Məhkəmə qərarları › İş №2-1(116)-149/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-149/2021

03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-149/2021 03.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxsin nümayəndəsi X16, Üçüncü şəxsin vəkili X17 iştirakı ilə İddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X29) “X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ona məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş X 730512.294 – Y 4499854.4, X 730541.876 – Y 4499842.2, X 730532.976 – Y 4499818.9, X 730503.386 – Y 4499831.1 koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun 11.06.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ona məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş X 730512.294 – Y 4499854.4, X 730541.876 – Y 4499842.2, X 730532.976 – Y 4499818.9, X 730503.386 – Y 4499831.1 koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun 11.06.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə 21.07.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Göyçay Rayon İcra Hakimiyyəti başçsının 15 avqust 1996-cı il tarixli, 172 nömrəli sərəncamı ilə Göyçay rayonu, Potu kəndində yaşayan 24 nəfər şəhid ailəsinə, Qarabağ əlillərinə, kolxozçu və digər kateqoriyalı vətəndaşlara ehtiyaclarına uyğun torpaq sahəsi verilməsi məqsədilə 1.48 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair Potu bölgəsi üzrə nümayəndəliyin vəsatəti və “Ə.Kərim” adına kolxozun 11.06.1996-cı il tarixli 11 saylı müvəkkillər yığıncağının qərarı və siyahısı təsdiq edilmişdir. Həmin siyahının 8-ci sırasında şəhid ailəsi kimi iddiaçıya 0.08 ha həyətyanı torpaq sahəsinin ayrılması göstərilmiş, sözügedən torpaq sahəsinin hüdudları naturada tanıdılaraq iddiaçının istifadəsinə verilmiş və buna da müvafiq akt tərtib edilmişdir. Bundan sonra iddiaçı sözügedən torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. İş üzrə üçüncü şəxs X29 iddiaçının qardaşı X39, X33 və X6 qarşı tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə yenidən daxil olmağa qadağa qoyulması, torpaq sahəsinə gedən tutulmuş su bərəsinin açılaraq bərpa edilməsi və torpaq sahəsinə gedişgəlişi təmin edən yolun açılması tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddianın əsaslılığını yoxlamaq üçün iş üzrə ekspertiza təyin edərək rəy almışdır. Rəydən görünür ki, üçüncü şəxsin Potu kəndində yerləşən 3.0262 ha torpaq sahəsi onun göstərdiyi yerdə yerləşir, lakin konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, sənəddə göstərilən torpaq sahəsinin koordinatları faktiki istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. İddiaçı cavabdeh orqana müraciət edərək, üçüncü şəxsin mülkiyyətində olan 3.0234 ha torpaq sahəsinə dair tərtib edilmiş plan və ölçü sənədinin iddiaçıya məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş ölan və ölçü sənədində göstərilmiş koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsini xahiş etmiş, lakin onun müraciət təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 04.08.2020-ci il tarixli, **********12 nömrəli imtina məktubunda qeyd etmişdir ki, üçüncü şəxs X14 mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi elektron məlumat bazasına (DWJ) uyğun olaraq tərtib edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 17.09.2020-ci il tarixli, **********43 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, X14 mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi elektron məlumat bazasına (DWJ) uyğun olaraq tərtib edilməsi nəzərə alınaraq, vətəndaşın ərizəsinin icrası mümkün olmamış və vətəndaşa bu barədə **********12 saylı məktub ünvanlanmışdır. X14 mülkiyyət hüququnun dövlət qeydiyyatı müvafiq hüquqmüəyyənedici və texniki sənədlər əsasında elektron məlumat bazasına uyğun olaraq aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatını aparan orqandır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Srazi İdarəsi torpaq islahatı aparılan zaman yol verilmiş nöqsanlara görə heç bir məsuliyyət daşımır. Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz emlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət eyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmənin 26.10.2020-ci il tarixli, 2-1(116)-1216/2020 nömrəli qərardadı ilə X29 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin vəkili və üçüncü şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdilər. İddia ərizəsinə əlavə edilən 260577 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 iddiaçı X21 ilə nikah bağlamışdır. İddiaçı soyadını dəyişərək “Cəbrayılova” soyadını qəbul etmişdir. İddia ərizəsinə əlavə edilən X38 filialının 04.04.2019-cu il tarixli, 125 nömrəli arxiv çıxarışından görünür ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısının 15.08.1996-cı il tarixli, 172 nömrəli sərəncamı ilə Göyçay rayonu, Potu kəndində yaşayan 24 nəfər şəhid ailəsinə, Qarabağ əlillərinə, kolxozçu və digər kateqoriyalı vətəndaşlara ehtiyaclarına uyğun torpaq sahəsi verilməsi məqsədilə 1.48 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair Potu bölgəsi üzrə nümayəndəliyin vəsatəti və “Ə.Kərim” adına kolxozun 11.06.1996-cı il tarixli 11 saylı müvəkkillər yığıncağının qərarı və siyahısı təsdiq edilmişdir. Həmin siyahının 8-ci sırasında şəhid ailəsi kimi iddiaçıya 0.08 ha həyətyanı torpaq sahəsinin ayrılması göstərilmişdir. İddia ərizəsinə surəti əlavə edilən 21.01.2020-ci il tarixli mütəxəssis rəyində qeyd edilir ki, 18.06.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 3-cü şəxsin xüsusi mülkiyyətində olan Göyçay rayonu, Potu kəndində yerləşən 3.0262 ha torpaq sahəsi iddiaçının göstərdiyi ərazidə yerləşir, lakin konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, 18.06.2019-cu il tarixil hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. İddiaçının mülkiyyətinə verilmiş 18.06.2019-cu İl tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsində tikililər mövcuddur. 18.06.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən 3-cü şəxsin xüsusi mülkiyyətində olan Göyçay rayonu, Potu kəndində yerləşən 3.0262 ha torpaq sahəsinə gediş-gəlişi təmin edən yolun cavabdehlər tərəfindən istifadə edilməsi müəyyən edilmədiyindən qərardadın sualının cavablandırılması mümkün olmadı. Qeyd: Mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. İş materiallarında olan JN-574 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Göyçay rayon AİK-nın 21.07.1998-ci il tarixli, 39 nömrəli qərarı ilə X11 və onun ailə üzvlərinə (cəmi 3 nəfər) 0.91 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Sonradan mülkiyyətçilər 0.91 ha torpaq sahəsini 07.06.2012-ci il tarixli müqavilə əsasında alıcı X4 və sonuncunun adına MA seriyalı ******* nömrəli 21.06.2012-ci il tarixli çıxarış tərtib edilmişdir. Həmçinin Z.Yaqubovun adına A seriyalı 262097 nömrəli 02.08.2018-ci il tarixli plan və ölçü sənədi tərtib edilmişdir. X34 19.08.2018-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.91 ha torpaq sahəsini X2. İş materiallarında olan JN-572 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Göyçay rayon AİK-nın 21.07.1998-ci il tarixli, 39 nömrəli qərarı ilə X19 qızı və onun ailə üzvlərinə (cəmi 3 nəfər) 1.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X3 torpaq sahəsini etibarnamə əsasında paylı mülkiyyətçilərin adından çıxış edərək 12.04.2011-ci il tarixli müqavilə ilə alıcı X1 və sonuncunun adına MA seriyalı ******* nömrəli, 23.04.2011-ci il tarixli çıxarış və AA seriyalı 004004 nömrəli 23.04.2011-ci il tarixli plan və ölçü sənədi tərtib edilmişdir. Ş.Həsənova torpaq sahəsini 19.08.2018-ci il tarixli ******* nömrəli müqavilə əsasında X2. İş materiallarında olan A seriyalı 370056 nömrəli 18.06.2019-cu il tarixli plan və ölçü sənədinin təsdiq edilmiş surətindən görünür ki, 1.0262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X14 mülkiyyətindədir. İş materiallarında olan JN-573 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Göyçay rayon AİK-nın 21.07.1998-ci il tarixli 39 nömrəli qərarı ilə 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X37 və onun ailə üzvləri X24 və X13 mülkiyyətinə verilmişdir. Maqsud Hacıyevin 14.05.2001-ci il tarixdə vəfat etməsindən sonra 04.05.2011-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilmiş və şəhadətnaməyə əsasən X25 və X26 mərhumun vərəsələri olaraq müəyyən edilmişlər. Onların adına AA seriyalı 004102 16.05.2011-ci il tarixli plan və ölçü sənədi, həmçinin MA seriyalı ******* nömrəli 17.05.2011-ci il tarixli çıxarış tərtib edilmişdir. Adları qeyd olunan şəxslər 25.05.2011-ci il tarixli müqaviləyə əsasən 1.0034 ha torpaq sahəsini X1 və sonuncunun adına MA seriyalı ******* nömrəli 03.06.2011-ci il tarixli çıxarışın və AA seriyalı 004143 nömrəli 03.06.2011-ci il tarixli plan və ölçü sənədlərinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, 1.0034 ha kənd təsərrüfatı təynatlı torpaq sahəsi X7 mülkiyyətinə verilmişdir. Ş.Həsənova 1.0034 ha torpaq sahəsini 19.08.2018-ci il tarixli ******* nömrəli müqavilə ilə alıcı X2. İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin 13.11.2019-cu il tarixli, 2(046)-1726/2019 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 19.03.2020-ci il tarixdə tərtib edilən 30439 nömrəli ekspert rəyində qeyd edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Yerquruluşu Layihə-X36 LTİ-nin mütəxəssis rəyindən görünür ki, Göyçay rayonu, Potu kəndində yerləşən 18.06.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətində olan 3.0262 ha torpaq sahəsi iddiaçının göstərdiyi ərazidə yerləşir, lakin konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, 18.06.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. İddiaçının mülkiyyətinə verilmiş 18.06.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsində tikililər mövcuddur. Ekspertizaya təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X36 LTİ-nin mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, **********21 nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 3.0282 ha torpaq sahəsinin 0.17 ha hissəsi cavabdeh X39 tərəfindən, 0.11 ha hissəsi X12 tərəfindən, 0.27 ha hissəsi X33 tərəfindən istifadə edilir. Göyçay rayonu, Potu kəndində yerləşən 18.06.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətində olan 3.0262 ha torpaq sahəsinə gediş-gəlişi təmin edən yolun cavabdehlər tərəfindən istifadə edilməsi müəyyən olunmur. 18.06.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətində olan 3.0262 ha torpaq sahəsinə gedən su yolunun cavabdehlər tərəfindən tutulub-tutulmaması mütəxəssis tərəfindən cavablandırılmadığı üçün qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 13.11.2020-ci il tarixli, 33/3968 nömrəli məktubundan görünür ki, iş üzrə üçüncü şəxs X14 dövlət sərhəddində hərəkət istiqaməti aşağıda göstərildiyi kimi olmuşdur: 17.08.2017-ci ildə çıxış, 20.07.2018-ci il tarixdə giriş, 23.08.2018-ci il tarixdə çıxış, 29.07.2019-cu il tarixdə giriş, 29.08.2019-cu ildə çıxış, 13.02.2020-ci ildə giriş, 02.08.2020-ci ildə çıxış. Məhkəmənin 18.03.2021-ci il tarixli, 2-1(116)149/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “X20” MMC-nin ekspertlərinə tapşırılmış və işin icraatı ekspert rəyi məhkəməyə daxil olanadək dayandırılmışdır. Ekspert rəyi 01.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmənin 03.05.2021-ci il tarixli, 2-1(116)-149/2021 nömrəli qərardadı ilə işin icraatı təzələnmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “X20” MMC-nin 27.04.2021-ci il tarixli, 179 nömrəli ekspert rəyində qeyd edilir ki, iş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlər əsasında naturada və ərazinin ümumi xəritəsi üzərində aparılan ekspertiza tədqiqatı nəticəsində iddiaçıya Göyçay rayonu "Ə.Kərim” adına kolxozun 11.06.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsi ilə X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsi üst-üstə düşür. Həmin hissə AutoCad və ArcMap proqramları vasitəsilə tərtib olunan ortofoplanda aydın şəkildə göstərilmişdir. X10 əsasən (islahat dwg) X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədi ilkin sənədlərə, yəni JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair" dövlət aktlarına uyğun tərtib edilməmişdir. Çıxarış və plan-ölçü sənədləri tərtib edilərkən qeyd olunan torpaq sahəsinin koordinatlarının naturaya nisbətdə koordinat sürüşməsi xətasına yol verilmişdir. Qeyd: 18.06.2019-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən 3.02 ha torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyətilə uyğunsuzluq təşkil edir. Ərazinin ümumi xəritəsinə əsasən (kompleks yerquruluşu xəritəsi) JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında qeyd olunan torpaq sahələri ilə iddiaçıya Göyçay rayonu “Ə.Kərim” adına kolxozun 11.06.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür. İş materiallarına əlavə edilən JN-572, JN-573 və JN-574 saylı Dövlət Aktlarının planı köhnə Pulkovo-42 koordinat sistemində tərtib olunmuşdur. Sonradan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bu kimi Dövlət Aktlarının məlumatlarını yeni koordinat sistemində (WGS-84) tərtib olunan Elektron Məlumat bazasına inteqrasiya edən zaman köhnə koordinat sistemində yığılan bütün daşınmaz əmlak elementləri (torpaq sahələrinin, çayların, kanallların, fərdi yaşayış evlərinin və s. kimi oriyentirlər) naturadakı coğrafi yerləşmə mövqeyi (məkan göstəriciləri) nəzərə alınmadan olduğu kimi köçürülmüşdür. Bu səbəbdən də müəyyən koordinat sürüşmələri xətası baş vermişdir. Eləcə də sözügedən torpaq sahələrində də ərazi üzrə koordinat sürüşməsi xətası yaranmışdır. İddiaçıya Göyçay rayonu "Ə.Kərim" adına kolxozun 11.06.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsi iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının faktiki istifadə etdiyi 0.2350 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Göyçay rayonu “Ə.Kərim” adına kolxozun 11.06.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün 0.08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. X14 mülkiyyətində olan, həmçinin iş materiallarına əlavə olunan **********21 reyestr nömrəli çıxarış və onun plan-ölçü sənədində qeyd olunduğu kimi, 3.0234 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyalı, uqodiyası əkin olmaqla kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmişdir. X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsi digər sahələrdən fiziki sərhədlə ayrılmamışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsaslıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndinə əsasən, torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 10cu maddənin beşinci hissəsində "mülkiyyət hüququna dair şəhadətnamə" sözləri "mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış" sözləri ilə, "mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən" sözləri "daşınmaz əmlakın dövlət reyestrini aparan" sözləri ilə əvəz edilmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cü il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları»təsdiq edilmiş və həmin Qaydaların 2.1-ci bəndində müəyyən olunmuşdur ki, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsinin və aparılmasının prinsipləri aşağıdakılardır: 2.1.5. daşınmaz əmlakın vahid dövlət kadastrının kağız və elektron daşıyıcılarda aparılması. İPM-in 14.2-ci maddəsinə görə, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iddiaçıya Göyçay rayonu “Ə.Kərim” adına kolxozun 11.06.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün 0.08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. 3cü şəxs tərəfindən JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında qeyd olunan torpaq sahələri alqı-satqı ilə əldə edildikdən sonra onun adına çıxarış və müvafiq plan ölçü sənədi tərtib olunmuş, bundan sonra hazırki iddiaçı ilə onun arasında mülki məhkəmə icraatı qaydasında mübahisə yaranmışdır. Halbuki 3-cü şəxs qeyd olunan torpaq sahələrini almamışdan əvvəl iddiaçının JN-572, JN-573 və JN- 574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında qeyd olunan mülkiyyətçilər ilə mübahisəsi olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərazinin ümumi xəritəsinə əsasən (kompleks yerquruluşu xəritəsi) JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında qeyd olunan torpaq sahələri ilə iddiaçıya Göyçay rayonu “Ə.Kərim” adına kolxozun 11.06.1996cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür. Lakin 0,08 ha həyətyanı torpaq sahəsi ilə X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsi üst-üstə düşür. Bunun səbəbi isə X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ilkin sənədlərə, yəni JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair" dövlət aktlarına uyğun tərtib edilməməsi olmuşdur. Çıxarış və plan-ölçü sənədləri tərtib edilərkən qeyd olunan torpaq sahəsinin koordinatlarının naturaya nisbətdə koordinat sürüşməsi xətasına yol verilmişdir. Cavabdeh orqan özü də X14 mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin elektron məlumat bazasına (DWJ) uyğun olaraq tərtib edilməsini qeyd etmişdir. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Cavabdeh inzibati orqan ləğvi tələb olunan torpaq sahəsinin planı və ölçüsü sənədini tərtib edərkən “Ə.Kərim” adına kolxozun 11.06.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmə halını araşdırmamış, nəticədə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırlmasına gətirib çıxaran qanunsuz hərəkətlərə yol vermişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədinin elektron məlumat bazasına (DWJ) uyğun olaraq tərtib edilməsi cavabdeh inzibati orqanı reyestrdə qeydiyyat aparılan zaman həyata keçirilməli olan inzibati araşdırma aparmaq vəzifəsindən azad etməmişdir. Həmin sənəd tərtib olunarkən torpaq sahəsinin iddiaçının mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsinin coğrafi yerləşmə vəziyyəti nəzərə alınmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinə X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin iddiaçıya məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş X 730512.294 – Y 4499854.4, X 730541.876 – Y 4499842.2, X 730532.976 – Y 4499818.9, X 730503.386 – Y 4499831.1 koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun 11.06.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızına ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarında olan 226843 nömrəli kassa mədaxil orderi qəbzindən görünür ki, İddiaçı 28.04.2021-ci il tarixdə “X20” MMC tərəfindən müəyyən edilmiş 300 (üç yüz) manat ekspertiza xərcini ödəmişdir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızına məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş X 730512.294 – Y 4499854.4, X 730541.876 – Y 4499842.2, X 730532.976 – Y 4499818.9, X 730503.386 – Y 4499831.1 koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun 11.06.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızına ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar