Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1528/2025 04.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “bağışlama müqaviləsindən sonra Şəki rayonu Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qalan hissəsinə daşınmaz əmlakın dövlət resyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-İ-0024-8/2024 nömrəli imtinasının qanunsuz hesab edilməsi və bağışlama müqaviləsindən sonra Şəki rayonu Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qalan hissəsinə daşınmaz əmlakın dövlət resyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıöhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh 12 saylı Şəki ərazi idarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddia ərizəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmakın Dövlət Kadastrı və Reyestri phş-n 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ********* qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 0.1585 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir.Şəki rayon 2 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli 4Ə-120 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan 0.1585 ha torpaq sahəsinin 0.12 ha hissəsini qardaşı X4 bağışlamışdır. Lakin,qardaşı 2021-ci ildə vəfat etmişdir. Qardaşına bağışladığı 0.12 ha torpaq sahəsini həmin bağışlanma müqaviləsindən sonra qardaşının istifadəsinə vermişdir.Həmin torpaq sahəsində qardaşı fərdi yaşayış evi inşa etmişdir. İddiaçı bağışlama müqaviləsindən sonra qalan 385 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etmiş,cavabdeh tərəfindən imtina edilmişdir. Cavabdeh orqan iddiaya münasibətində bildirir ki, vətəndaş X3 29 aprel 2024-cü il tarixdə ərizə ilə (daxilolma №-si 3-21-3-39/2-İ-0024-8/2024) DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən ümumi sahəsi 55.60 kv.metr olan fərdi yaşayış evinin 0.1585 ha torpaq sahəsindən 0.12 ha hissəsinin notarial qaydada təsdiq edilmiş bağışlanması müqaviləsindən sonra fərdi yaşayış evi və yerdə qalan torpaq sahəsinə daşınmaz əmlakın dövlət resyestrindən çıxarış və texniki pasport verilməsini xahiş etmişdir. Lakin, daşınmaz əmlak barəsində 13 fevral 2017-ci il tarixdə aparılmış Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən ümumi sahəsi 55.60 kv.metr olan fərdi yaşayış evinin 0.1585 ha torpaq sahəsindən 0.12 ha hissəsinin bağışlanması notariat hərəkətinin nəticəsi olaraq tərtib edilmiş və dövlət reyestrində bağışlanma müqaviləsindən sonra hədiyyə verəndə qalmış əmlak barəsində qeydiyyatın aparılması üçün əsas hesab edilən bölgü planı müraciətə əlavə edilmədiyindən ərizəçiyə xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-İ-0024-8/2024 №-li imtina məktubu verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən X2 verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********73-10301 reyestr nömrəli çıxarışa əsasən Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən ümumi sahəsi 55.60 kv.metr olan fərdi yaşayış evinin 0.1585 ha torpaq sahəsindən 0.12 ha hissəsinin iddiaçı X1 X4 notariat qaydasında bağışlaması zamanı tərtib edilmiş bölgü planı olmadığından bağışlanma müqaviləsindən sonra hədiyyə verəndə qalmış əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi tərəfimizdən mümkün olmamışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 12 saylı Şəki Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-1-00248/2024 nömrəli imtina cavabı;
2. Azərbaycan Respublikası Əmlak Məslələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 12 saylı Şəki Ərazi İdarəsinin **********73- 10301 nömrəli xx.xx.2017-ci il tarixli Texniki pasport və ona əlavə olunan sənədlər;
3. Azərbaycan Respublikasının Ədliyyə nazirliyi Dövlət Notariat arxivinin xx.xx.2025-ci il tarixli məktubu;
4. Azərbaycan Respublikası Ədliyyə nazirliy X7 Xidmət Mərkəzində Notariat ofisinin xx.xx.2025-ci il tarixli 2224 nömrəli məktubu və ona əlavə olunan sənədlər;
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçınrın hüquqi marağı Şəki rayonu Orta Zəyzid kəndində yerləşən ümumi sahəsi 55.60 kv.metr olan fərdi yaşayış evinin 0.1585 ha torpaq sahəsindən bağışlanan 0.12 ha hissəsi nəzərə alınmaqla qalan 385 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. Məhkəmə qeyd edir ki, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********73-10301 reyestr nömrəli çıxarışa əsasən X1 mülkiyyətində olan Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən ümumi sahəsi 0.1585 ha torpaq sahəsindən 0.12 ha hissəsi iddiaçı tərəfindən X4 notariat qaydasında bağışlamışdır.Lakin bağışlanma zamanı bölgü planı tərtib olmadığından bağışlanma müqaviləsindən sonra hədiyyə verəndə qalmış əmlakın hansı hissədən ibarət olduğu müəyyən edilməsi mümkün deyildir.Həmçinin,hədiyyə alan vəfat etdiyindən,vərəsələrlə hər hansı müqavilədən sonra razılaşma barədə də məlumat yoxdur. Məhkəmə hazırkı iddia tələbinə cavabdehin imtinasını əsaslı hesab etməklə iddianı əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “bağışlama müqaviləsindən sonra Şəki rayonu Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qalan hissəsinə daşınmaz əmlakın dövlət resyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə