Məhkəmə qərarları › İş №2-1(116)-1480/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1480/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1480/2022 05.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh İsmayıllı Rayon Polis Şöbəsinə qarşı “silah əldə etməsi üçün xüsusi icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona silah əldə etməsi üçün xüsusi icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının atası X2 1948-ci ildə anadan olmaqla artıq 73 yaşındadır. Onun mülkiyyətində özünə məxsus və xüsusi icazə ilə İJ-58 markalı 16 çaplı qoşalülə 16204 nömrəli ov tüfəngi vardır. Atası artıq yaşlandığı üçün özünə məxsus olan qeyd edilən ov tüfəngini iddiaçıya vermək istəyir. İddiaçı atası ilə bir təsərrüfatda olmaqla, onunla bir evdə yaşayır. Bunun üçün lazım olan bütün sənədləri toplayaraq xüsusi icazənin verilməsi və atasına məxsus olan ov tüfəngini onun adına rəsmiləşdirilməsi üçün İsmayıllı Rayon Polis Şöbəsinə müraciət eləmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə imtina cavabı ilə “Azərbaycan Respublikası daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimatın” təsdiq edilməsi haqqında xx.xx.2012-ci il tarixli Q21-001-12 saylı Qərarın 6.45.3-cü bəndinə əsasən, iddiaçı ağır cinayətə görə məhkum olunmasına görə xüsusi icazənin verilməsindən imtina etmişdir. İddiaçı cavabdeh təşkilatın bu imtinasını əsassız və qanunsuz sayır. Cavabdeh xx.xx.2022-ci il tarixli 169-9122İ-3222 nömrəli imtina məktubunda bildirmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixdə İsmayıllı Rayon Polis Şöbəsinə etdiyi müraciət əsasında araşdırma aparılmış və araşdırma zamanı müəyyən edilmişdir ki, eyni məzmunlu müraciəti üzrə iddiaçıya xx.xx.2021-ci il tarixdə 169-49239-3221 nömrəli məktub ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”ın təsdiq edilməsi haqqında” Q21-001-12 saylı Qərarının 6.45.3-cü bəndinə (ağır cinayətlərə, habelə silah və sursatdan, partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunduqda) əsasən vətəndaşın ağır cinayətlərə görə məhkum olunması əsası ilə ona xüsusi icazənin verilməsindən imtina olunması barədə rəsmi cavab verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddia ərizəsinə uyğun izahat verərək məhkumluğunun artıq ödənildiyini bildirmiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinaya uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Hacıəhmətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 259 nömrəli arayışa əsasən iddiaçı həqiqətən İsmayıllı rayonu Hacləhmətli kənd sakinidir. Şəki penitensiar müəssisəsinin xx.xx.2014-cü il tarixli xx/xx-5428-İ-10 nömrəli arayışın surətində qeyd edilmişdir ki, həqiqətən də xx.xx.2013-cü il tarixdə həbs edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-nin 220.1, 315.2, 66.3 maddələrinə əsasən 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə cəzası 3 ilə endirilmiş məhkum İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Şəki penitensiar müəssisəsində cəza çəkmiş və Azərbaycan Respublikası Prezidentinin 972 saylı xx.xx.2014-cü il tarixli Əfv Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən xx.xx.2014-cü il tarixdə Şəki penitensiar müəssisəsindən həbsdən azad edilmişdir. İddiaçının xx.xx.2019-cu il tarixli müraciətinə cavab olaraq cavabdehin xx.xx.2019cu il tarixli imtinasında bildirilmişdir ki, iddiaçının adına ov silahının sənədləşdirilməsi ilə bağlı ünvanladığı müraciət əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, o, əvvəllər ağır cinayətə dair məsuliyyətə cəlb olunmuşdur. Bu səbəbdən adına silah sənədləşdirilməsi müvafiq əmrin tələblərinə zidd olduğu üçün mümkün deyildir. Cavabdehin nümayəndəsi tərəfindən iddiaçının xx.xx.2019-cu il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müraciətlərinin surətləri məhkəməyə təqdim edilmiş iş materiallarına əlavə olunmuşdur. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin: 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 1.3-cü bəndinə görə, Nazirlik ona həvalə edilmiş vəzifələri bilavasitə və tabeliyində olan orqanlar vasitəsi ilə həyata keçirir 2.1-ci bəndinə əsasən, Nazirlik öz işini insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik, habelə təkbaşçılıq prinsiplərinin uzlaşdırılması əsasında qurur və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində aşağıdakı funksiyaları həyata keçirir: 2.1.1. ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması işinin təşkili; 2.1.2. cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması, cinayətlərin açılması işinin və istintaqın təşkili; 2.1.3. yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi işinin təşkili; 2.1.5. daxili qoşunların fəaliyyətinin təşkili. 4.1-ci bəndinə görə, Nazirlik öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir: ...4.1.12. xidməti və mülki silahın dövriyyəsinə və döyüş sursatının saxlanılması qaydalarına riayət olunmasına nəzarət etmək; ... Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2012-ci il tarixli Q21-001-12 qeydiyyat nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”a əsasən: 6.1. Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. 6.2. Mülki silah əldə etmək istəyən vətəndaş ərazi polis orqanına və ya BİTİ-yə müraciət edir. 6.45. Aşağıdakı hallarda vətəndaşlara mülki silahın əldə olunmasına xüsusi icazə verilməsindən imtina edilir: 6.45.1. Mülkiyyətində yeddi ədəddən çox (kolleksiya istisna olmaqla) odlu ov və ya idman silahı olduqda; 6.45.2. Spirtli içkilərə, narkotik vasitələrə və ya psixotrop maddələrə aludə olması, ruhi xəstəliyi, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq tibb müəssisəsinin rəyi olduqda; 6.45.3. Ağır cinayətlərə, habelə silah və sursatdan, partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunduqda; 6.45.4. Ov, balıq və digər su bioresurslarının ovu, eləcə də odlu silahın və ya döyüş sursatının əldə edilməsi, saxlanılması, tətbiqi qaydalarının və ictimai qaydanın pozulmasına, habelə odlu silahdan və ya döyüş sursatından istifadə etməklə törədilmiş digər hüquqpozmalara görə barəsində inzibati tənbeh tədbirləri tətbiq edildikdə (tətbiq olunduğu vaxtdan 1 il ötənədək); 6.45.5. Polis orqanlarında profilaktik və əməliyyat uçotunda olduqda; 6.45.6. Fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıldıqda; 6.45.7. Bu Təlimatın 6.45.2 - 6.45.5-ci yarımbəndlərində qeyd olunan şəxslə bir mənzildə yaşadıqda; 6.45.8. Praktiki yoxlama zamanı silahla davranma qaydalarını bilməməsi müəyyən olunduqda. Normaların tələbindən də göründüyü kimi, ağır cinayətlərə, habelə silah və sursatdan, partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunduqda vətəndaşlara mülki silah əldə olunmasına xüsusi icazənin verilməsindən imtina edilməsi Təlimatda imperativ norma kimi nəzərdə tutulmuşdur. Belə ki, normativ akt xüsusi icazənin verilməsindən imtinanı məhkuluq müddəti ilə məhdudlaşdırmamış, şəxsin ümumiyyətlə ağır cinayə törətməyə görə məhkum edilməsini, hətta 6.45.7-ci yarımbəndlə isə vətəndaşların belə şəxslərlə bir mənzildə yaşamasını xüsusi icazənin verilməsindən imtina əsası kimi müəyyən etmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh İsmayıllı Rayon Polis Şöbəsinə qarşı “ona silah əldə etməsi üçün xüsusi icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar