Məhkəmə qərarları › İş №2-1(116)-1497/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1497/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1497/2024 31.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehin nümayəndəsi X4, üçüncü şəxslər X1 və X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayonunda yerləşən, faktiki istifadələrində olan 0,06 ha həyətyanı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqlarına dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “JN-1764F, kod 40601004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş Qəbələ rayonu ərazisindən 0,06 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi üzərində hüquqlarımızın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1497/2024 nömrəli qərardadı ilə X1, X5, X13 və X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Qəbələ rayonunda yerləşən, faktiki istifadələrində olan 0,06 ha həyətyanı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququmuza dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, Ramazanov (Ramazanlı) Zaur Mehman oğlu və Ramazanov(Ramazanlı) Rəşad Mehman oğluna Qəbələ rayonu ərazisindən 0,06 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinə görə JN-1764F. KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi əvvəllər də, onların istifadəsində olmuş və torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Mülkiyyət sənədi olan JN-1764F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə çıxarış alınması üçün cavabdehə müraciət edilmiş, lakin cavabdeh orqan imtina cavabı verərək başqa vətəndaşın adına tərtib olunmuş eyni nömrəli ikinci Şəhadətnamənin mövcud olduğunu bildirmişdir. Qeyd olunan səbəbdən mülkiyyətin dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Qeyd edir ki, eyni nömrəli ikinci Şəhadətnamə qonşuları olmuş X6 adlı şəxsin adına texniki səhv olaraq qeyd edilmişdir və həmin şəxs hal-hazırda vəfat etmişdir. Hal- hazırda məhkəmə qərarı olmadan müvafiq orqan tərəfindən elektron bazada texniki səhvin aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: Qəbələ rayon Torpaq Şöbəsi tərəfindən həmin torpaq sahəsi ilə bağlı tərtib edilmiş JN-1764F nömrəli Torpağa Mülkiyyətə Verilməsinə Dair hər iki eyni nömrəli Şəhadətnamələrin arxiv nüsxələri Ərazi İdarəsinin arxivində mövcuddur. Eyni zamanda qeyd edilir ki, Ərazi İdarəsinin əməkdaşları tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə məkan göstəriciləri ilə faktiki torpaq sahəsinin məkan göstəriciləri ilə müqayisədə uyğunsuzluqlar mövcuddur. Belə ki, iddiaçının iddia etdiyi faktiki torpaq sahəsi başqa vətəndaşın adına tərtib edilmiş eyni nömrəli JN-1764F nömrəli ikinci Torpağa Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə üst üstə düşür. Qeyd olunan səbəblərə görə müraciətinin icrası tərəflərindən mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddia ələbinin təmin edilməməsini xahiş etdi. Üçüncü şəxslər məhkəmə iclasında izahat verərək qanunvericiliyə uyğun qərar çıxarılmasını xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş Qəbələ şəhəri üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin dürüstləşmiş siyahısı, iddiaçılar və X3 adına tərtib edilmiş JN-1764F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrin arxiv nüsxələrinin surətləri, JN-1765F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin arxiv nüsxəsinin surəti, cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyi və xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş yerquruluşu planı, ortofoto xəritəsindən çıxarışlar. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs qismində cəlb olunan X13 və X12 məhkəmə iclasında iştirak etməmişdirlər. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə digər üçüncü şəxslərin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçılar cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materialları ilə müəyyən edilir ki, iddiaçıların faktiki istifadələrində olan 0.06 ha torpaq sahəsi Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 qərarı əsasında onların ümumibirgə mülkiyyətinə verilmiş və JN1764F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. İşin hallarından göründüyü kimi iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı JN-1764F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı 0.06 ha torpaq torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə nail olmaqdır. Belə ki, həmin torpaq sahəsi üzərində qeydiyyata alınmış və sözügedən şəhadətnamə ilə rəsmiləşdirilmiş mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən tanınmış bir hüquqdur. Hazırkı iş üzrə iddiaçınn məqsədi də, əslində torpaq sahəsi üzərində hüququn cavabdeh tərəfindən qeydiyyata alınmasına deyil, artıq qeydiyyata alınmış hüquqa dair yeni nümunəli çıxarışın verilməsinə yönəlmişdir. Cavabdeh orqanın iddia tələbinə qarşı dəlili iddia olunan torpaq sahəsinə başqa vətəndaşın adına tərtib edilmiş eyni nömrəli JN-1764F nömrəli ikinci “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin mövcud olması ilə bağlıdır. Məhkəmə, cavabdeh orqanın dəlilinə münasibətdə qeyd edir ki, Ərazi İdarəsinin arxivində eyni torpaq sahəsinə münasibətdə fərqli subyektlərin adına eyni nömrəli Şəhadətnamələrin olması iddiaçının müraciətinin təmin edilməsindən imtina əsası kimi çıxış edə bilməz. Belə ki, bu zaman cavabdeh orqanın araşdırmalı və qiymətləndirməli olduğu məsələ sözügedən şəhadətnamələrdən hansının legitim olması ilə bağlıdır. Bunun üçün isə cavabdeh orqan torpaq sahəsi üzərində dövlət qeydiyyatına alınmış hüququn mövcudluğu kontekstində inzibati araşdırma aparmalı idi. İcraat materiallarından görünür ki, Qəbələ şəhəri üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin dürüstləşmiş siyahısında İddiaçı1 və ailə üzvləri 1764 sıra sayında göstərilmiş, qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinin ölçüsü isə 0,06 ha qeyd edilmişdir. X6 və ailə üzvləri isə 1765 sıra sayında göstərilmiş, qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinin ölçüsü isə 0,06 ha qeyd edilmişdir. İstinad olunan Qəbələ şəhəri üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin dürüstləşmiş siyahısı X17 komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə təsdiq edilmişdir. Daha sonra iddiaçıların adına JN-1764F saylı, X6 və ailə üzvlərinin adına isə JN- 1765F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr tərtib edilərək mülkiyyət hüquqlarının dövlət qeydiyyatı aparılmışdır. Nəzərə alınmalıdır ki, hər iki qonşu torpaq sahəsi faktiki olaraq onlara ayrılmış torpaq sahələrindən (torpaq islahatınadək qanuni istifadələrində olan) istifadə etmiş və ötən müddət ərzində aralarında mübahisə baş verməmişdir. Bununla belə cavabdeh orqanın hüquq varisi olduğu DT və XK-nin Qəbələ rayon şöbəsinin iddiaçıların adına JN-1764F saylı Şəhadətnamə tərtib etməklə bərabər, X3 adına eyni nömrəli Şəhadətnamə tərtib etməsi texniki səhv nəticəsində baş verdiyindən, həmin Şəhadətnamə iddia olunan torpaq sahəsi üzərində Eldar Abdurahmanovun mülkiyyət hüququnun mövcudluğu kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd edildiyi kimi “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin tərtib edilməsinə əsas X17 Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı olmuşdur ki, həmin qərar əsasında qonşu torpaq sahələrinin hər birinə verilməli olan torpaq sahəsinin ölçüsü və yeri (sıra saylarına əsasən) müəyyən edilmişdir. Odur ki, Ərazi İdarəsinin arxivində olan, texniki səhv nəticəsində X3 adına tərtib edilmiş eyni nömrəli digər X14 İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarının təsir dairəsinə düşmədiyindən həmin sənədin iddiaçıların faktiki istifadələrində olan torpaq sahəsinin hüquqi rejiminə hər hansı potensial təsiri yoxdur. Həmçinin İddiaçı1 və ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsi ilə X6 və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahələrinin ortofoto xəritəsi ilə müqayisələndirilməsindən görünür ki, sözügedən torpaq sahələri qonşu torpaqlar olmaqla üst-üstə düşmür və JN-1764F nömrəli Şəhadətnamənin cizgisindəki torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə eyni ərazidir. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyində də qeyd edilir ki, İddiaçı1 və ailə üzvlərinin faktiki istifadə olan 0,0769 ha torpaq sahəsinin 0,06 ha hissəsi JN-1764 F saylı Şəhadətnaməyə əsasən iddiaçının və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Qalan 0,0169 ha hissəsi isə Qəbələ rayonu Qəbələ şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Qəbələ şəhər İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar Qəbələ bələdiyyəsinin mülkiyyətinə aid ərazidir. Sözügedən Şəhadətnamənin nüsxəsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində mövcuddur. Həmin Şəhadətnamənin nüsxəsi 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində həm iddiaçı və ailə üzvlərinin adına, həm də X3 və ailə üzvlərinin adına tərtib edilmiş nüsxələri mövcuddur. Qəbələ şəhəri subyektlər siyahısında 1764 nömrə ilə İddiaçı1 və ailə üzvlərinin adları qeyd edilmişdir. Sözügedən torpaq sahəsi X8 X9 (TEKUİS) əsasən sənəd nömrəsi 1764F saylı Şəhadətnamə, mülkiyyət növü isə xüsusi mülkiyyət göstərilmişdir. Faktiki naturada ölçülmüş torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə tərəfindən iddiaçıların faktiki istifadəsində olan 0,0769 ha torpaq sahəsinə münasibətdə onlara ayrılmış 0,06 ha torpaq sahəsinin hansı qaydada tamamlanması yoxlanılmış və cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixdə iddia olunan 0,06 ha torpaq sahəsinin konkret yeri müəyyən edilməklə yerquruluşu planı təqdim edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbinə görə iddiaçıların adlarına tərtib edilmiş JN-1764F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəddir və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin istinad olunan Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmçinin iş üzrə materiallardan da, həmin torpaq sahəsinin iddiaçıya ayrılmasının təkzib edilmədiyi, başqasına ayrılmadığı və dövlət reyestrində başqasının adına qeydiyyata alınmadığı, eləcə də, həmin torpaq sahəsinin ayrıldığı vaxtdan iddiaçının faktiki istifadəsində olduğu və təyinatı üzrə istifadə edildiyi görünür. Odur ki, artıq qeydiyyata alınmış hüquqa dair yeni nümunəli çıxarışın verilməsindən imtina etməkdə cavabdeh orqan haqlı olmamışdır. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə üzərinə Qəbələ rayonunda yerləşən, iddiaçıların faktiki istifadələrində olan 0,06 ha həyətyanı torpaq sahəsi (cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş yerquruluşu planındakı koordinatlar nəzərə alınmaqla) üzərində İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyət hüququna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar