Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1527/2025 08.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Balakən rayonu Aqrar İslahat Komissiyasının 26 sentyabr 2001-ci il tarixli 09 nömrəli qərarı ilə X2, X1, X3 və İddiaçı2 Kamil oğluna 1,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və bununla bağlı 13 aprel 2005-ci il tarixdə müvafiq qurum tərəfindən JN- 0024 kod 40112018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Balakən rayonu, Sarıbulaq kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi İdarəsi 14 yanvar 2025-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, ərizədə qeyd olunan torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (torpaq sahəsinin planı-ölçüsü və ya ayrıc aktı (plan) əlavə edilməmişdir. Bundan əlavə Ərazi İdarəsinin arxiv fondunda, xidməti istifadə olan elektron xəritələrdə Balakən rayonu, Sarıbulaq kəndində aparılan torpaq islahatı nəticəsində torpaq sahəsi verilməsinə dair siyahılarda İddiaçı1 və ailə üzvlərinə 0,10 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə hər hansı bir məlumat aşkar olunmamışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı «Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişlər. İddiaçıların tələbi onunla əsaslandırılır ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 2001-ci il tarixli 09 nömrəli qərarı ilə onlara 1,46 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ayrılmış və buna dair JN 0024 kod 40112018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı verilmişdir. Bundan əlavə iddiaçıların subyektlər siyahısında adı var və onlara Balakən rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Lakin həmin torpaq sahəsinə heç bir sənəd işlənməmişdir. İddiaçılar həyətyanı torpaq sahəsində 1992 – 1993cü illərdə ev tikmiş və hazırda həmin evdə yaşayırlar. TEKUİS xəritəsində onların yaşadığı evin tikildiyi torpaq sahəsi boş torpaq sahəsi kimi göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş X9 Filialının 6 avqust 2024-cü il tarixli arayışından görünür ki, Balakən rayonu, Sarıbulaq kənd “S.Vurğun” adına kolxozun 1990-cı ilin və 21 fevral 1991-ci il tarixdən 6 yanvar 1992-ci il tarixədək iclas protokollarına əsasən İddiaçı1 torpaq sahəsi verilməsi barədə qeydiyyat aşkar edilməmişdir. 1992-ci ilin iclas protokolları isə X9 filialına təhvil verilməmişdir. X9 Filialının arayışından görünür ki, Balakən rayonu Sarıbulaq kənd “S.Vurğun” adına kolxozun “Qaytanlanmış torpaq” kitabına əsasən İddiaçı1 torpaq sahəsi verilməsi barədə qeydiyyat aşkar edilmədi. İddiaçılar cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh iddiaya etiraz edir və mövqeyini onunla əsaslandırır ki, iddia ərizəsində qeyd olunan məsələnin həlli üçün iddiaçıların müvafiq hüquqmüəyyənedici sənədlərinin əsillərini, müvafiq torpaq sahələrinin yerini müəyyən edən özündə döngə nöqtələrinin koordinatlarını əks etdirən plan-cizgi və ya torpaq sahəsinin planı-ölçüsü, şəxsiyyət təsdiq edən sənədlər (nümayəndə müraciət edirsə - müvafiq etibarnamə) və dövlət rüsumunun ödənilməsi barədə sənəd ərizəyə əlavə olunaraq birbaşa birgə Ərazi İdarəsinin Balakən regional “Asan Xidmət” Mərkəzindəki şöbəsinə müraciət olunmalıdır. İddianın rədd edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə icraatının gedişində Əmlak Məsələləri Dövlət Xidmətinin Ali Məhkəməyə ünvanlanmış 1 dekabr 2025-ci il tarixli məktubundan məlum olmuşdur ki, İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F-110/2025 nömrəli əmri ilə Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 58-ci maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Məhkəmə iş üzrə cavabdeh DƏDKR PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsini DƏDKR publik hüquqi şəxsi ilə əvəz etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, əsassızdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Balakən rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Balakən rayonunun ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsassızdır. Məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıların Balakən rayonu, Sarıbulaq kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna zidd sayılmamalı və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələrini, həmçinin bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədləri bu əsaslar sırasında nəzərdə tutur. İş materiallarında olan JN-0024 kod 40112018 nömrəli dövlət aktından görünür ki, Balakən rayonu, AİK-nın 26 sentyabr 2001-ci il tarixli, 09 nömrəli qərarı ilə 1,46 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X2, X1, X3 və İddiaçı2 Kamil oğluna verilmişdir. İş materiallarında olan DƏDKR Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin məhkəmənin sorğusu əsasında təqdim etdiyi məktubunda qeyd olunur ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı Balakən rayonu, Sarıbulaq kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı1 və İddiaçı2 adları aşkar edilməmişdir. Arxivdə saxlanılan Balakən rayonu, Sarıbulaq kəndi üzrə pay torpaq sahəsinə dair mövcud subyektlərin siyahılarından İddiaçı1 (ailə üzvləri ilə birgə) adı qeyd edilmiş hissədən və Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 09 nömrəli Qərarından çıxarışların, eləcə də S.Vurğun adına yerli Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 nömrəli Protokolunun təsdiq olunmuş surəti təqdim edilir. İş materiallarında olan X9 filialı tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq ünvanlanmış məktubda qeyd olunur ki, ünvan 2ytanlanmış torpaq kitabına əsasən İddiaçı1 torpaq sahəsi verilməsi barədə qeydiyyat aşkar edilmədi. Məhkəmə qeyd edir ki, iddia olunan torpaq sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd iddiaçılar tərəfindən məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə icraatında da belə sübut əldə edilməmişdir. Məhkəmənin sorğusu əsasında arxivdən əldə edilmiş iddiaçıların təsərrüfatına dair uçot kitablarında torpaq sahəsinə dair müvafiq qeydlər, həmçinin ünvan 2ytanlanmış torpaq kitabında da İddiaçı1 torpaq sahəsinin ayrılması barədə qeyd aşkar edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar iddia etdikləri 0,10 ha həyətyanı torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulan hüquqmüəyyənedici sənədlərə malik deyil. Bu isə onların həmin torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasını təsdiqləmir. Belə olan halda məhkəmənin qənaətinə görə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1.1-ci maddəsinə əsasən inzibati orqan DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 Balakən rayonu, Sarıbulaq kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və ondan irəli gələn reyestrdən çıxarışın verilməsindən imtina etməkdə haqlı olmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №2-1(116)-1527/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1527/2025
08.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver