Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1506/2020 18.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı-nin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2020-ci il tarixli **********342800 nömrəli qərarının ləğv edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi: İddiaçı-nin direktoru X5 cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2020ci il tarixli **********342800 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı-nin 2019-cu ilin illik mənfəət vergi bəyənnaməsi 11 saylı X6 təqdim edilmiş və sonuncu bəyannamə xx xxxxx 2020-ci il tarixdə təsdiq edilmiş bəyannaməyə əsasən 8575 manat mənfəətdən vergi iddiaçının üzərinə hesablanmışdır. Təqdim etdiyi mənfəətdən vergi bəyannaməsinə kameral vergi yoxlaması aparılmış və cəmiyyət tərəfindən 48960 manat yanacaq-sürtgü materiallarının daşınmasına çəkilmiş nəqliyyat xərcləri nəzərə alınmayaraq cəmiyyətə əsassız olaraq 9792 manat əlavə mənfəət vergisi hesablanmışdır. Bundan əlavə isə xx.xx.2020-ci il tarixdə 4785.4 manat mənfəət vergisi (Vergi məcəlləsinin 151.1-ci maddəsini əsas gətirilməklə xx.xx.2020-ci il tarixə mənfəət vergisi hesablanmalı olduğu halda) geciktirilməklə cəmiyyətin şəxsi hesab vərəqəsinə işlənilmiş, yenədə əsassız olaraq 558 manat cəmiyyətə faiz hesablanmışdır. İddiaçı qeyd edir ki, Azərbaycan Respublikası ərazisində yanacaq sürtgü materiallarının pərakəndə satışı ilə məşğul olan vergi ödəyicilərinin heç birində daşınma xərclərinin xərclərə aid edilməməsi halı yoxdur. Bu hal Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən on iki X3 yalnız 11 saylı X4 fəaliyyət göstərən bəzi vergi ödəyicilərinə tətbiq edilmişdir. İddiaçı onu da qeyd etmək istəyir ki, cəmiyyət “xxxxxxxxxxxxxxx” QSC ilə bağlanmış müqavilə əsasında aldığı yanacaq sürtgü materiallarının 90%-ni Ucar Neft bazasından, 10%-ə yaxınını isə Bərdə Neft bazasından alır. Onlarla bağlanmış müqavilənin 3.1 bəndində qeyd olunmuşdur ki, neft məhsullarının daşınması alıcı, yəni MMC-lər tərəfindən həyata keçirilir. Bütün halları kənara qoyaraq məntiqi cəhətdən götürsək il ərzində 2000 ton yanacaq sürtgü materialının daşınması nəqliyyat xərci olmadan mümkündürmü? MMC əməkdaşlarının şifahi verdiyi məlumata əsasən Kameral vergi yoxlamasına görə hesablanmış vəsait Tarif şurasının qərarı əsas gətirilərək hesablanmışdır. Tarif şurasının qərarında nəzərdə tutulan daşıma xərcləri Bakı şəhərindən yerli neft terminallarınadək daşınan xərclər deməkdir. Əgər bu hal tarif şurasının qərarıdırsa bu qərar niyə Respublika ərazisində yox yalnız 11 saylı X1 bir qisim vergi ödəyicilərinə tətbiq edilir. O ki, qaldı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108-ci maddəsində qeyd edildiyi kimi gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Bu neft bazalarının isə yanacaq sürtgü materiallarının daşınmasına dair heç bir nəqliyyat mexanizmi yoxdur. Bundan əlavə həmin neft bazalarına sorğu etməklə nəqliyyat xərclərinin kimin tərəfindən ödənildiyini bilməklə hərşeyi müəyyən etmək olar. Əsassız hesablanmış vergi ilə əlaqədar İdarənin əməkdaşları ilə dəfələrlə telefon əlaqəsi saxlanılmasına və 11 saylı X2mağına baxmayaraq əlavə hesablanmış vergi məbləği hələ də azadılmamışdır. Bundan sonra iddiaçı tərəfindən rəsmi olaraq 11 saylı X6 məlumat verilmiş, Azərbaycan Respublikasının Prezidenti X8 və Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova müraciət edilmişdir, iqtisadiyyat nazirliyinə ünvanlanan məktub baxılmaq üçün Nazirliyin yanında Dövlət Vergi Xidmətinə (AVİS qeydiyyat xx.xx.2020-ci il tarixli **********523000) göndərilmiş və ***-***-**- ** nömrəli telefonla BDVM Paşayev Tural adlı şəxslə əlaqə saxlanması bildirilmişdir. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə inzibati şikayət ünvanlamış, şikayət Vergi Xidməti tərəfindən araşdırılmış, Xidmətin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********42800 nömrəli Qərarı ilə şikayət təmin edilməmiş və 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********160600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçıya xx xxxxxxx 2020-ci il tarixdə yardım məktubu göndərilərək nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 3.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. İddianın məzmunundan görünür ki, iddiaçı 9792 manat əlavə mənfəət vergisi hesablanmasından narazıdır. Qeyd olunan vergi isə 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə hesablanmışdır. Odur ki, iddiaçı ilk növbədə həmin qərarı mübahisələndirməlidir. Hazırkı tələbə isə cavabdeh kimi qeyd olunmuş 11 saylı Ərazi Vergilər Baş İdarəsi cavab verməli orqan deyil. Belə ki, mübahisəli qərarı 11 saylı Ərazi Vergilər Baş İdarəsi deyil, Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsi qəbul edib. Yuxarıda qeyd olunanlara münasibə bildirməsi üçün iddiaçı və onun vəkilinə 10 gün vaxt verilmişdir. İş materiallarında olan xəbərnamələrdən göründüyü kimi yardım məktubu Yevlax şəhət vəkil bürosu tərəfindən xx.xx.2020-ci il, İddiaçı tərəfindən isə xx.xx.2020-ci il tarixdə imza edilməklə qəbul edilmişdir. Lakin tələb olunan müddət ərzində məktuba münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-ci bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-ci bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-ci bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Belə ki, iddia tələbinin məzmunundan göründüyü kimi iddiaçıya 9792 manat əlavə mənfəət vergisi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə hesablanmış, lakin iddiaçı iddia tələbində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2020-ci il tarixli **********342800 nömrəli qərarını mübahisələndirmişdir. Bundan başqa iddiaçı tələbində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2020-ci il tarixli **********342800 nömrəli qərarını mübahisələndirsə də, iddia ərizəsində cavabdeh qismində 11 saylı Ərazi Vergilər Baş İdarəsini qeyd etmişdir ki, bu nöqsanla bağlı yardım məktubu həm iddiaçıya, həm də onun vəkilinə çatdırılmış, lakin tələb olunan müddət ərzində məktuba münasibət bildirilməmişdir. Beləliklə şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, şərh olunan halların hər biri iddianın mümkünlüyünə dair tələblərə aid olmaqla onların birinin mövcudluğu iddianın mümkün sayılmaması üçün əsasdır. Məhkəmənin bununla bağlı iddiaçı və onun vəkilinə müraciəti nəticəsiz qaldığından məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı, iddiaçı və onun vəkilinə şərh olunan halları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İddiaçı və onun vəkilinin diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı-nin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2020-ci il tarixli **********342800 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2-1(116)-1506/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1506/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver