Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-152/2024 25.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinə qarşı “xx.xx.1990-cı il təvəllüdlü oğlu X5 Şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1990-cı il təvəllüdlü oğlu X4 şəhidlik statusunun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “xx.xx.1990-cı il təvəllüdlü oğlu X5 Şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə X2, xx.xx.1990-cı ildə anadan olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qismən səfərbərliyə cəlb edilərək xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Ağdərə-Talış istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak edib. 4249 nömrəli medalla “Suqovuşanın azad olunmasına” görə medalı ilə təltif olunub. İkinci Qarabağ müharibəsi zamanı oktyabrın 21dən 22-sinə keçən gecə X2 şəhidləri götürmək üçün döyüş bölgəsində olmuş və bu zaman düşmən tərəfindən açılan “Karnit” adlanan silahın mərmi atəşi onun dəbilqəsini aparmışdır. Bu zaman X2 ağır travma almış, lakin döyüş bölgəsini tərk edərək hər hansı hərbi hospitala yaxud tibb məntəqəsinə getməmişdir. Bu və digər xəsarətlər səbəbilə müharibədən sonra X2 dəfələrlə ürək nahiyəsindən ağır əməliyyatlar olmuş və vəfat etmişdir. X1 şəhid statusu verilməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinə müraciət edilmiş, lakin, müraciət təmin edilməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 1 2.6-cı yarımbəndinə əsasən. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və informasiya Təhlükəsizliyi Dövlət Xidmətində X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilir. Həmin Qərarın 4.1-ci bəndinin 2-ci abzasına əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Həmin maddədə, həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə mümkün olduğu qeyd olunub. Həmçinin, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili işlər Nazirliyinin. Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və informasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Lakin, X2 xx.xx.2020-cı il tarixdə tərxis olunduqdan uzun müddət sonra xx.xx.2022ci il tarixdə “kəsgin miokard infarktı” xəstəliyindən ev şəraitində vəfat etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, N nömrəli Hərbi Hissə Komandirinin № 295, № 308, № 342, № 369 əmrlərindən çıxarış, xx.xx.2022-ci il tarixli 6000 8 03 87 nömrəli ölüm haqqında akt qeydi. Məhkəmənin 2-1(116)-152/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyi”-nin ekspertlərinə həvalə edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X10 441/KEŞ nömrəli Ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Yevlax Şəhər Poliklinikasında Mənəf Bəşirovun adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixdə xəstədə sol qabırğaaltı nahiyədə kəskin ağrılar yaranmış və 22:30 radələrində vəfat etmişdir. TTTYB-sı gələrək həkimə qədər ölümünü təsdiq etmiş və xəstəyə “Kəskin miokard infaktı. Mədəciklərin fibrilyasiyası və titrəməsi.Genişlənmiş kardiomiopatiya” diaqnozu təyin etmişdir. Lakin mərhuma “Kəskin miokard infarktı” diaqnozu nəyin əsasında qoyulması məlum deyil və sual doğurur. Belə ki, TTTYB-sı xəstəni sağ ikən görməmiş, klinik və instrumental müayinələrdən keçirməmişdir ( o cümlədən də elektrokardioqrafiya). Mənəf Bəşirovun meyiti müayinə olunmadığı üçün onun ölümünün səbəbi, eləcə də ölümün səbəbi ilə onda müəyyən edilmiş xəstəliklər (genişlənmiş kardiomiopatiya, mədəciklərin fibrilyasiyası və titrəməsi, dəqiqləşdirilməmiş kəskin miokard infarktr) və müharibədəki çətin əməliyyat şəraiti (fiziki və psixoloji gərginlik, silahlardan açılan atəşin fiziki ve psixoloji təsiri) arasında səbəbli əlaqənin olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmadı. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan yalnız iddiaçının iştirakı ilə işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı, cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: 1.1. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsi: 1.4.2. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanununda əksini tapmışdır. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Quru qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş təlimatının (briqada)” 8.2-ci bəndinə əsasən döyüş təminatı – briqadanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədilə keçirilən kompleks tədbirlərdir. Döyüş təminatı növlərinə aiddir: kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometereoloji (metereloji) təminatı. Beləliklə iş materialları ilə müəyyən olunur ki, iddiaçı, xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək 5-ci taborun 14-cü bölüyün 1-ci tağımının 1-ci manqasının atıcısı vəzifəsinə təyin edilmiş, daha sonra 3-cü taborun müvafiq bölüyündə atıcı qumbaratan köməkçisi, manqa komandiri vəzifələrinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən azad olunub hərbi hissə komandirinin sərəncamına çıxarılmış, xx.xx.2020-ci il tarixdən isə şəxsi heyətin siyahısından çıxarılaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsinə göndərilmişdir. X4 adına Yevlax Şəhər Poliklinikasında tərtib edilmiş 1731 saylı ambulator tibbi kitabça və ölüm haqqında tibbi şəhadətnamə ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə vəziyyəti ağırlaşdığı üçün çağırış olmuş, müayinə olunaraq kardioloqun müayinəsi məsləhət görülmüşdür. xx.xx.2022-ci il tarixdə saat 2230-radələrində vəfat etmişdir. TTTYB-sı gələrək həkimə qədər ölümü təsdiq etmiş, “Kəskin miokard infarkt. Mədəciklərin fıbrilyasiyası və titrəməsi. Genişlənmiş kardiomiopatiya” diaqnozu qoyulmuşdur. İddiaçı bildirir ki, oktyabrın 21-dən 22-sinə keçən gecə X2 şəhidləri götürmək üçün döyüş bölgəsində olmuş və bu zaman düşmən tərəfindən açılan “Karnit” adlanan silahın mərmi atəşi onun dəbilqəsini aparmışdır. Bu zaman X2 ağır travma almış, lakin döyüş bölgəsini tərk edərək hər hansı hərbi hospitala yaxud tibb məntəqəsinə getməmişdir. Bu və digər xəsarətlər səbəbilə müharibədən sonra X2 dəfələrlə ürək nahiyəsindən ağır əməliyyatlar olmuş və vəfat etmişdir. Məhkəmə tərəfindən X1 ölümündən əvvəl 18 ay ərzində aşkar edilmiş, həmçinin bilavasitə ölümünə səbəb olmuş xəstəliklərin (genişlənmiş kardiomiopatiya, mədəciklərin fibrilyasiyası və titrəməsi, dəqiqləşdirilməmiş kəskin miokard infarktı) onun iştirak etdiyi 44 günlük Vətən müharibəsində çətin əməliyyat şəraiti (fiziki və psixoloji gərginlik, silahlardan açılan atəşin fiziki və psixoloji təsiri) ilə səbəb əlaqəsinin olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8- Təcrübi və Tədris Birliyi”-nin ekspertlərinə həvalə edilmişdir. Təqdim edilmiş ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə xəstədə sol qabırğaaltı nahiyədə kəskin ağrılar yaranmış və 22:30 radələrində vəfat etmişdir. TTTYB-sı gələrək həkimə qədər ölümünü təsdiq etmiş və xəstəyə “Kəskin miokard infaktı. Mədəciklərin fibrilyasiyası və titrəməsi.Genişlənmiş kardiomiopatiya” diaqnozu təyin etmişdir. Lakin mərhuma “Kəskin miokard infarktı” diaqnozu nəyin əsasında qoyulması məlum deyil və sual doğurur. Belə ki, TTTYB-sı xəstəni sağ ikən görməmiş, klinik və instrumental müayinələrdən keçirməmişdir (o cümlədən də elektrokardioqrafiya). Mənəf Bəşirovun meyiti müayinə olunmadığı üçün onun ölümünün səbəbi, eləcə də ölümün səbəbi ilə onda müəyyən edilmiş xəstəliklər (genişlənmiş kardiomiopatiya, mədəciklərin fibrilyasiyası və titrəməsi, dəqiqləşdirilməmiş kəskin miokard infarkt) və müharibədəki çətin əməliyyat şəraiti (fiziki və psixoloji gərginlik, silahlardan açılan atəşin fiziki ve psixoloji təsiri) arasında səbəbli əlaqənin olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmadı. Məhkəmə tərəfindən mərhumun ilkin ambulator kitabçasının, ilk dəfə müddətli həqiqi hərbi xidmətə yararlılığının müəyyən edildiyi tibbi sənədlərin, Vətən müharibəsindək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında 2010-cu ildə stasionar müalicə aldığı diaqnozun və döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar aldığı xəsarət və travmaya dair zədələnmələrin qeydiyyatı kitabından zəruri məlumatların əldə edilməsi məqsədilə aidiyyəti orqanalara sorğular verilmiş, lakin tələb olunan sənədlərin əldə edilməsi mümkün olmamışdır. Zədələnmələrin qeydiyyatı kitabından müvafiq məlumatlar təqdim edilməsə də, hər bir halda iddiaçıya qoyulmuş diaqnozla müharibədəki çətin əməliyyat şəraiti (fiziki və psixoloji gərginlik, silahlardan açılan atəşin fiziki və psixoloji təsiri) arasında səbəbli əlaqənin olub-olmaması müəyyən edilmədiyindən həmin məlumatın əldə edilməsi zərurəti aradan qalxmışdır. Göründüyü kimi X1 vəfat etməsi faktı özlüyündə ona qanunvericiliyin müəyyən etdiyi qaydada “Şəhid” statusunun verilməsi üçün yetərli deyil. Bunun üçün onun vəfatının həm də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı da müəyyən edilməlidir. Hazırkı iş üzrə mərhum Bəşir Mənəfovun vəfat etməsi ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə müəyyən edilmədiyindən cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinə qarşı “xx.xx.1990-cı il təvəllüdlü oğlu X5 Şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-152/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-152/2024
25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver