Məhkəmə qərarları › İş №2-1(116)-1516/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1516/2021

22.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1516/2021 22.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 17 saylı Yevlax şəhər (rayon) Ərazi Regional İdarəsinə qarşı ""Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən sosial yardımın təyinatından imtina edilməsi haqqında qanunsuz qərarın ləğv edilməsi və ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğinin, yəni 300 manat məbləğin hesablanıb "Ərizəbəyannamə" ilə müraciət etdiyi 07.07.2021-ci il tarixdən hər ay üçün 1 il müddətinə aztəminatlı ailəsinə təyin edilməsi və verilməsi öhdəliyinin Nazirlik yanında DSMF-nin 17 saylı Yevlax Ərazi Regional İdarəsinin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 17 saylı Yevlax şəhər (rayon) Ərazi Regional İdarəsinə qarşı ""Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən sosial yardımın təyinatından imtina edilməsi haqqında qanunsuz qərarın ləğv edilməsi və ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğinin, yəni 300 manat məbləğin hesablanıb "Ərizəbəyannamə" ilə müraciət etdiyi 07.07.2021-ci il tarixdən hər ay üçün 1 il müddətinə aztəminatlı ailəsinə təyin edilməsi və verilməsi öhdəliyinin Nazirlik yanında DSMF-nin 17 saylı Yevlax Ərazi Regional İdarəsinin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra iddiaçı məhkəməyə 10.11.2021-ci il tarixli ərizə verərək həmin iddia tələbini geri götürdüyünü bildirmiş, iddia tələbinin icraatdan çıxarılmasını və ona baxılmamasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsində deyilir ki, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsində deyilir ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmənin fikrincə, iddia tələbini geri götürdüyünü bildirməklə, iddia tələbinin icraatdan çıxarılmasını və ona baxılmamasını xahiş etməklə hazırkı inzibati prosesin davam etdirilməsinə hüquqi marağını itirdiyini nümayiş etdirmişdir. Bu hal üçün məhkəmənin etməli olduğu hərəkətlər İnzibati Prosessual Məcəllədə konkret nəzərdə tutulmasa da, məhkəmə hesab edir ki, iddiaçının hazırkı ərizəsi onun 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınması ilə eyni hüquqi nəticəyə səbəb olmalıdır. Belə olan halda isə, iddia geri götürülmüş sayılmalı və icraata xitam verilməlidir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 17 saylı Yevlax şəhər (rayon) Ərazi Regional İdarəsinə qarşı ""Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən sosial yardımın təyinatından imtina edilməsi haqqında qanunsuz qərarın ləğv edilməsi və ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğinin, yəni 300 manat məbləğin hesablanıb "Ərizəbəyannamə" ilə müraciət etdiyi 07.07.2021-ci il tarixdən hər ay üçün 1 il müddətinə aztəminatlı ailəsinə təyin edilməsi və verilməsi öhdəliyinin Nazirlik yanında DSMF-nin 17 saylı Yevlax Ərazi Regional İdarəsinin üzərinə qoyulması" tələbinə dair iddiası geri götürülmüş sayılsın və icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar