Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1520/2023 23.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Cahangir 93” firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı “17622.60 manat dövlət fondu torpaqlarından icarə haqqı üzrə borcun məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi barədə cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********546400 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı “Cahangir 93” firması cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “özündən tələb olunan 17622.60 manat icarə haqqı tələbinin ləğv olunması” barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi tələbini dəqiqləşdirərək cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “17622.60 manat dövlət fondu torpaqlarından icarə haqqı üzrə borcun məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi barədə cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********546400 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1520/2023 nömrəli qərardadı ilə iddia tələbinin Cavabdeh2nə qarşı olan hissəsi mümkün sayılmamışdır. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Cavabdeh2 başçısının xx.xx.1999-cu il tarixli 255 nömrəli Sərəncamı ilə “Cahangir 93” firmasına qum-çınqıl istehsalı və stışı məqsədilə kür çayının Mingəçevir şəhərinin ərazisindən keçən hissəsindən 4.0 ha torpaq sahəsi icarəyə verilmişdir. Cavabdeh2 Başçısının xx.xx.2017-ci il tarixli 112 nömrəli sərəncamı ilə “Cahangir 93” firmasının icarəsinə 4 ha torpaq sahəsi ayrılması haqqında Cavabdeh2 Başçısının xx.xx.1999-cu il tarixli 255 nömrəli Sərəncamı ləğv edilmişdir. Cavabdeh orqan xx.xx.2022-ci il tarixdə tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edərək vergi ödəyicisi tərəfindən təqdim edilmiş 3900 manat ödəniş nəzərə alınmaqla icra müqaviləsinin qüvvədə olduğu xx.xx.2006-cı il tarixdən - xx.xx.2017-ci il tarixədək icarə haqqı hesablamışdır. İddiaçı tərəfindən cavabdeh orqanın qəbul etdiyi xx.xx.2022-ci il tarixli tələbin icraya yönəldilməsi haqqında qərar mübahisələndirilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın təmin edilməməsi haqda qərar qəbul edilməsini xahiş etmiş, qeyd etmişdir ki, müqavilə əsasında vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə illər üzrə müvafiq hesablamalar aparılmış və iddiaçı 2018-ci ilədək fəaliyyətdə olmuş, sonuncu ödəniş 2015-ci ildə edilmişdir. Vergi ödəyicisinə xx.xx.2022-ci ildə xəbərdalıq məktubu göndərilmiş və yaranmış borc məbləğinin ödənilməməsinə görə mübahisələndirilən qərar qəbul edilərək icra edilməsi üçün Şəki şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli **********546400 nömrəli qərar və onun qəbul edilməsinə əsas olmuş inzibati icraat materialları (ilkin inzibati akt və digər sənədlər) cavabdeh orqanda sorğu edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixli 99 nömrəli müqavilədən görünür ki, Cavabdeh2 tərəfindən qırx min kv.m torpaq sahəsi 20 il müddətinə “Cahangir 93” firmasının icarəsinə verilmişdir. - xx.xx.2022-ci il tarixli **********546400 nömrəli tələbin icraya yönəldilməsi haqqında qərardan görünür ki, “Cahangir 93” firmasının (VÖEN:**********) ünvan: AZ4500, Mingəçevir şəhəri, Füzuli ev 08, tel: **********) tərəfindən 17622.60 manat məbləğində dövlət torpaq sahələrinin icarəsi üzrə borc ödənilmədiyinə görə tələbkar 11 saylı Ərazi Vergilər Baş İdarəsinin qərarı xx.xx.2022-ci il tarixdən icraya yönəldilməsi, 17622.60 manat məbləğində dövlət torpaq sahələrinin icarəsi üzrə borcun “Cahangir 93” firmasından məcburi qaydada tutulması və dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak təmin etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh orqanın qərarı ilə onun subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Cavabdeh orqan mübahisələndirilən qərarın xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən oxunmasını, bununla iddia tələbinin irəli sürülməsi üçün Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin buraxılmasını bildirmişdir. İddiaçının vəsatəti əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)- 1520/2023 nömrəli qərardadı ilə cavabdehin xx.xx.2022-ci il tarixli **********546400 nömrəli qərarının mübahisələndirilməsi üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinin buraxılması səbəbləri üzürlü hesab edilərək bərpa edilmişdir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan 4 ha torpaq sahəsi ilə bağlı Cavabdeh2 ilə “Cahangir 93” firması arasında bağlanmış xx.xx.2006-cı il tarixli 99 nömrəli icarə müqaviləsinə istinad edərək 17622.60 manat məbləğində dövlət torpaq sahələrinin icarəsi üzrə borc məbləğinin məcburi qaydada ödənilməsini təmin etmək üçün xx.xx.2022ci il tarixldə **********546400 nömrəli “tələbin icraya yönəldilməsi haqqında” qərar qəbul etmişdir. Bununla belə cavabdeh orqan sözügedən qərarı qəbul edərkən inzibati icraatı düzgün aparmamış və ümumiyyətlə iddiaçını qəbul etdiyi qərarla bağlı məlumatlandırmamışdır. “İnzibati İcraat Haqqında” Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Göründüyü kimi qanunvericiliyin tələbinə görə cavabdeh tərəfindən ilk növbədə “17622.60 manat pul məbləğinin ödənilməsi haqqında” inzibati akt – qərar qəbul edilməli, daha sonra isə 10 gün ərzində pul tələbinin ödənilməsini nəzərdə tutan bildiriş iddiaçıya göndərilməli idi. Verilmiş müddət ərzində iddiaçı tərəfindən pul məbləği ödənilmədiyi halda isə xəbərdarlıq edilməli və müəyyən olunmuş icra müddəti bitdikdən sonra isə tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edilməli idi. İİHQ-nun 82.2-ci maddəsində qeyd olunur ki, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Göründüyü kimi tələbin icraya yönəldilməsi barədə qərarın qəbul edilməsi üçün zəruri şərt - ilkin inzibati aktın mövcudluğudur. Yəni, inzibati orqan əvvəlcə pul məbləğlərinin tutulması barədə inzibati akt qəbul etməli idi. Hazırki iş üzrə isə belə bir inzibati aktın mövcudluğu müəyyən edilmir. Yəni, işin hallarından göründüyü kimi, xx.xx.2022-ci il tarixldə **********546400 nömrəli qərarı qəbul etməyə sövq edən və ondan daha əvvəl qəbul edilməklə həmin qərarın qəbulu üçün hüquqi əsas yaradan, tələbin qeyd olunduğu ilkin inzibati akt qəbul edilməmişdir. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün isə əlverişli və yetərli bir səbəb olmalıdır. İnzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Mübahisələndirilən xx.xx.2022-ci il tarixldə **********546400 nömrəli nömrəli qərarın qəbul edilməsinə səbəb olan ilkin inzibati akt mövcud olmadığından məhkəmə, sözügedən qərarın qanunsuz əlverişsiz inzibati akt olması qənaətinə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan xx.xx.2022-ci il tarixldə **********546400 nömrəli nömrəli qərarda həm də, sözügedən pul məbləğinin iddiaçıdan məcburi qaydada tutulması məsələsini həll etsə də, həm borcun tutulması həm də tələbin icraya yönəldilməsi məsələsi eyni qərarla həll edilə bilməzdi. Bunun üçün yuxarıda qeyd edildiyi kimi cavabdeh orqan ilk öncə pul məbləğinin tutulması ilə bağlı ilkin qərarı qəbul etməli və müvafiq icraatı apardıqdan sonra hazırda mübahisələndirilən qərarı qəbul etməli idi. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın xx.xx.2022-ci il tarixldə **********546400 nömrəli qərarı qanunsuz əlverişsiz inzibati akt olduğundan iddiaçı həmin qərarın ləğvini tələb etməkdə haqlı olmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsin əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prossesual Məcəllənin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixldə **********546400 nömrəli nömrəli tələbin icraya yönəldilməsi haqqında qərarı ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1520/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1520/2023
23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver