Məhkəmə qərarları › İş №2-1(116)-1525/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1525/2021

17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1525/2021 17.12.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdehlər İsmayıllı rayonu Lahıc bələdiyyəsi, İsmayıllı rayon RİHB-nın Lahıc qəsəbə İƏB və DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruğu) “İsmayıllı rayonu Lahıc qəsəbəsi, N.Hüseynov küçəsi 25 ünvanında yerləşən X5 məxsus olmuş dükan barədə X2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 01.09.2015-ci il tarixli ******* saylı çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər İsmayıllı rayonu Lahıc bələdiyyəsi, İsmayıllı rayon RİHB-nın Lahıc qəsəbə İƏB və DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruğu) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İsmayıllı rayonu Lahıc qəsəbəsi, N.Hüseynov küçəsi 25 ünvanında yerləşən X5 məxsus olmuş dükan barədə X2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 01.09.2015ci il tarixli ******* saylı çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilmiş, iddia ərizəsində yol verilmiş nöqsanların aradan qaldırılması, cavabdeh inzibati orqanların dəqiqləşdirilməsi, iddia tələbinin irəli sürülməsi üçün subyektiv hüququnun mövcudluğunu sübut edən sənədlərin, o cümlədən cavabdeh inzibati orqana edilmiş anoloji müraciətin təmin olunmasından imtina edilməsi ilə bağlı sübutun təqdim edilməsi təklif edilmişdir. Müvafiq yardım məktubu 03.12.2021-ci il tarixdə iddiaçı tərəfindən qəbul edilmiş, iddiaçı hüquqi yardım məktubuna cavab olaraq məhkəməyə 04.12.2021-ci il tarixdə ünvanladığı məktubunda ona göndərilən məktubda göstərilənlərə əməl etdiyini, lakin ƏMDK yanında 9 saylı Qəbələ Ərazi İdarəsinə etdiyi müraciətə cavab almaq üçün ona vaxt verilməsini xahiş etsə də, faktiki olaraq verilmiş müddət ərzində nöqsanları aradan qaldırmamış, iddianın mümkün sayılması üçün zəruri olan sənədləri məhkəməyə təqdim etməmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, hazırki iddianı qaldırmaqda iddiaçıların hüquqi marağı İsmayıllı rayonu Lahıc qəsəbəsi, N.Hüseynov küçəsi 25 ünvanında yerləşən X5 məxsus olmuş dükan barədə X2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 01.09.2015-ci il tarixli ******* saylı çıxarışın etibarsız hesab edilməsinə nail olmaqdan ibarətdir. Belə olan halda iddiaçının cavabdeh qismində qeyd etdiyi “İsmayıllı rayonu Lahıc bələdiyyəsi və Lahıc qəsəbə İƏD üzrə İcra Nümayəndəliyi ümumiyyətlə iddia tələbinə cavab verməli orqanlar deyillər. İddiaçı həmin qurumları cavabdeh qismində qeyd etsə də onlara qarşı tələbinin nədən ibarət olmasını, həmin orqanların hansı hərəkətləri (hərəkətsizlikləri) ilə özünün hansı hüquqlarının pozulmasını əsaslandırmamışdır. Odur ki, iddia tələbinin həmin orqanlara aid hissəsində iddiaçının hüquqi marağı müəyyən edilmir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia tələbinin cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı olan hissəsi “öhdəliyin icrası haqqında” iddia növünə aiddir. Həmin hissədə iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Belə ki, iddiaçı mübahisələndirilən çıxarışda göstərilən qeyri-yaşayş sahəsinin ulu babası X4 Hüseynə məxsus olmasını bildirir. X4 Hüseynin iddiaçının ulu babası olması faktı özlüyündə iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun yaranmasına səbəb olmur. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Odur ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçının subyektiv hüququnun yaranması üçün ilk növbədə o, ulu babası X1mış əmlakın miras olaraq qəbul edilməsinə dair müvafiq sənədlər təqdim edilməlidir (qanun və ya vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə, yaxud mirasın qəbulu ilə bağlı məhkəmə qətnaməsi). Müvafiq sənədlərin təqdim edilməməsi iddiaçının hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququnun mövcudluğunu istisna edir. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi “öhdəliyin icrası haqqında” iddianın xüsusi mümkünlük şərtlərinə də cavab vermir. Belə ki, iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət etməsi, müraciətinin cavabdeh orqan tərəfindən təmin edilməməsi və ya cavabsız saxlanılması müəyyən edilmir. İddiaçının məhkəməyə ünvanladığı ərizədən məlum olur ki, o, məhkəmənin hüquqi yardımından sonra cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı məhkəməyə iddia ərizəsi təqdim edənədək anoloji müraciət əsasında cavabdeh inzibati orqanda ümumiyyətlə araşdırma aparılmamışdır. Odur ki, məhkəmədə iddia tələbinin ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verməməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun mövcudluğu müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hər hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmamasına hazırki mərhələdə hüquqi qiymət vermək, o cümlədən iddia ərizəsində qeyd edilmiş digər inzibati orqanlara qarşı iddia qaldırmasında iddiaçının hüquqi marağının nədən ibarət olmasını müəyyən etmək mümkün deyildir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrəAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı : İddiaçı cavabdehlər İsmayıllı rayonu Lahıc bələdiyyəsi, İsmayıllı rayon RİHB-nın Lahıc qəsəbə İƏB və DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruğu) “İsmayıllı rayonu Lahıc qəsəbəsi, N.Hüseynov küçəsi 25 ünvanında yerləşən X5 məxsus olmuş dükan barədə X2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 01.09.2015-ci il tarixli ******* saylı çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar