Məhkəmə qərarları › İş №2-1(116)-1510/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1510/2022

13.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1510/2022 13.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı 1 illik sosial pensiyanın pensiya hesabına köçürülməsi barədə ərizəsinə dair işə baxaraq, müəyyən etdi: İddiaçı 1 illik sosial pensiyanın pensiya hesabına köçürülməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. Lakin İddiaçı ərizəsində həmin normanın tələblərinə riayət edilməmiş və ərizədə cavabdeh inzibati orqanın adı və hüquqi ünvanı göstərilməmişdir. Bu səbəbdən də, iddia tələbinin hansı inzibati orqana qarşı yönəlməsi aydın deyil. Bundan başqa, İddiaçı ərizədə 1 illik sosial pensiyanın pensiya hesabına köçürülməsini xahiş etmişdir, halbuki Azərbaycan Respublikasının qanunvericiliyində "sosial pensiya" anlayışı yoxdur, "əmək pensiyası" və "sosial müavinət" anlayışları vardır. Bu səbəbdən də onun məhz hansı vəsaiti tələb etməsi aydın deyil. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin normadan göründüyü kimi, öhdəliyin icrası haqqında iddianın mümkünlük şərtlərindən biri bundan ibarətdir ki, iddiaçı məhkəməyə iddia ərizəsi verməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etdiyini və bu müraciətin müsbət nəticə vermədiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. İddiaçının inzibati orqana etdiyi müraciətdə və iddia ərizəsində olan tələblər eyni olmalıdır. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aid olsa da, İddiaçı eyni tələblə əvvəlcədən inzibati orqana müraciət etməsini və inzibati orqanın onun tələbini təmin etməməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə həmin çatışmazlıqlar və bu çatışmazlıqların iddianın mümkün sayılmamasına əsas verməsi İddiaçı diqqətinə çatdırılmış və onların aradan qaldırılması üçün 10 gün müddət təyin edilmişdir. Məhkəmənin məktubu iddiaçıya xx.xx.2022-ci ildə imza etdirilməklə çatdırılmış, lakin təyin edilmiş müddət ərzində və ondan sonra ötən günlərdə iddiaçı məhkəmənin yardım məktubuna cavab verməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı 1 illik sosial pensiyanın pensiya hesabına köçürülməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar