Məhkəmə qərarları › İş №2-1(116)-151/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-151/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-151/2025 22.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayonu Qarabaqqal kənd “Nizami” adına sovxozun xx.xx.1998-cı il tarixli 13 saylı əmri ilə X9 ayrılmış Çayarxı kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum anasının mülkiyyətinə verilmiş, həmin evin yerləşdiyi 0.58 ha həyətyanı torpaq sahəsinin mərhum X9 məxsus olması haqqında arayışın (elektron) iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “Göyçay rayonu Qarabaqqal kənd “Nizami” adına sovxozun xx.xx.1998-cı il tarixli 13 saylı əmri ilə X9 ayrılmış Çayarxı kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi ilə bağlı Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında düzəliş edilməsi və həmin torpaq sahəsi üzərində X6 adına istifadələrinə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, mülkiyyət hüququmu təsdiq edən arayışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-909/2024 nömrəli qərardadı ilə X12, X15, X11 və İsayeva (Əhmədova) Tükəzban Əzməmməd qızı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Göyçay rayonu Qarabaqqal kənd “Nizami” adına sovxozun xx.xx.1998-cı il tarixli 13 saylı əmri ilə X9 ayrılmış Çayarxı kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X9 məxsus olması haqqında arayışın (elektron) iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 22 yanvar 2025-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Göyçay rayonu Qarabaqqal kənd "Nizami" adına sovxozun xx.xx.1998-ci il tarixli 13 saylı əmri ilə vəsiyyətnamə üzrə vərəsəsi olduğu X9 Çayarxı kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi ayrılmışdır. X13 həmin dövrdən torpaq sahəsini sahiblik və istifadəsinə alaraq, üzərində fərdi yaşayış evi inşa etdirmişdir. Ona 0,06 ha torpaq sahəsi ayrılmasına baxmayaraq, naturada istifadə olunan torpaq sahəsinin ölçüsü daha çox olmuşdur. Göyçay rayonu Çayarxı kəndində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi üzərində X6 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən Göyçay rayonu Çayarxı kəndində yerləşən 0.06 ha torpaq sahəsinin X7 məxsus pay torpaq sahəsi ilə üst-üstə düşməsi əsas gətirilərək, ərizəmin icrasından imtina olundu. Göyçay rayonu Çayarxı kəndində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi üzərində X6 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə Şəki inzibati Məhkəməsinə müraciət etdi. İddia ərizəsi icraatda olduğu müddətdə elektron kadastr uçot məlumatlarına düzəliş edilməsinə köməklik göstərilməsi barədə ərizə ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Məhkəmənin icraatında iş olması əsas gətirilərək, ərizənin icrasından imtina olunduğu üçün məhkəməyə ərizə yazaraq, iddia ərizəsini geri götürdü. Şəki inzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1 (116)- 267/2023 saylı qərardadı ilə iddia ərizəsi geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-267/2023 saylı qərardadını əlavə etməklə Göyçay rayonu Qarabaqqal kənd Nizami adına sovxozun xx.xx.1998-ci il tarixli 13 saylı əmri ilə vəsiyyətnamə üzrə vərəsəsi olduğu X9 ayrılmış, Çayarxı kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi ilə bağlı Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında düzəliş edilməsi barədə ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın 16 saylı Ucar Ərazi idarəsinə müraciət etdi. Ərizəm icraatda olduğu müddətdə torpaq sahəsinə baxış keçirilmiş və düzəliş üçün akt tərtib edilmişdir. Həmin akt mənim, Qarabaqqal Bələdiyyəsi və Göyçay RİH başçısının Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edildikdən sonra cavabdeh orqana təqdim edildi. Bununla kifayətlənməyən cavabdeh orqan tərəfindən həmin aktın X11 tərəfindən də, imzalanmalı olması bildirıldikdə, sonuncunun bu təklifi ilə razılaşmadım. Razılaşmamağına səbəb kimi Göyçay rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(046)-1702/2018 saylı qətnaməsini göstərərək, həmin qətnaməni, qətnamənin icra olunması barədə Göyçay rayon İcra şöbəsinin qərarını əlavə olaraq, cavabdeh inzibati orqana təqdim etdi. Belə ki, X1 Mirzəmməd İsmayıl oğluna (X8 atamdır) qarşı JN-1042 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0.27 ha torpaq sahəsindən cavabdehin və ailə üzvlərinin çıxarılması və həmin torpaq sahəsinə yenidən daxil olmasına qadağa qoyulması tələbi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. Göyçay rayon Məhkəməsinin 30 08 2018-ci il tarixli, 2(046)-1702/2018 saylı qatnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, JN-1042 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı X5 xüsusi mülkiyyətində olan 105 ha torpaq sahəsinin 0.16 ha hissəsindən cavabdeh X2 çıxarılması və həmin torpaq sahəsinə yenidən daxıl olması qadağan olunmuşdur. Göyçay rayon Məhkəməsinin 30 08.2018-ci il tarixli, 2(046)-1702/2018 saylı qətnaməsi Göyçay rayon icra şöbəsi tərəfindən icra olunmuşdur. Həmin tarixdən X11 və ailə üzvləri, həmçinin mən və ailə üzvlərim Göyçay rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(046)-1702/2018 saylı qətnaməsi və DWJ məlumatları (İslahat məlumatları) əsasında özümüzə məxsus torpaq sahəsindən istifadə edirik. Həmçinin, tərəflər arasında heçbir mübahisə yoxdur. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, mərhum X6 istifadəsində Göyçay rayonu Çayarxı kəndində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinin koordinatları digər X11 və ailə üzvülərinə məxsus JN-1042X Dövlət aktı ilə üst-üstə düşür. Göyçay rayonu, Çayarxı kəndində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi elektron baza məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlar kimi qeyd edilmişdir. Bu səbəbdən mərhum X9 məxsus Göyçay rayonu, Çayarxı kəndində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənizin icrası mümkün olmamışdır. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verən iddiaçının vəkili iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında etirazın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Dövlət Arxivinin İdarəsinin 260 nömrəli xx.xx.2023-cü il tarixli arayışı.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 12.01..2024-cü il tarixli məktubuna əlavə edilmiş 2002-ci il tarixli Göyçay rayonu Çayarxı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyasından çıxarışdan görünür ki, X6 adı qeyd olunmuşdur.

4. Göyçay rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(046)-1702/2018 nömrəli qətnaməsinin surəti.

5. Göyçay rayon Notariat ofisinin xx.xx.2022-ci il tarixli 250 nömrəli məktubunun surəti.

6. AZ-İİ seriyalı 460734 nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X13 xx.xx.2011-ci il tarixində vəfat etmişdir.

7. JN-1042 KOD 40806018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 42 saylı qərarı 1.05 ha torpaq sahəsi X14 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-347/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı Göyçay rayonu Qarabaqqal kənd “Nizami” adına sovxozun xx.xx.1998-cı il tarixli 13 saylı əmri ilə X9 ayrılmış Çayarxı kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X9 məxsus olması haqqında arayışın (elektron) iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdehin imtina əsası torpaq sahəsinin Göyçay rayonu Çayarxı kəndində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinin koordinatları digər X11 və ailə üzvülərinə məxsus JN-1042X Dövlət aktı ilə üst-üstə düşməsindən ibarətdir. Məhkəmənin sorğusu əsasında təqdim edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3- 36/2-347/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, Göyçay rayonu Qarabaqqal kənd "Nizami” adına sovxozun xx.xx.1998-ci ıl tarixli 13 saylı əmri ilə ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan torpaqayırma sxemi mövcud olmadığı üçün 0.06 ha torpaq sahəsinin yerləşdiyi ərazini müəyyən etmək mümkün olmamışdır. Torpaq sahəsinə baxış zamanı iddiaçının naturada göstərdiyi 0.1954 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS- AzCad) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, çoxillik əkmələr uqodiyalı, kənd təsərrüfatına yararlı olmaqla 0.0926 ha hissəsi “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə X11 və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 1.05 ha torpaq sahəsinin 0.28 ha (JN-1042X) hissəsi ilə və dövlət mülkiyyəti kimi qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İddaçının naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 0.1954 ha torpaq sahəsinin JN-1042X nömrəli Dövlət Aktı ilə üst-üstə düşən 0.0926 ha hissəsində iddaçının özünün istifadəsində olduğunu bildirdiyi fərdi yaşayış evi mövcuddur. Göyçay rayonu Çayarxı kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi ilə iddiaçının naturada göstərdiyi 0.1954 ha torpaq sahəsi arasında uyğunsuzluq, konfiqurasiya və bucaq fərqləri mövcud olduğu üçün islahat layihəsinə uyğun araşdırma aparmaq mümkün olmadı. Məhkəmə işin hallarına əsasən müəyyən edir ki,iddiaçının faktiki istifadəsində 0.1954 ha torpaq sahəsi mövcuddur.Həmin torpaq sahəsinin isə 0,06 ha hissəsinin hüquqmüəyyənedici sənəd əsasında- Göyçay rayonu Qarabaqqal kənd “Nizami” adına sovxozun xx.xx.1998-cı il tarixli 13 saylı əmri ilə mərhum X9 ayrılması öz təsdiqini tapmışdır. Hazırkı iddia tələbinin predmeti 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X9 məxsus olmasına dair arayışın verilməsindən ibarətdir.Lakin həmin torpaq sahəsinin konkret koordinatların müəyyən edilməsi ilkin sənəd əsasında mümkün olmamıçıdr.Bu baxımdan da indiki halda konkret hansı hissənin ayrıldığının müəyyən edilməsi mümkün olmadığı kimi zəruri deyildir.Belə ki, Göyçay rayonu Qarabaqqal kənd “Nizami” adına sovxozun xx.xx.1998-cı il tarixli 13 saylı əmri qüvvədə olduğundan iddia olunan 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi cavabdeh inzibati orqan tərəfindən təmin edilməli,vərəsəlik əsasında müvafiq Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü hazırlanan zaman TEKUİS-ə uyğun olaraq düzəliş həyata keçirilməsi məsələsi nəzərə alınmalıdır. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə iddianı əsaslı hesab edir. Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı:

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları;

5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsi:

1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.

2. Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq resurslarının uçotuna və qiymətləndirilməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.

3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq, torpaqların səmərəli istifadəsinin və mühafizəsinin planlaşdırılmasının təşkili; ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması; torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi; kompleks və təsərrüfatdaxili yerquruluşu layihələrinin hazırlanması; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin rəsmiləşdirilməsi; xüsusi təbiəti mühafizə, istirahət və qoruq rejimləri olan ərazilərin ayrılmasının və sərhədlərinin müəyyən edilməsinin əsaslandırılması; şəhər, qəsəbə və kənd yaşayış məntəqələri hüdudlarının müəyyən edilməsi və dəyişdirilməsinə dair sənədlərin rəsmiləşdirilməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2023-cü il tarixli 202 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. Qeyd olunanlara əsasən iddia təmin edilməli, Göyçay rayonu Qarabaqqal kənd keçmiş “Nizami” adına sovxozun xx.xx.1998-cı il tarixli 13 saylı əmri ilə X9 ayrılmış Çayarxı kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X9 məxsus olması haqqında arayışın (elektron) iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayonu Qarabaqqal kənd keçmiş “Nizami” adına sovxozun xx.xx.1998-ci il tarixli,13 saylı əmri ilə X9 ayrılmış Göyçay rayonu Çayarxı kəndində yerləşən 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X9 məxsus olması haqqında arayışın (elektron) iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar