Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-152/2020 03.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X3 publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “1970-1974, 1976-1996-cı illərdə Zaqatala rayonu keçmiş “Kalinin” adına kolxozda işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işəməhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X3 publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1970-1974, 1976-1996-cı illərdə Zaqatala rayonu keçmiş “Kalinin” adına kolxozda işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, qanuna əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Ərizəyə əlavə etdiyi arxiv arayışından görünür ki, onun kifayət qədər əmək (sığorta) stajı vardır. Sənədlərini cavabdeh təşkilata təqdim etmişdir. Lakin cavabdeh təşkilat ona əmək pensiyası təyin etməkdən və koxozda işlədiyi illəri sığorta stajı kimi qəbul etməkdən imtina etmişdir. Səbəbi isə arxivdə saxlanılan sənədlərdə qaralamalar və düzəlişlərin olmasıdır. O, 1970-1974, 1976-1996-cı illərdə keçmiş "Kalinin" adına kolxozda işləmişdir. Qeyd olunan səbəbdən işlədiyi illəri cavabdeh sığorta stajı kimi qəbul etmir. Lakin bu faktlar onun hüquqlarını pozur. Beləki, cavabdehin sığorta stajı kimi qəbul etmədiyi illərdə o, işləyərək əmək haqqı almışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının hüquqi marağını nəzərə alan məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının mübahisləndirilməyən sığorta stajı 01 il 11 ay 10 gün hərbi xidmət dövrü ilə birlikdə 21 il 8 ay (həmin sığorta stajı 15643 manat sığorta kapitalına bərabərdir) təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı 1970, 1971, 1976, 1989, 1993-ci illər 2 il 4 ay təşkil edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Sadalananlardan göründüyü kimi iddiaçının1970-1974, 1976-1996-cı illərdə Zaqatala rayonu keçmiş “Kalinin” adına kolxozda işlədiyi illər sosial sığorta stajına daxil ediləcəyi təqdirdə 25 il sığorta stajı tamamlanmayacaqdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçının əmək iştirakı normasını tamamladığı və faktiki işlədiyi müddət toplandıqda yaran staj da onun pensiya yaşına çatdığı zaman tələb olunan minimum kapitalı da formalaşdırmayacağı üçün qeyd olunan müddətin onun sosial sığorta stajına daxil edilməsinin heç bir əhəmiyyəti olmamaqla ona pensiya təyin edilməsi ilə nəticələnməyəcəkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X3 publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “1970-1974, 1976-1996-cı illərdə Zaqatala rayonu keçmiş “Kalinin” adına kolxozda işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-152/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-152/2020
03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver