Məhkəmə qərarları › İş №2-1(116)-150/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-150/2021

20.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-150/2021 20.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı, X14, X15, X3, X21, X6 və X4 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən onun və ailə üzvlərinin istifadəsində olan 6.55 hektar (Dövlət Aktında şəhid olmuş qardaşının payına düşən iki pay torpağı öz əksini tapmadığından 5.76 hektar torpaq sahəsi göstərilmişdir) torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zərdab rayon Aqrar İslahat Komissiyasının 29.11.1997-ci il tarixli 10 nömrəli Qərarına əsasən ona və digər ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 8,04 ha çöl torpaq sahəsindən 5,76 hektarının texniki səbəblər üzündən Torpağa Mülkiyyət Hüququna dair JN-184 KOD- 90509028 nömrəli Dövlət Aktında qeyd olunmadığından həmin torpaq sahəsi ilə bağlı sənədləşdirmə işlərinin aparılması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddia tələbi belə əsaslandırılmışdır ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 10 nömrəli Qərarına əsasən iddiaçı və digər ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 8.04 ha çöl torpaq sahəsi verilmişdir. Qeyd olunan torpraq sahəsi göstərilən miqdarda ölçülərək iddiaçı və ailə üzvlərinə verilsə də, lakin verilmiş 8.04 ha torpaq sahəsindən Torpağa Mülkiyyət Hüququna dair JN-184 KOD-90509028 nömrəli Dövlət Aktında yalnız 2.28 ha verildiyi qeyd olunmuşdur. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 14.04.2020-ci il tarixli məktubda qeyd etmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, ləğv edilmiş DTXK-nın Zərdab rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində iddiaçı və onun 7 nəfər ailə üzvlərinə bir konturdan ibarət olmaqla 2,28 ha torpaq sahəsinin verilməsi barədə JN-184 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Müraciətdə iddiaçının qeyd etdiyi 5,76 ha torpaq sahəsinə dair iddiaçı tərəfindən hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edilə bilmədiyinə görə, sözügedən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması mümkün olmamışdır. İddiaçılar İddiaçı, X14, X15, X3, X21, X6 və X13 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia tələbində dəqiqləşdirmə aparmış və “Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən iddiaçıların istifadəsində olan 6.55 hektar (Dövlət Aktında şəhid olmuş ailə üzvünün payına düşən iki pay torpağı öz əksini tapmadığından 5.76 hektar torpaq sahəsi göstərilmişdir) torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 25.06.2021-ci il tarixli, 2-1(116)-150/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 15.01.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, araşdırma aparılan zaman İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab RAİK-nın 29.11.1997-ci il tarixli, 10 saylı qərarı ilə Zərdab rayonu, Gödəkqobu kəndi ərazisindən 2,28 ha torpaq sahəsinin verilməsi və adlarına JN-184 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edildiyi məlum olmuşdur. İddiaçı 26.10.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında Zərdab rayonu, Gödəkqobu kəndi ərazisində yerləşən 2.28 ha torpaq sahəsi üzərində onun və ailə üzvlərinin əvvəllər yaranmış mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, adlarına **********24 reyestr nömrəli elektron çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatını aparan orqandır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi torpaq islahatı aparılan zaman yol verilmiş nöqsanlara görə heç bir məsuliyyət daşımır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 004245 nömrəli “ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X10 12.05.1994-cü il tarixdə Tərtər rayonunun Seysulan kəndində şəhid olmuşdur. X11 “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Zərdab rayonu AİK-nın 29.11.1997-ci il tarixli 10 nömrəli qərarı ilə 2.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2, X16, X17, X7, X8, X18, X9 və X5 mülkiyyətinə verilmişdir. Sənəd 20.11.1998-ci ildə dövlət aktı qeydiyyatı kitabında 184 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 105363 nömrəli “ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X2 03.06.2003-cü ildə vəfat etmişdir. İş materiallarında olan “Zərdab rayonunun Gödəkqobu kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəl”in təsdiq edilmiş surətindən görünür ki, cədvəldə 184-cü sırada X2, X16, X17, X7, X8, X18, X9 və X5 adları qeyd edilmiş və onların qanuni istifadələrində 0.25 ha həyətyanı torpaq sahəsinin olduğu müəyyən edilir. İş materiallarında olan “Zərdab rayonu Gödəkqobu kəndi “Gümüşlü” kolxozunun islahata getməsi ilə əlaqədar həmin ərazidə özəlləşəcək torpaqlardan pay almaq hüququ olan subyektlərin siyahısı”nın təsdiq edilmiş surətindən görünür ki, siyahıda 195-ci sırada X2, X16, X17, X7, X8, X18, X9 və X5 adları qeyd edilmişdir. İş materiallarında olan cavabdeh orqanın 22.12.2020-ci il tarixli məktubunda qeyd edilir ki, Zərdab rayonu, Gödəkqobu kəndində yerləşən və 2.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və ailə üzvlərinə verilmiş Dövlət Aktına əsasən onların mülkiyyətindədir. Sözügedən 5.76 ha torpaq sahəsi elektron baza məlumatlarında mövcud olsa da, bu barədə Dövlət Aktında hər hansı bir məlumat yoxdur. Torpaq sahəsinin yerləşməsi və koordinatları DWG məlumatlarına əsasən qoşma olaraq təqdim edilir. DWG məlumatlarına əsasən iddiaçıların istifadəsində olan 5.76 ha torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X=720936.2704 Y=4460286.3241 X=720815.9317 Y=4460162.3799 X=720516.5739 Y=4460237.5692 X=720507.5131 Y=4460400.8682 İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08.12.2020-ci il tarixli məktubundan görünür ki, elektron baza məlumatlarına əsasən iddiaçıların adına iki hissədən ibarət olmaqla 2.28 ha və 5.76 ha pay torpaq sahəsi qeyd edilmişdir. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki,Zərdab rayon AİK-nın 29.11.1997-ci il tarixli 10 saylı qərarı ilə 0.24 ha həyətyanı torpaq sahəsi X2, X16, X17, X7, X8, X18, X9 və X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 11.11.2020-ci il tarixli reyestr nömrəsi **********24 olan çıxarışın surətindən və AA seriyalı 542916 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, 2.2848 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2, X16, X17, X7, X8, X18, X9 və X5 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08.12.2020-ci il tarixli məktubundan görünür ki, X2, X16, X17, X7, X8, X18, X9 və X5 adlarına elektron baza məlumatlarına əsasən iki hissədən ibarət olmaqla 2.28 ha və 5.76 ha pay torpaq sahəsi qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi qismən əsaslıdır. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 6-cı maddəsinə əsasən Hər bir vətəndaşa (ailəyə) düşən torpaq payını dövlət yerquruluşu xidməti hesablayır və həmin payların bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsini yerli aqrar islahatı komissiyası ilə razılaşdırmaqla yerli icra hakimiyyəti orqanı. Torpaq payı alan subyektlər arasında bölgü püşkatma yolu ilə həyata keçirilir. Vətəndaşlar torpaq paylarını dəyişdirmək və ya birləşdirmək istədikdə 10 gün müddətində ərizə ilə yerli aqrar islahatı komissiyasına müraciət etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdirilən torpaqlarının mülkiyyətçilərinə torpağa mülkiyyət hüququna dair dövlət aktı (1 nömrəli əlavə) verilir. Məhkəmə mübahisə üzrə müəyyən edilmiş faktiki hallara qeyd edilən hüquq normalarını tətbiq edərək hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında» Əsasnaməyə müvafiq olaraq Zərdab rayon AİK-nin 29.11.1997-ci il tarixli 10 saylı qərarına əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq paylarının yerquruluşu layihələri hazırlanmış, lakin iş üzrə iddiaçıların adına tərtib edilmiş torpağa mülkiyyət hüququna dair Dövlət aktı tam tərtib edilməmişdir. JN-184 kod 90509028 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zərdab rayon AİK-nın 29.11.1997-ci il tarixli 10 nömrəli qərarı ilə 2.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmişdir. İddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinin planı (cizgisi) hissəsində planşet 184A, sahəsi 22848.96 kv.m qeyd olunmuş, digər çatışmayan 5.76 ha isə qeyd edilməmişdir. İddiaçılara ümumilikdə iki hissədən ibarət olmaqla 2.28 və 5.76 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi iddiaçıların istifadəsində olmuş, hazırda da istifadəsindədir. Baza məlumatlarına əsasən da qeyd olunan hal öz təsdiqini tapır. İddiaçıların istifadəsində olan 6.55 hektar (Dövlət Aktında şəhid olmuş ailə üzvünün payına düşən iki pay torpağı öz əksini tapmadığından 5.76 hektar torpaq sahəsi göstərilmişdir) dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, şəhid olmuş ailə üzvünün payına düşən iki pay torpağı barədə araşdırma zamanı heç bir sübut aşkar olunmamışdır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46-cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-ci maddəsinin birinci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunanlara əsasən iddia qismən təmin edilməli, cavabdehin üzərinə Zərdab rayon Aqrar İslahat Komissiyasının 29.11.1997-ci il tarixli 10 nömrəli qərarı ilə iddiaçıların mülkiyyətlərinə verilmiş Elektron baza məlumatlarında qeyd olunmuş 5.76 hektar torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarış verilməsi öhdəliyi qoyulmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Zərdab rayon Aqrar İslahat Komissiyasının 29.11.1997-ci il tarixli 10 nömrəli qərarı ilə Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən, iddiaçılar İddiaçı, X14, X15, X3, X21, X6 və X4 mülkiyyətlərinə verilmiş Elektron baza məlumatlarında qeyd olunmuş, koordinatları X=720936.2704 Y=4460286.3241; X=720815.9317 Y=4460162.3799; X=720516.5739 Y=4460237.5692; X=720507.5131 Y=4460400.8682 olan 5.76 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.“ Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar