Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-151/2023 10.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X7 Soveti İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli, 102 saylı qərarı ilə X13 işçilərinə ayrılmış ərazidə yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X7 Soveti İcraiyyə Komitəsinin 07 mart 1980-cı il tarixli, 102 saylı qərarı ilə X13 işçilərinə ayrılmış ərazidə mərhum əri X9 verilmiş 0.06 ha torpaq sahəsinə X8 mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-151/2023 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi), tələbini dəqiqləşdirərək “X7 Soveti İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli, 102 saylı qərarı ilə X13 işçilərinə ayrılmış ərazidə yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsinin əsaslarına görə Mingəçevir şəhər X14 İcraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli, 102 saylı qərarı ilə X13 işçilərinə torpaq sahəsi ayrılmışdır. X3 Maşınları Zavodunun “Sağlamlıq" bağçılıq kollektivinin üzvü olmuş və ona 0,06 ha torpaq sahəsi ayrılmışdır. Mərhum əri Rafiq Əsgərov 03 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra o, mərhum ərinin vərəsəliyini qəbul etmişdir. X4 “Asan Xidmət” mərkəzində notariat ofisinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə ünvanladığı 21 dekabr 2021-ci il tarixli, 2429 nömrəli məktubunda göstərilmişdir ki, mərhum X8 ölümünədək daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyata alınması üçün əsas olmasına baxmayaraq hər hansı səbəbdən qeydiyyata alınmamış, mərhuma məxsus, Mingəçevir şəhərində yerləşən torpaq sahəsinə dair, qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakın üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarışın verilməsi xahiş edilmişdir. Bunun əsasında iddiaçı qeyd olunan torpaq sahəsini mərhum ərinin adına özəlləşdirmək üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan, ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş X13 “Sağlamlıq” bağçılığın adlı siyahısında X8 adı qeyd olunduğunu, istifadəsində olan torpaq sahəsinin üzərindən 220 kv-luq yüksək gərginlikli hava elektrik xəttləri keçdiyini, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”-na əsasən torpaq sahəsi ilə elektrik xətti arasında olan mühafizə zolağı müvafiq olaraq 25 metr təşkil etdiyi üçün bununla da torpaq sahəsi ilə elektrik xətti arasında olan qorunma zolağı gözlənilmədiyini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, idarənin arxiv məlmatlarına istinadən ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş X13 “Sağlamlıq” bağçılığın adlı siyahısında X8 adı qeyd olunmuşdur. Torpaq sahəsi üzərində inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin üzərindən 220 kv-luq yüksək gərginlikli hava elektrik xəttləri keçir. Belə olan halda iddiaçıyada rəsmi qaydada həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasının qeyri-mümkün olduğu bildirilmiş eləcədə ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən torpaq sahəsi ilə elektrik xətti arasında olan mühafizə zolağı müvafiq olaraq 25 metr təşkil edildiyi diqqətinə çatdırılmışdır. Bununla da torpaq sahəsi ilə elektrik xətti arasında olan qorunma zolağı gözlənilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZ-İİ 103142 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. - Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 2429 nömrəli məktubundan görünür ki, iddiaçının vəfat etmiş əri X6 qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciətinə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində olan sənədlərə və vərəsə İddiaçı təqdim etdiyi sənədlərə əsasən X8 ölümünədək daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyata alınması üçün əsas olmasına baxmayaraq, hər hansı səbəbdən qeydiyyata alınmamış, mərhuma məxsus Mingəçevir şəhəri ünvanında yerləşən torpaq sahəsinə dair, qanunvericiliyin tələblərinə uyğun olaraq, daşınmaz əmlakın üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarışın verilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Arxivinin Mingəçevir filialının xx.xx.2021-ci il tarixli 01-Asan nömrəli arxiv arayışından görünür ki, Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən 07 mart 1980-ci il tarixli 102 saylı qərarı ilə Yol maşınları zavoduna bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir. - X2 Agentliyi Mingəçevir filialının xx.xx.2022-ci il tarixli AERA-24-516/22 nömrəli məktubundan görünür ki, yerində baxış zamanı və "Azərenerji ASC-nin "xxxx" MMC-nin 118/01-13-203 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən məlum olmuşdur ki, sözügedən ərazidən "xxxx" MMC-nin balans və xidmətində olan, 1961-ci ildə istismara verilmiş ikidövrəli 110 kV-luq “1-ci və 2-ci Şəhər 1949-cu ildə istismara verilmiş gərginlik olmayan köhnə 220 kV-luq “1-ci Mingəçevir” və 1954-cü ildə istismara verilmiş gərginlik olmayan köhnə 220 kV-luq “2-ci Mingəçevir” HEVX-lər keçir Həmin torpaq sahəsi hər üç xəttin mühafizə zonasında yerləşir. Belə kı, torpaq sahəsinin sol kənar hüdudlarından gərginlik olmayan köhnə 220 kV-luq “1-ci Mingəçevir” HEVX-yə qədər təqribən 6 metr və sağ kənar hüdudlarından ikidövrəli 110 kV-luq “1-ci və 2-ci Şəhər” HEVX-yə kimi təqribən 17,5 metr məsafə vardır. Gərginlik olmayan köhnə 220 kV-luq “2-ci Mingəçevir” HEVX isə torpaq sahəsinin üzərindən keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci İl 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq olunmuş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci bəndinə əsasən 110 kV-luq xəttin mühafizə zonası hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən 20 metr, 220 kV-luq xətdə isə 25 metr məsafədə şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklindədir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada göstərdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan “X5 X10”nə əsasən iddiaçının naturada göstərdiyi 600.0 kv. m torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi Mingəçevir bələdiyyəsi. Torpaq sahəsinin istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçı naturada göstərdiyi torpaq sahəsinin şimal və cənub tərəflərindən 220 kv-luq yüksək gərginlikli hava elektrik xətləri keçir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən mühafizə zonası 25 metr müəyyən edilmişdir - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-342/2023 nömrəli məktubundan görünür ki, “Sağlamlıq” kollektiv bağçılıq təsərrüfatının adlı siyahısında X8 adı qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, iddiaçının mərhum ərinin adı “Sağlamlıq” kollektiv bağçılıq təsərrüfatının adlı siyahısında mövcuddur. Odur ki, istinad olunan maddi hüquq normasının tələbinə görə iddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum Rafiq Əsgərova məxsus olması barədə arayışın verilməsini tələb etməkdə haqlıdır. Sözügedən torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 445/2021 nömrəli qərarında yuxarıda qeyd olunan hüquqi mövqe əks olunmuşdur). Odur ki, məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə İddiaçı X7 Soveti İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli, 102 saylı qərarı ilə X13 işçilərinə ayrılmış ərazidə yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.