Məhkəmə qərarları › İş №2-1(116)-1484/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1484/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1484/2022 30.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Ağsu rayonunun Kalva kəndində fərdi həyət evinə dair, ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Çıxarışın fərdi yaşayış evinin bir hissəsinə münasibətdə qismən ləğv edilməsi, ******* nömrəli Çıxarışın qismən etibarsız hesab edilməsi və bu tələbə uyğun olaraq, Ağsu rayonunun Kalva kəndində 0,10 ha torpaq üzərində 1970-ci ilin əvvəlində, torpaq sahəsinin yola bitişik hissəsində və torpaq sahəsinin tam ortasında, 16x10,5 metr ölçülərində inşa edilmiş iki hissədən ibarət kürsülü evin, küçə istiqamətdən sağ yarısına və 60 kv.m yaxın həyətyanı torpaq sahəsinə dair özünün adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Ağsu rayonunun Kalva kəndində fərdi həyət evinə dair, cavabdeh - Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən qardaşı - X2 adına, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 oktyabr 2015-ci il tarixində verilmiş ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Çıxarışın fərdi yaşayış evinin bir hissəsinə münasibətdə qismən ləğv edilməsinə, sonradan vərəsəlik qaydasında iddiaçı Ə.Səfərovanın adına, xx.xx.2016 tarixində, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli Çıxarışın qismən etibarsız hesab edilməsinə və bu tələbə uyğun olaraq, Ağsu rayonunun Kalva kəndində 0,10 ha torpaq üzərində 1970-ci ilin əvvəlində, torpaq sahəsinin yola bitişik hissəsində və torpaq sahəsinin tam ortasında, 16x10,5 metr ölçülərində inşa edilmiş iki hissədən ibarət kürsülü evin, küçə istiqamətdən sağ yarısına və 60 kv.m yaxın həyətyanı torpaq sahəsinə dair özünün adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 14 saylı Şamaxı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1484/2022 nömrəli qərardadı ilə, X8, Rəşidova (Səfərova) Sevil Ağaşirin qızı və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişlər. İddiaçı, məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasında izahat verərək iddia tələbi ilə razılaşmadığını bildirdi və məhkəmədən qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. İşdə olan 150 inventar nömrəli, sentyabr 1988-ci il tarixli texniki pasportdan görünür ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi üzrə hüquq subyekti X6 qeyd edilmişdir. İşdə olan Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində, 0.10 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İşdə olan xx.xx.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, xx.xx.2001-ci il tarixdə ölmüş X2 vərəsələri X7, X9 və X1 bərabər hissələrdə pay almalı olduqları, miras əmlakın ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.10 ha torpaq sahəsindən X3 çatan hissədən və ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evindən ibarət olması qeyd edilmişdir. İşdə olan Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində, 0.10 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X9, X7 və X1 bərabər hissəli payları olmaqla mülkiyyət mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İşdə olan JN-072F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Ağsu RAİK-nın xx.xx.1998-ci il tarixli 07 saylı qərarı ilə X3 4 nəfər ailə üzvü ilə birlikdə 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının tələbləri aşağıdakılardan ibarətdir:  Ağsu rayonunun Kalva kəndində fərdi həyət evinə dair, X2 adına, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 oktyabr 2015-ci il tarixində verilmiş ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Çıxarışın fərdi yaşayış evinin bir hissəsinə münasibətdə qismən ləğv edilməsi,  Ə.Səfərovanın adına, xx.xx.2016 tarixində, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli Çıxarışın qismən etibarsız hesab edilməsi,  Ağsu rayonunun Kalva kəndində 0,10 ha torpaq üzərində 1970-ci ilin əvvəlində, torpaq sahəsinin yola bitişik hissəsində və torpaq sahəsinin tam ortasında, 16x10,5 metr ölçülərində inşa edilmiş iki hissədən ibarət kürsülü evin, küçə istiqamətdən sağ yarısına özünün adına dövlət reyestrindən çıxarışın verilməsi  60 kv.m yaxın həyətyanı torpaq sahəsinə dair özünün adına dövlət reyestrindən çıxarışın verilməsi.

1. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən qismən ləğvi tələb edilən 06 oktyabr 2015-ci il tarixində verilmiş ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Çıxarışda fərdi yaşayış evinə münasibətdə qeydiyyatın aparılmasına əsas 150 inventar nömrəli, sentyabr 1988-ci il tarixli texniki pasport olmuşdur. Odur ki, həmin çıxarışda fərdi yaşayış evinə münasibətdə aparılan qeydiyyat cavabdeh orqanın faktiki xarakterli hərəkətləri ilə bağlı olduğundan mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddia tələbinin həmin hissəsi (RX seriyalı ******* nömrəli Çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğvi) hissəsi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan cavabdehin imtinasının olub-olmaması iddianın xüsusi mümkünlük şərti kimi yoxlanılmalı və iddia tələbi yalnız cavabdehin imtinası olduğu halda və ya cavabdehin hərəkətsizliyi səbəbindən iddiaçının müraciəti cavablandırılmadığı halda mümkün sayılmalıdır. Odur ki, iddianın əsaslılığını yoxlamamışdan əvvəl iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət edib-etmədiyi, həmçinin cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina edib-etmədiyi müəyyən edilməlidir. Məhkəmə iclasında iddiaçı izahat verərkən cavabdeh orqana ümumiyyətlə müraciət etmədiyini bildirmiş və bunu cavabdeh orqanın müraciətini müsbət cavablandırmayacağını güman etməsi ilə əsaslandırmışdır. Həmçinin, cavabdeh orqanın təqdim etdiyi iddia tələbinə etirazda da qeyd edilmişdir ki, iddiaçı, 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etməmişdir. Odur ki, hazırki mərhələdə iddia tələbinin “RX seriyalı ******* nömrəli Çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğvi” hissəsinə münasibətdə inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir.

2. İddia tələbinin “Ə.Səfərovanın adına, xx.xx.2016 tarixində, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli Çıxarışın qismən etibarsız hesab edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən çıxarış xx.xx.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında verildiyindən iddiaçı ilk növbədə həmin çıxarışın verilməsinə əsas olmuş “Şəhadətnaməni” mülki icraat qaydasında ümumi rayon məhkəməsində mübahisələndirməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci iltarixli, 4№-li qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isəmübahisənin mahiyyəti təhlil edilərəkdaşınmaz əmlakın dövlət reyestrindəqeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. “Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumununbəzi qərarlarındadəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 24 ” dekabr 2021-ci il tarixli 12 №-li qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 nömrəliqərarında aşağıdakı dəyişikliklər edilmişdir: 6.1.8-ci bənd aşağıdakı redaksiyada verilsin: “8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.

3. İddia tələbinin “Ağsu rayonunun Kalva kəndində 0,10 ha torpaq üzərində 1970-ci ilin əvvəlində, inşa edilmiş iki hissədən ibarət kürsülü evin, küçə istiqamətdən sağ yarısına özünün adına dövlət reyestrindən çıxarışın verilməsi” hissəsinə münasibətdə izah edilir ki, iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı tələbi ilkin tələblərdən asılı tələbdir. Yəni, ilk növbədə iddiaçı inzibati məhkəmə icraatı qaydasında RX seriyalı ******* nömrəli Çıxarışın qismən ləğvinə nail olmalı, daha sonra mülki icraat qaydasında RX seriyalı ******* nömrəli Çıxarışın qismən ləğvinə nail olmalıdır. Həmin iddialar müsbət həllini tapdıqdan sonra isə sözügedən fərdi yaşayış evi üzərində hüquqların qeydiyyatı ilə bağlı tələb irəli sürülə bilər. Yəni, mübahisələndirilən çıxarışlarla bağlı üçüncü şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığından həmin qeydiyyat ləğv edilmədən iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alına bilməz.

4. İddia tələbinin “60 kv.m yaxın həyətyanı torpaq sahəsinə dair özünün adına dövlət reyestrindən çıxarışın verilməsi” hissəsinə münasibətdə məhkəmə izah edir ki, sözügedən torpaq sahəsi üzərində X6 və ailə üzvlərinin ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas JN072F nömrəli Şəhadətnamə və məzmunu yuxarıda qeyd edilmiş xx.xx.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə olmuşdur. Odur ki, iddiaçı əvvəlcə JN072F nömrəli Şəhadətnaməni inzibati məhkəmə icraatı qaydasında 60 kv.m həyətyanı torpaq sahəsinə aid hissədə mübahisələndirməli, iddia tələbi uğurlu olarsa daha sonra 60 kv.m həyətyanı torpaq sahəsinə aid hissədə xx.xx.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməni və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli Çıxarışı mülki icraat qaydasında mübahisələndirməli, qaldırılmış iddialar uğurlu olduğu halda sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbi ilə müraciət etməlidir. Yəni, mübahisələndirilən çıxarışlarda torpaq sahəsi üzərində üçüncü şəxslərin ümumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığından həmin qeydiyyat ləğv edilmədən iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alına bilməz.

Hazırki iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iddiaçıya izah edilmiş və onun dinlənilmə hüququ təmin edilmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci iltarixli 05 nömrəli Qərarı). Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2.İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3.Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4.Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Ağsu rayonunun Kalva kəndində fərdi həyət evinə dair, ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Çıxarışın fərdi yaşayış evinin bir hissəsinə münasibətdə qismən ləğv edilməsi, ******* nömrəli Çıxarışın qismən etibarsız hesab edilməsi və bu tələbə uyğun olaraq, Ağsu rayonunun Kalva kəndində 0,10 ha torpaq üzərində 1970-ci ilin əvvəlində, torpaq sahəsinin yola bitişik hissəsində və torpaq sahəsinin tam ortasında, 16x10,5 metr ölçülərində inşa edilmiş iki hissədən ibarət kürsülü evin, küçə istiqamətdən sağ yarısına və 60 kv.m yaxın həyətyanı torpaq sahəsinə dair özünün adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar