Məhkəmə qərarları › İş №2-1(116)-1492/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1492/2022

08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1492/2022 08.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı "2021-ci ilin fevral ayından 2021-ci ilin oktyabr ayına qədər 8 aya olan əlillik bağlı olan müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı "2021-ci ilin fevral ayından 2021-ci ilin oktyabr ayına qədər 8 aya olan əlillik bağlı olan müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin normadan göründüyü kimi, öhdəliyin icrası haqqında iddianın mümkünlük şərtlərindən biri bundan ibarətdir ki, iddiaçı məhkəməyə iddia ərizəsi verməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etdiyini və bu müraciətin müsbət nəticə vermədiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. İddiaçının inzibati orqana etdiyi müraciətdə və iddia ərizəsində olan tələblər eyni olmalıdır. İddiaçı öz iddia ərizəsində Dövlət Sosial Müdafiə Fonduna müraciət etdiyini, lakin ona cavab verilmədiyini bildirərək, ərizənin "Qoşma" hissəsində "Nazirliyə ünvanlanan məktubun surəti" yazsa da, iddia ərizəsinə belə bir sənəd əlavə etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə yazdığı ərizənin surəti iddia ərizəsinə əlavə edilmiş olsaydı da, bu, iddiaçının cavabdehə müraciət etdiyini təsdiq etmək üçün kifayət etməyəcəkdi. Belə ki, müraciətin surəti ilə yanaşı, məhkəməyə həm də müraciətin cavabdehə çatmasını təsdiq edən sənəd də təqdim edilməlidir. Bundan başqa, iddia ərizəsində cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu göstərilmişdir. Halbuki, sosial müavinətlərin təyinatı və ödənilməsi həmin orqanın deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının səlahiyyətinə aiddir. Ona görə də iddiaçı həm ilkin müraciəti həmin filiala etməli, həm də iddia ərizəsində cavabdeh kimi həmin filialı göstərməlidir. Yuxarıda sadalanan çatışmazlıqlar məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə İddiaçı diqqətinə çatdırılmış və onların aradan qaldırılması üçün 10 gün müddət təyin edilmişdir. Məhkəmənin məktubu iddiaçıya xx.xx.2022-ci ildə imza etdirilməklə çatdırılmış, lakin təyin edilmiş müddət ərzində və ondan sonra ötən günlərdə iddiaçı məhkəmənin yardım məktubuna cavab verməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı "2021-ci ilin fevral ayından 2021-ci ilin oktyabr ayına qədər 8 aya olan əlillik bağlı olan müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar