəlləşdiriləcək torpaqları yer üzərində (naturada) müəyyənləşdirir.
3. Yerli aqrar islahatı komissiyası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin orqanları ilə birlikdə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən edir.
4. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir.
5. Bu Əsasnamənin 2-ci və 3-cü bəndlərində göstərilən işlər başa çatdırıldıqdan sonra qanunvericiliyə müvafiq təsdiq edilmiş kompleks yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları yer üzərində (naturada) torpaq sahələrini ayırır, püşkatma yolu ilə vətəndaşlar arasında müəyyənləşdirir və torpağa mülkiyyət və istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlayır və vətəndaşlara verir. Bu sənədlər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirilir və vətəndaşlara təqdim olunur. Yuxarıda qeyd olunmuş normaların məzmunundan göründüyü kimi, yerli aqrar islahatı komissiyası dövlət yerquruluşu xidməti ilə birlikdə ilk öncə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən etmişdir. Məhz həmin siyahı tərtib edildikdən sonra, kompleks yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları yer üzərində (naturada) torpaq sahələrinin ayrılmasını, torpağa mülkiyyət və istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlanmasını həyata keçirmiş, hazırlanmış sənədləri vətəndaşlara təqdim etmişlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbinə görə JN-010C saylı şəhadətnamə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəddir və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin istinad olunan Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı JN-2334F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə adı qeyd edilən X2 adı nəzərə alınmadan Qəbələ şəhəri H.Əliyev pr. 37 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair yeni nümunəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın əldə edilməsinə nail olmaqdır. İddiaçı, X2 adının texniki səhv nəticəsində sözügedən Şəhadətnamədə qeyd edilməsini bildirir. Həmin şəxs İddiaçı1 əmisi oğludur. Məhkəmə tərəfindən JN-2334F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin verilməsinə əsas olmuş ilkin sənədlər tədqiq edilmiş və müəyyən edilmişdir ki, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 3 saylı qərarı ilə Qəbələ şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair subyektlər siyahısında X8, X9 və X3 adları qeyd edilmişdir. Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 3 saylı qərarı və həmin qərarla təsdiq edilmiş subyektlər siyahısı əsasında JN-2334F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. İddiaçı JN-2234F saylı torpağın mülkiyyətə verilməsinə dair X1 adının mülkiyyətçilər sırasına yalnışlıqla qeyd edildiyini, həmin şəxsin Qəbələ şəhəri ərazisində qeydiyyatda olmadığını və həmin ünvanda yaşamadığını qeyd edərək, ümumiyyətlə belə şəxsin real olaraq mövcud olmaması təəsüratı yaratmağa çalışsa da, məhkəmə araşdırması nəticəsində X2 aqrar islahat aparılan zaman torpaq sahəsi ayrılmış subyektlərdən biri olması müəyyən edilmişdir. Göründüyü kimi X3 adının sözügedən Şəhadətnaməyə daxil edilməsi hər hansı texniki səhv nəticəsində deyil, rayon aqrar islahat komissiyasının qərarı ilə ona müvafiq torpaq sahəsinin ayrılması ilə bağlı olmuşdur. Odur ki, o, hazırkı iddiaçılarla bərabər sözügedən torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən biridir və onun adının həmin Şəhadətnamədə qeyd edilməsi texniki səhv olaraq qiymətləndirilə bilməz. Buna görə də, məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsinə münasibətdə ümumi birgə mülkiyyətçilərdən biri olan üçüncü şəxsin adı nəzərə alınmadan həmin torpaq sahəsinə iddiaçıların adına hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışın verilməsindən imtina etməkdə cavabdeh orqan haqlı olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN-2334F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adı qeyd edilən X2 adı nəzərə alınmadan Qəbələ şəhəri H.Əliyev pr. 37 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair yeni nümunəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.