Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1495/2020 28.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi İddiaçı və onun vəkili Vəkil iştirakı ilə İddiaçıcavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “xx xxxxxxx 1992-ci il tarixdə Vətən uğrunda şəhid olmuş, xx xxxx 1974-cü ildə doğulmuş, qardaşı Həsənov Mömin Ömər oğlunun adının Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçıcavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “xx.xx.1992-ci il tarixdə həlak olmuş xx.xx.1974-cü il təvəllüdlü qardaşı Həsənov Mömin Ömər oğlunun şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə xx xxxx 2019-cu il tarixdə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1219/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-665/2020 nömrəli qərarı kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-677/2017 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(107)-337/2020 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1219/2019 nömrəli qərardadı ləğv edilmiş, İddiaçıcavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “xx.xx.1992-ci il tarixdə həlak olmuş xx.xx.1974-cü il təvəllüdlü qardaşı Həsənov Mömin Ömər oğlunun şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmış, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. İddiaçıya və vəkilinə məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixli yardım məktubu ünvanlanmış və onlara bildirilmişdir ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli elektron ərizədən görünür ki, iddiaçı tərəfindən tələb dəyişdirilmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavabdeh kimi işə cəlb edilməsi, xx.xx.1992-ci il tarixdə həlak olmuş xx.xx.1974-cü il təvəllüdlü qardaşı Həsənov Mömin Ömər oğlunun adının Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və X1 Naizrliyinə təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi qeyd olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, dəyişdirilmiş iddia öhdəliyin icrası haqqında iddia olduğu və cavabdeh kimi qeyd olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bakı şəhərində yerləşdiyi üçün həmin tələblə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Yardımda qeyd olunanları müzakirə etmək və işin məhkəmə aidiyyətini müəyyənləşdirilməsi üçün iddiaçının dinlənilmə hüququnun təmin edilməsi səbəbi ilə iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsi zərurəti yaranmışdır. Həmin iş üzrə iddianın mümkünlüyü məsələsinə baxılması üzrə məhkəmə iclası xx xxxxxxx 2020-ci il tarixə, saat 11:00-a Şəki İnzibati Məhkəməsinin binasına (Şəki Məhkəmə Kompleksi Zal nömrə 13) təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavabdeh kimi işə cəlb edilməsi və“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavabdeh kimi işə cəlb edilməsi, xx xxxxxxx 1992-ci il tarixdə Vətən uğrunda şəhid olmuş, xx xxxx 1974cü ildə doğulmuş, qardaşı Həsənov Mömin Ömər oğlunun adının Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyinə təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və vəkili ilə işin ərazi aidiyyəti məsələsi müzakirə edilmiş, iddiaçının vəkili iddianın dəqiqləşdirilməsi ərizəsində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavabdeh kimi işə cəlb edilməsini xahiş etdiklərini, Xidmətin Zaqatala rayon şöbəsinin də cavabdeh kimi saxlanmasını və ərizədə qeyd olunduğu kimi “xx xxxxxxx 1992-ci il tarixdə Vətən uğrunda şəhid olmuş, xx xxxx 1974-cü ildə doğulmuş, qardaşı Həsənov Mömin Ömər oğlunun adının Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyinə təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini istədiklərini qeyd etmişdir. Məhkəmə tərəfindən dəqiqləşdirilmiş ərizə protokol qərardad ilə icraata qəbul edilmiş, iddiaçı və vəkilinə hazırki tələbə münasibətdə Xidmətin Zaqatala rayon şöbəsinin cavabdehlik daşımadığı bildirilmiş, həmçinin qeyd olunan iddianın öhdəliyin icrası haqqında iddia olması səbəbindən Bakı İnzibati Məhkəməsində baxılmalı olması bildirilmişdir. İddiaçı və vəkili iddiaya Şəki İnzibati Məhkəməsində baxılmasının onlar üçün daha rahat olacağını, Bakı şəhərinə getməyə çətinlik çəkdikləri üçün işin aidiyyəti üzrə ora göndərilməsinə razı olmadıqlarını bildirmişdir. Məhkəmə iddiaçı və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddianın dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, iddiaçının iddia tələbi inzibati orqan kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinəqarşı yönəlmişdir və iddia öhdəliyin icrasına dair iddiadır. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanına əsasən verilən 11000 manat birdəfəlik ödəmənin alınmasından ibarətdir. xx xxxxx 2018-ci il tarixli Fərmanın 5-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyinə təqdim etsin. Göründüyü kimi, fərmana görə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısının müəyyən edilməsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmiş, siyahının bu Xidmət tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyinə təqdim edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. İPM-nin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 8.1.4-ci maddəsinin tələbinə görə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı İPM-nin 8.1.3-cü maddəsində qeyd olunan şəxslərin kateqoriyasına aid olmadığı üçün onun hazırki tələbinə İPM-nin 8.1.4-cü maddənin tələbi baxımından aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddiaçının vəkilinin Xidmətin Zaqatala rayon şöbəsinin də cavabdeh kimi qalması əsası iddiaya Şəki İnzibati Məhkəməsində baxılması barədə dəlilini məhkəmə əsassız hesab edir. Belə ki, dəqiqləşdirilmiş ərizədə Xidmətin Zaqatala rayon şöbəsinə qarşı hərhansı tələb irəli sürülməmişdir. Onun formal olaraq cavabdeh kimi saxlanması inzibati işin ərazi aidiyyəti üzrə səlahiyyətli olmayan məhkəmədə baxılmasına əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-665/2020 nömrəli qərarında da qeyd edilmişdir ki, iddiaçının qardaşı Həsənov Mömin Ömər oğlunun xx xxxxxxx 1992-ci il tarixdə şəhid olması mübahisə doğurmur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə müəyyən etdi ki, cavabdeh təşkilatın yerləşdiyi ərazi aidiyyət baxımından Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçıcavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “xx xxxxxxx 1992-ci il tarixdə Vətən uğrunda şəhid olmuş, xx xxxx 1974-cü ildə doğulmuş, qardaşı Həsənov Mömin Ömər oğlunun adının Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə baxılması ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinin səlahiyyətinə aid olmadığından, iş aidiyyəti üzrə baxılması üçün səlahiyyətli məhkəməyə, yəni Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçıcavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “xx xxxxxxx 1992-ci il tarixdə Vətən uğrunda şəhid olmuş, xx xxxx 1974-cü ildə doğulmuş, qardaşı Həsənov Mömin Ömər oğlunun adının Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə baxılması üçün iş Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1495/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1495/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver