Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1525/2023 31.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçı X2, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X11, üçüncü şəxs X14, üçüncü şəxsin vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə, İddiaçı X2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “44 kv.m zəbt torpağının aralarında olan sərhəddə qeyd edilərək,1962-ci il tarixli texniki pasportun göstəricələri nəzərə alınmaqla X25 və X15 məxsus 16.01 2023-cü il tarixli Texniki Pasporta düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X4 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X25 və X15 məxsus xx.xx.2023-cü il tarixli Texniki Pasportda ilkin sənədlərə uyğun düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il, 2-1(116)-1525/2023 nömrəli qərardadı ilə X25 və X20 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İddiaçı, xx.xx.2023-cü il tarixli iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək “X25 və X15 məxsus xx.xx.2023-cü il tarixli Texniki Pasportda ilkin sənədlərə (1962-ci il tarixli texniki pasport, xx.xx.1970-ci il tarixli torpaq qeydi, xx.xx.1974-cü il tarixli torpaq qeydi, xx.xx.1983-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.1983-cü il tarixli qeydəalma vəsiqəsi, xx.xx.1983-cü il tarixli müqavilənamə) uyğun düzəliş edilərək 44 kv.m zəbt torpağın aralarında olan sərhəddə qeyd edilməklə ona məxsus texniki pasportda əskik 22 kv.m torpağın da qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il, 2-1(116)-1525/2023 nömrəli qərardadı ilə iddia ərizəsinin dəyişdirilməsi icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı, növbəti dəfə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “X25 və X15 məxsus 16.01 2023-cü il tarixli Texniki Pasporta 44 kv.m zəbt torpağının aralarında olan sərhəddə qeyd edilərək 1962-ci il tarixli texniki pasportun göstəricələri nəzərə alınmaqla düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - üçüncü şəxslə arasında olan məhkəmə mübahisələri xeyli müddətdir davam edir. Həmin mübahisə üçüncü şəxslə aralarında olan dar dalanın 86 sm olduğu halda iddiaçıya məxsus xx.xx.2019-cu il tarixli Texniki Pasportda 2.0 metr kimi göstərilməsi barədədir. İddiaçıya məxsus xx.xx.2019-cu il tarixli Texniki Pasportda torpaq sahəsinin ölçüsü sənəd üzrə 0,0196 ha, faktiki 0,0235 ha göstərilmişdir. Üçüncü şəxsin atasına məxsus xx.xx.2019-cu il tarixli Texniki Pasportda isə torpaq sahəsinin ölçüsü sənəd üzrə 0,0163 ha, faktiki 0,0207 ha qeyd edilmişdir. İddiaçının adına tərtib olunmuş xx.xx.2022-ci il tarixli Texniki Pasportda torpaq sahəsinin ölçüsü sənəd üzrə 0,0196 ha, faktiki 0,0235 ha kimi göstərilmişdir. İddiaçının adına tərtib olunmuş xx.xx.2022-ci il tarixli Texniki Pasportda torpaq sahəsinin ölçüsü sənəd üzrə 0,0257 ha, faktiki 0,0235 ha kimi göstərilmişdir. Üçüncü şəxsə məxsus yeni Texniki Pasportda torpaq sahəsinin ölçüsü sənəd üzrə 0,0163 ha, faktiki 0,0207 ha qeyd edilmişdir. İddiaçının tərtib olunmuş xx.xx.2019-cu il tarixli və xx.xx.2022-ci il tarixli Texniki Pasportlarda torpaq sahəsinin ölçüsünün 0,0196 ha qeyd edilməsinin səbəbi məlum deyil. Nəhayət onun cavabdeh orqandan tələbi nəticəsində sənəd üzrə torpaq sahəsi xx.xx.2022-ci il tarixli Texniki Pasportda 0,0257 ha qeyd edilmişdir. Hansı sənədə əsasən üçüncü şəxs onun mülkiyyətimdə olan evin ikinci pəncərəsinin qarşısından sərhəd qoyaraq divar hörmək istəyir. Heç bir məhkəmə qərarı ilə üçüncü şəxslə aralarında sərhəd müəyyən olunmamış, ekspertiza keçirilməmiş, mütəxəssis rəyi alınmamışdır. Torpaq sahəsinin ümumi ölçüsü və tərəflərin sənəd üzrə və faktiki istifadələrində olan torpaq sahələrinin koordinatları müəyyən olunmamışdır. Üçüncü şəxsə məxsus Texniki Pasportdan da göründüyü kimi onun zəbtində 44 kv.metr torpaq sahəsi var. Cavabdeh inzibati orqanın əməkdaşları hansı səbəbdənsə həmin zəbt torpağını onun evinin arxasında göstərirlər. Bu da üçüncü şəxsin yenidən onun mülkiyyətində olan torpağı zəbt etməsi ilə nəticələnir. Üçüncü şəxsə məxsus torpaq sahəsinin ölçüsü sənəd üzrə 0,0163 ha, faktiki 0.0207 ha qeyd edilmişdir. Göstərilənlər nəzərə alınaraq iddia ərizəsinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - xx.xx.1932-ci il tarixdə hazırda İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi və onun həyətyanı torpaq sahəsinə Sayat Nəbi qızı, Məmməd, Əhməd, İsrafil və Gülbahar İsmayıl uşaqlarının adına cəmi 415.0 kv.m torpaq sahəsinə Nuxa Mahal təsərrüfat şöbəsi tərəfindən torpaq qeydi tərtib edilmişdir. Sayat Nəbi qızı 1956-cı ildə vəfat etdikdən sonra sözügedən fərdi yaşayış evinə vərəsələri Həşimov İsrafil, Məmməd, Əhməd, Gülşən və Gülbahar İsmayıl uşaqlarının adına xx.xx.1966-cı il tarixdə Nuxa şəhər ZDS İcraiyyə Komitəsinin Kommunal təsərrüfat şöbəsi tərəfindən vəsiqə verilərək mülkiyyət hüquqları 2 saylı kitabın 55-ci vərəqəsində qeydiyata alınmışdır. Həmin ilin iyul ayında 66.25 kv.m yaşyış sahəsi olan fərdi yaşayış evi və onun 415.2 kv.m həyətyanı torpaq sahəsinə Həşimov İsrafil, Məmməd, Əhməd, Gülşən və Gülbahar İsmayıl uşaqlarının adına Kommunal təsərrüfat şöbəsi tərəfindən torpaq qeydi verilmişdir. xx.xx.1983-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Həşimov İsrafil, Məmməd, Əhməd və Gülşən İsmayıl uşaqlarının payları 4/5 hissədən ibarət olmaqla X12 adına miras payı qəbul edilmişdir. xx.xx.1983-cü il tarixdə X21 4/5 hissə, Gülbahar İsmayıl qızı 1/5 hissə yazılmaqla ZDS İcraiyyə Komitəsinin texniki inventarizasiya bürosu tərəfindən 1854/55 saylı qeydəalma vəsiqəsi verilmişdir. X8 ona məxsus 1/5 hissədən ibarət olan payını xx.xx.1983-cü il tarixdə notariat qaydasında alqı-satqı yolu ilə X1, may 1983-cü il tarixdə X12 payı tam olmaqla qeydəalma vəsiqəsi ilə rəsmiləşdirilmişdir. xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. X21 xx.xx.2018-ci il tarixdə öldükdən sonra miras əmlakın xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında vərəsəsi (arvadı) İddiaçı miras payı qəbul etmiş və xx.xx.2019-cu il tarixdə ********** qeydiyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı mübahisələndirdiyi ərazi və ya ərazilər Sayat Nəbi qızının (Həşimov Aydının nənəsi) adına Kommunal təsərrüfat şöbəsinin sentyabr 1962-ci il tarixdə tərtib etdiyi texniki pasportda öz əksini tapmışdır. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi ilə X14 mülkiyyətində olan fərdi yaşayış evlərinin arasındakı 0.9 metr mübahisəli ərazidə 1962-ci ildə tərtib edilmiş texniki pasportda İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin ikinci mərtəbəsinin çıxış pilləkəni olduğu göstərilmişdir. Hazırda həmin pilləkən sökülmüşdür. İddiaçı adına xx.xx.2022-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilmiş 3 saylı otağa giriş mübahisələndirilən X14 mülkiyyətinə verilmiş ərazidə yerləşir. X14 mülkiyyətində olan fərdi yaşayış evinə 1974-cü ildə X3nun adına cəmi 163.1 kv.m torpaq sahəsi göstərilməklə Kommunal təsərrüfat şöbəsi tərəfindən torpaq qeydi verilmişdir. X9 məxsus fərdi yaşayış evinə Texniki inventarizasiya bürosu tərəfindən iyun 1987-ci il tarixdə texniki pasport tərtib edilmiş və mübahisələndirilən ərazi həmin texniki pasportda öz əksini tapmışdır. X17 xx.xx.2017-ci ildə vəfat etdikdən sonra xx.xx.2019-cu il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında vərəsələri X20 və X25 1/2 hissədə bərabər irs almışdırlar. X14 və X13 mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı X14 paylı mülkiyyətində olan fərdi yaşayış evi ilə onun mülkiyyətində olan fərdi yaşayış evinin arasındakı ərazini və onun mülkiyyətində olan fərdi yaşayış evinə tərtib edilmiş texniki pasportun torpaq sahəsi haqqında məlumat hissəsində yazılmış 0,0257 ha sənəd üzrə torpaq sahəsini X14 paylı mülkiyytində olan torpaq sahəsindən azaldılaraq onun mülkiyyətinə verilməsini tələb edir. Buna səbəb isə onun mülkiyyətində olan fərdi yaşayış evinin pəncərəsinin qarşısının kəsildiyi və 3 saylı otağa girişin olmadığı ilə əsaslandırır. Bu mübahisələrlə bağlı müxtəlif vaxtlarda müxtəlif məhkəmə instansiyalarının qərarları vardır. İddiaçı tərəfindən X6 adma verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və xx.xx.2019-cu il tarixli, **********64- 10301 reyestr nömrəli texniki pasportun ləğv edilməsi, həmçinin mərhum ərindən miras qalmış 415.2 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyat alınması məqsədi ilə xx.xx.2021-ci il tarixdə 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edilmişdir. Vətəndaş İddiaçı müraciəti araşdırılaraq icrasından imtina edilmişdir. İmtina məktubu ilə razılaşmayan vətəndaş İddiaçı “cavabdehin 02 avqust 2021-ci il tarixli, **********25 nömrəli imtinasının qanunsuz hesab edilməsi, X6 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və xx.xx.2019cu il tarixli, **********64-10301 reyestr nömrəli texniki pasportun ləğv edilməsi və mərhum ərindən miras qalmış 415.2 kv.m torpaq sahəsinə özünün mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1 (116)-387/2022 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-387/2022 saylı qərarı ilə razılaşmayan İddiaçı qərardan Şəki Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1 (107)- 152/2022 saylı qərarı ilə İddiaçı iddiası təmin edilməyərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)- 387/2022 saylı qərarı qüvvədə saxlanılmışdır. Bundan sonra İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1 (107)-152/2022 saylı qərarından kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1 (102)-1823/2022 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1 (107)-152/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. X28 Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-127/2021 saylı qərarı icra olunaraq, İddiaçı adına xx.xx.2022-ci il tarixli, **********14-10301 reyestr nömrəli, 3230 inventar nömrəli texniki pasport tərtib edilmişdir. X14 müraciəti əsasında Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş 2V-1001 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X25 və X13 adlarına hər biri 1/2 hissə olmaqla **********64-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 8465 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Üçüncü şəxslər iddia tələbinə etirazlarını aşağıdakı kimi əsaslandırmışlar: - tərəflər arasında həmin torpaq sahəsi ilə bağlı bir necə məhkəmə çəkişmələri olmuşdur ki, həmin məhkəmə çəkişmələrində də İddiaçı tələbləri uğursuz olmuşdur. İlkin olaraq iddiaçılar X25 və X22 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Döv lət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********14-10301 reyestr römrəli, ünvan 1 ünvanına aid, İddiaçı adına fərdi yaşayış evinə dair Texniki Pasportun və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)-127/2021 saylı qərarı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin vanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə xx.xx.2019-cu il tarixli reyestr nömrəsi **********14-10301 olan ünvan 1 ünvanına aid İddiaçı adına işlənilmiş fərdi yaşayış evinə dair Texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)-127/2021 saylı qərarından üçüncü şəxs İddiaçı tərəfindən apellvasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2021-ci il tarixli 2- 1(107)- 286/2021 saylı qərarı ilə üçüncü şəxs İddiaçı tərəfindən apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)- 127/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2021-ci il tarixli 2- 1(107)- 286/2021 saylı qərarından kassasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini almışdır. Bundan sonra Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1 (116)- 127/2021 saylı qərarından çıxarış icra edilməsi üçün Şəki İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli məktubu ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin vanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə göndərilmişdir. Bundan sonra üçüncü şəxs İddiaçı qərəzli olaraq icra hərəkətinə süni manelər yaratmış, Azərbaycan Respublikası adından çıxarılmış qərarın icrasına imkan verməmiş və nəticədə qərar icrasız qalmışdır. Sonra iddiaçı X38 İnzibati Məhkəməsinə 21 oktyabr 2021-ci il tarixdə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək məhkəmə qərarının icrasız qaldığını bildirərək, həmin qərarın icrasının təmin edilməsini xahiş etmişdir. Səki İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2-1(116)-127/2021 saylı qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)-127/2021 nömrəli qərarının icrası icra sənədi verilməklə Şəki rayon İcra və Probasiya Şöbəsinə tapşırılması qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2-1(116)-127/2021 saylı qərardadından üçüncü şəxs İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli 2- 1 (107)-467/2021 saylı qərardadı ilə üçüncü şəxs İddiaçı tərəfındən verilmiş apellyasiya şikayəti təmin edilməmiş. Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2-1(116)- 127/2021 saylı qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.Həmin qərardaddan üçüncü şəxs İddiaçı tərəfındən kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Resspublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2-1(102)- 291/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 02 avqust 221-ci il tarixi **********25 nömrəli imtinasının qanunsuz hesab edilməsi. X7 adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlə qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və xx.xx.2019-cu il tarixi **********64-10301 reyestr nömrəli texniki pasportun ləğv edilməsi və mərhum ərindən miras qalmış 415.2 kv.metr torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzrəinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2-1(116)-387/2022 saylı qərarı ilk iddia tələbi təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2-1(116)-387/2022 saylı qərarından İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2- 1(107)-152/2022 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(116)-387/2022 saylı qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2-1 (107)-152/2022 saylı qərarından İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli 2-1(102)-1823/2023 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli 2-l( 107)-152/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Belə ki, cavabdeh tərəfindən İddiaçı adına tərtib edilmiş reyestr nömrəsi ******* 15614-10301, inventar nömrəsi 3230 və tərtib edilmə tarixi xx.xx.2022-ci il tarixli olan fərdi yaşayış evinə dair texniki pasport verilmişdir. X37 Məhkəməsinin xx.xx.2021 - ei il tarixli 2- 1(116)-127/2021 nömrəli qərarından çıxarış olmuşdur. Bundan əlavə cavabdeh tərəfindən X23 və X13 adına tərtib edilmiş reyestr nömrəsi **********64-10301, inventar nömrəsi 8465 və tərtib edilmə tarixi 16.01,2023-cü il tarixli olan fərdi yaşayış evinə dair texniki pasport, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2023-ci il tarixi olan hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Cavabdeh tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli, inventar nömrəsi 3230 olan fərdi yaşayış evinə dair reyestr nömrəsi **********14-10301 olan texniki pasport hazırlanıb verilmişdir. Texniki sənədlər əsasında İddiaçı ilə aralarında olan sərhədlərin müəyyən edilməsi və müayinə ölçü işləri aparılması məqsədi ilə ərizə ilə cavabdehə müraciət edilmiş, 12 saylı Şəki ərazi idarəsinin mütəxəssisləri tərəfindən yerində ölçü müayinə işləri aparılmış və GPS vasitəsi ilə hər iki tərəfin sərhəd koordinatları müəyyən edilmişdir. Bununla bağlı 12 saylı Şəki ərazi idarəsinin mühəndisləri tərəfindən ölçü işlərinin aparılmasına dair sənəd verilmişdir. İddiaçı X25 iddia ərizəsi ilə Şəki rayon məhkəməsinə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən X23 və X10 (hər birinin 1/2 payı olmaqla) xüsusi mülkiyyətində olan Şəki şəhəri Nizami Gəncəvi küçəsi ev 3A (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən torpaq sahəsində tikinti işlərinin (qonşu ilə aralarında hasar çəkilməsinə) aparılmasına cavabdeh İddiaçı tərəfindən yaradılmış manelərin aradan qaldırılması, cavabdehin bununla bağlı qanunsuz hərəkətlərinə son qoyulması və dəymiş maddi ziyanın cavabehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Hazırda e- 2(075)-213/2023 mülki iş Şəki rayon məhkəməsinin icraatındadır. Odur ki. yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı tərəfindən verilmiş iddia tələbinin təmin edilməməsi xahiş edimişdir. İddiaçı və onun nümayəndəsi, məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs və onun vəkili məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - 8465 inventar nömrəli Texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X6 mülkiyyətində olmuşdur. Texniki pasportda qeyd edilmişdir ki, evin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 300,0 kv.m, faktiki 161,10 kv.m-dir. - **********64-10301 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında (yeni qaydalarla Nizami küçəsi ev 15) yerləşən fərdi yaşayış evi X6 mülkiyyətində olmuşdur. Texniki pasportda sənəd üzrə torpaq sahəsinin 0,0163 ha, faktiki 0,0207 ha olması qeyd edilmişdir. - xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanında (yeni qaydalarla ünvan 6 sahəsi X6 mülkiyyətində olmuşdur. - 002486 nömrəli “Evlənmək haqqında” şəhadətnamənin surətindən görünür ki, X17 ilə Həşimova (Hüseynova) Ulduz Cabbar qızı arasında xx.xx.1963-cü il tarixdə nikah bağlanmışdır. - 275955 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1965-ci ildə Şəki şəhərində anadan olmuşdur. X3, anası X18r. - 863908 nömrəli “Ölüm haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X17 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. - 094985 nömrəli “Ölüm haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X22 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. - Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)-127/2021 saylı qərarı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə xx.xx.2019-cu il tarixli reyestr nömrəsi **********14-10301 olan ünvan 1 ünvanına aid İddiaçı adına işlənilmiş fərdi yaşayış evinə dair Texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Qərar apellyasiya qaydasında baxıldıqdan sonra qüvvədə saxlanılmış, icraya yönəldilmişdir. - Şəki İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2-1(116)-387/2022 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “cavabdehin 02 avqust 2021-ci il tarixli **********25 nömrəli imtinasının qanunsuz hesab edilməsi, X6 adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və xx.xx.2019-cu il tarixli **********64-10301 reyestr nömrəli Texniki pasportun ləğv edilməsi və mərhum ərindən miras qalmış 415,2 kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. - Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(107)-152/2022 nömrəli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2-1(116)- 387/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1823/2022 nömrəli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(107)-152/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs X20 inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Torpaq Məcəlləsi Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi Daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi: Daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları:
4. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənədlərin verilməsi 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. İş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi X25 və X15 məxsus, ünvan 7 ünvanına tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 8465 inventar nömrəli Texniki Pasport əvvəllər X6 adına verilmiş xx.xx.2019-cu il tarixli, **********64-10301 reyestr nömrəli texniki pasport əsasında tərtib edilmişdir. 8465 inventar nömrəli xx.xx.2023 və xx.xx.2019-cu il tarixli Texniki Pasportlara baxış keçirildikdə müəyyən olunur ki, hər iki texniki pasportun texniki göstəriciləri eynidir. Mübahisələndirilən texniki pasportun ondan əvvəl tərtib edilmiş texniki pasportdan fərqi “hüquq subyekti” qrafasındadır. Belə ki, Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş 2V-1001 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X25 və X13 adlarına hər biri 1/2 hissə olmaqla **********64-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 8465 inventar nömrəli texniki pasport tərtib edilmişdir. İddiaçı isə xx.xx.2023-cü il tarixli texniki pasportun texniki göstəricilərinin 1962-ci il tarixli texniki pasportun göstəricələrinə uyğun olmamasını bildirir və düzəliş edilməsini tələb edir. Nəzərə alınmalıdır ki, əvvəlki məhkəmə icraatında hazırkı iş üzrə iddiaçının xx.xx.2023-cü il tarixli texniki pasportun tərtib edilməsinə əsas olmuş, xx.xx.2019-cu il tarixli Texniki Pasportun ləğv edilməsi barədə iddia tələbi Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-387/2022 saylı qərarı ilə iddia tələbi təmin edilməmiş, qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Sözügedən qərar əsasında xx.xx.2019-cu il tarixli Texniki Pasportun tərtibi ilə bağlı cavabdeh orqanın hərəkətlərində səhvə yol verilmədiyi artıq məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən, cavabdeh orqanın həmin texniki pasport əsasında xx.xx.2023-cü il tarixli texniki pasportu tərtib edilməsi qanunauyğun olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı X2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “44 kv.m zəbt torpağının aralarında olan sərhəddə qeyd edilərək,1962-ci il tarixli texniki pasportun göstəricələri nəzərə alınmaqla X25 və X15 məxsus 16.01 2023-cü il tarixli Texniki Pasporta düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.