Məhkəmə qərarları › İş №2-1(116)-1495/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1495/2022

19.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1495/2022 19.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək ödənilməmiş Qarabağ Müharibəsi veteranı müavinəti (Prezident təqaüdü) ödənilməsinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək ödənilməmiş Qarabağ Müharibəsi veteranı müavinəti (Prezident təqaüdü) ödənilməsinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. 1) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. Lakin İddiaçı iddia ərizəsində iddia tələbi aydın ifadə edilməmişdir. Belə ki, müavinət və təqaüd tamamilə fərqli anlayışlar olduğu və onların ödənlməsi başqa-başqa normativ hüquqi aktlar əsasında həyata keçirildiyi halda, iddia ərizəsində tələb "xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək ödənilməmiş Qarabağ Müharibəsi veteranı müavinəti (Prezident təqaüdü) ödənilməsinin cavabdehin üzərinə qoyulması" kimi ifadə edilmişdir. Bu səbəbdən də iddiaçının cavabdehdən sosial müavinət, yoxsa Prezident təqaüdü tələb etməsi aydın deyil. Tələbin aydın olmaması isə iddianın mümkün sayılmasını istisna edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə görə, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə görə, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İddiaçı iddia ərizəsinə veteran vəsiqəsinin surətini əlavə etsə də, müəyyən edildi ki, həmin surət notariat qaydasında təsdiq edilməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubu ilə iddia tələbinin aydın olmaması, tələb aydın olmadıqda isə, iddianın mümkün sayıla bilməməsi İddiaçı diqqətinə çatdırılmış və iddia tələbini dəqiqləşdirərək nə tələb etdiyini aydın şəkildə bildirməsi iddiaçıya təklif edilmişdir. Eyni zamanda, məhkəmənin həmin yardım məktubunda iddiaçıya veteran vəsiqəsinin əslini və ya notariat qaydasında təsdiq edilmiş surətini məhkəməyə təqdim etməsi təklif olunmuş, bu çatışmazlıqların aradan qaldırılması, təkliflə razılaşmadığı halda isə, fikrini yazılı şəkildə məhkəməyə bildirməsi üçün 05 gün müddət təyin edilmişdir. Məhkəmənin məktubu iddiaçıya xx.xx.2022-ci ildə imza etdirilməklə çatdırılmış, o, veteran vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətini xx.xx.2022-ci ildə məhkəməyə təqdim etsə də, məhkəmənin yardım məktubunda göstərilən digər çatışmazlığı aradan qaldırmamış və bununla bağlı fikrini məhkəməyə yazılı şəkildə bildirməmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçının iddia tələbi aydın olmadığına və məhkəmənin yardım məktubuna baxmayaraq, iddiaçı bu çatışmazlığı aradan qaldırmadığına görə hazırkı iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək ödənilməmiş Qarabağ Müharibəsi veteranı müavinəti (Prezident təqaüdü) ödənilməsinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar